www.yap.org saytına müsahibə
19 sentyabr 2012-ci il.
Ç I X I Ş L A R
YAP-IN II QURULTAYINDA ÇIXIŞ
Möhtərəm cənab Prezident! Hörmətli sədr!
Hörmətli qurultay nümayəndələri, xanımlar və cənablar!
Düz bir il sonra, 2002-ci il noyabrın 21-də YAP-ın yaranmasının 10 ili tamam olacaqdır. Bir ay əvvəl isə biz Azərbaycanın dövlət müstəqilliyinin 10 illiyini təntənəli şəkildə qeyd etdik. Azərbaycan xalqının həyatında misilsiz əhəmiyyəti olan bu iki əlamətdar hadisəni yanaşı xatırlatmağım heç də təsadüfi deyildir. Ən əvvəl ona görə ki, bu tarixi günlər qırılmaz tellərlə bağlıdır, müasir siyasi tariximizin bir-birini tamamlayan iki çox mühüm məqamlarıdır. Möhtərəm Prezidentimiz Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin yaranmasını haqlı olaraq XX əsrdə xalqımızın ən böyük tarixi nailiyyəti adlandırmışdır. Onun rəhbərliyi altında 9 il əvvəl qədim Naxçıvanda YAP-ın yaradılmasını bu böyük uğurun etibarlı davamı, qorunub saxlanması və möhkəmləndirilməsinə xidmət kimi qiymətləndiririk. Çünki bu partiyanın siyasi səhnəyə çıxması ilə demokratiya, azadlıq, müstəqillik ideyalarının həqiqi mahiyyəti özünün təcəssümünü tapdı. Onun timsalında xalq siyasi mübarizənin sivil, demokratik yollarını və vasitələrini aydın şəkildə təsəvvür etmək imkanı qazandı.
Məhz bu partiya müstəqillik savaşının çətin yollarından ötüb suveren dövlət quruculuğu vəzifələrini həyata keçirən xalqa həqiqi, təmənnasız xidmət nümunələrini aşıladı. Bu isə milli birlik yaratmağın yolu, xalqı birləşdirməyin üsulu idi.
YAP öz üzərinə Heydər Əliyevin rəhbərliyi dövründə xalqımızın qazandığı tarixi uğurları qorumaq, onun məqsədyönlü daxili və xarici siyasətini davam etdirmək kimi vəzifə götürmüşdür. I qurultaydan sonra partiya inkişaf etmişdir. Qurultay partiyanın təşkilat strukturunda uğurlu islahatlar aparılmasına, ilk növbədə gənc və perspektivli qüvvələr hesabına güclənməsinə, iş qabiliyyətinin və siyasi kəsərinin artmasına səbəb olmuşdur.
Partiyanın ilk qurultayından keçən dövr ərzində icra katibliyi Siyasi Şura ilə bərabər həmfikir insanların qərargahına çevrilmiş, bütövlükdə partiyadaxili səmimiyyəti, yoldaşlıq və əməkdaşlıq ruhunu dərinləşdirmiş, sağlam ab-havanın qorunmasına xidmət etmişdir. Danılmaz həqiqətdir ki, hazırda YAP cəmiyyətin siyasi avanqardıdır. Respublikada ən nüfuzlu siyasi qüvvədir. Bunun əsas səbəbi qazanılmış uğurlar və YAP-nın sıralarındakı minlərlə məsləkli, əqidəli insanlardır. Alimlər, müəllimlər, həkimlər, bəstəkarlar, mühəndislər, ədəbiyyat və incəsənət içşiləri, sadə peşə adamları, xüsusilə Azərbaycan qadını – ocaq çatıb təndir salan, sac asan, nehrə çalxayan, hana qurub gəbə toxuyan, bağ salan, bostan salan, löyün-löyün təamlar bişirən, zərif barmaqları ilə iri dəzgahları hərəkətə gətirən, məqamı çatanda səngərə yatan, güllə atan mərd, cəngavər, fədakar bacılarımız, dünyanın heç bir ölkəsində tayı-bərabəri olmayan yanımlı analarımızdır.
Bu gün YAP-ın ətrafında sıx birləşən insanların ən böyük məramı və arzusu torpaqlarımızın işğaldan azad olunmasıdır. 1990-cı illərin əvvəllərində keçmiş rəhbərlik ermənilərin torpaqlarımızı işğal etməsini soyuqqanlıqla almanların Moskvaya yaxınlaşması ilə müqayisə edərək, bunu müharibə dövrü üçün təbii hal kimi səciyyələndirirdi. Dövlət rəhbərinin belə qeyri-ciddi mühakiməsi gəncliyin vətənpərvərlik ruhunu sarsıdır, cəmiyyəti torpaq işğalına alışdırırdı. Həmin illərdə gənclərin böyük əksəriyyətinin orduya xidmətdən yayındığını yaxşı xatırlayırıq. Bu gün isə Ali Baş Komandanın bircə əmrinə bütün xalqımız müntəzirdir. Çünki onun məramı belədir:
Dostları ilə paylaş: |