Enzimologiya və onun qısa inkişaf tarixi Orqanizmdə həyati funksiyaların maddi əsasını kimyəvi reaksiyalarsız tasavvür etmək olmaz. Bu kimyavi reaksiyalar isə fermentlərlə kataliz edilirlər. Fermentlərin əhəmiyyəti J.P.Pavlov daha obrazlı ifadə edərək, onları «hayatın oyandırıcıları» adlandırmışdır.
Hər hansı bir fermentin sintezinin pozuması mübadilə proseslərinin çatışmamazlıqlarına, xəstəliyə səbəb olur ki, bu da çox vaxt ölümlə nəticələnir. Masalan uşaqlarda qallaktozanın qlükozaya çevrilməsini hayata keçirən ferment çatışmamazlığı qalaktozemiya xastaliyinə səbəb olur. Ona görə də bu xəstəlik zamanı uşaqlar qalaktozanın artıqlığından zəhərlənir və həyatının elə birinci ayında tələf olur yaxud ksantinoksidazanın fəallığının artması orqanizmdə podaqra xastali yinə səbəb olur. Belə misallar hədsiz dərəcədə çoxdur. Ona görə də həyatın əsası saydığımız maddələr və enerji mübadiləsi mahiyyət etibarı ilə kimyəvi çevrilmələrdən ibarətdir. Fermentlar haqqında elm fermentologiya (enzimologiya) adlanır. danary is Canlı orqanizmdə gedən kimyəvi reaksiyaları süratlan- dirən, bu reaksiyaların son məhsullarının tərkibinə daxil olmayan zülal təbiətli spesifik maddələr fermentlər, yaxud enzimlər adlanır. Fermentlər bioloji katalizatorlardırlar, yani canlı hüceyrələrdə gedən kimyəvi reaksiyaların bioloji olaraq kataliz edirlər.
Ferment-latınca «> - maya; yunanca enzim «> daxilində, « - maya deməkdir. Fermentativ proseslər insanlara hələ qədim dövrdən məlumdur. XVII əsrin əvvəllərində Holland təbiətşünası Van Helmont spirto qıcqırma prosesində iştirak edən amili ferment, prosesi isə qıcqırma adlandırmışdır. Spirta və süd turşusuna qıcqırma, çörək bişirmədə mayadan istifadə olunması, hatta pendir hazırlayanda qara malın qursağından istifadə edilməsi fermentlərin insanın məişətinə lap qədimdən daxil olduğunu göstərir. XIX əsrin ortalarında ferment anlayışı elmdə daha geniş yer aldı. Elə bu zamanlar dünyanın ən böyük alimləri L.Paster vǝ Y.Libix arasında fermentlərin hüceyrələrdə toplanması və funksiyalaşması haqda elmi baxışların toq quşması baş verdi. Bu ideya münaqişəsi az qala 50 ildən artıq davam etdi. Lui Pasterin fikrinə görə fermentlərin fəallığı strukturdan ayrılmaz surətdə bağlıdır. Libixə görə isə fermentlərin təsiri hüceyrənin strukturundan asılı deyil. M.M.Manasseina 1871-ci ildə ilk dəfə praktiki olaraq J.Libixin ideyasını praktiki olaraq təsdiq etdi. O, mayanı kvars tozu ilə birlikdə əzərək homogenatı tədqiq etmiş və sübut etmişdir ki, qıcqırma prosesi üçün canlı maya hücey- rələrinin olması vacib deyil. XX əsrin əvvəllərinə yaxın fermentlərin təsir mexanizmləri haqqında L.Mixaelis, M.Menten, Q.Büxner və E.Büxner qardaşları, 1888-ci il AJ.Danilevskiy, E.Fişer (1894) fermentin va substratın bir-birinə açar-qifil prinsipnə uyğun gəlməsi prinsipini və s. göstərmək olar. C.S.Samner 1927-ci ildə ilk dəfə olaraq ureaza fermentini, C.Nortropu 1931-ci ilda kristallik tripsin va pepsini aldı. Bundan başqa enzimlərin tədqiqi ilə əlaqədar A.E.Braunsteynin (1937), V.A.Engelqardın, A.J.Oparinin, S.E.Severin, V.N.Orexoviç və s. tədqiqatçıların işlərini qeyd etmək olar. Nəhayət 1957-ci ildə Viland və pfleyderer orqanizmdə bəzi fermentlərin molekulyar formullarının - izofermentlərinin 1969-cu ildə mədəaltı vəzi ribonukleazası kəşf olundu. Beləliklə hazırda elmdə 2500-dən artıq fermentin adı məlumdur. Bioloji katalizatorlar zülal təbiətli maddələr olmaqla, orqanizmdə, eləcə də hüceyrədə baş verən istənilən kimyəvi reaksiyanı aktivləşdirmək xüsusiyyətinə malikdir. Son
zamanlar artıq yüksək dərəcədə təmizlənmiş ferment preparatlarında onların strukturunu müəyyənləşdirmək mümkün olmuşdur. Fermentlərin eləcə də enzimologiyanın artıq biologiyada mərkəzi rol oynadığı müəyyənləşdirilmişdir