Elmi, təhsili heç vaxt unutmayan bir



Yüklə 6,34 Mb.
səhifə57/68
tarix02.01.2022
ölçüsü6,34 Mb.
#2186
1   ...   53   54   55   56   57   58   59   60   ...   68
12 iyun 2012-ci il.

M Ü S A H İ B Ə L Ə R
Heydər Əliyevin siyasi hakimiyyətə

qayıdışı ilə tariximizdə uğurlu səhifələr

yazılmağa başlanıb
Bir neçə gündən sonra xalqımız Azərbaycanın və azərbay­can­lıların həyatında çox mühüm bir dönüş mərhələsinin başlandığı günü - Qurtuluş gününü qeyd edəcəkdir. On bir illik müstəqillik ta­ri­xi­mizin doqquz ilində həmin günün bayram əhval-ruhiyyəsi ilə qeyd edilməsi təsadüfi deyil.

Müsahibimiz Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, M.Ə.Sabir adına Pedaqoji Texnikumun direktoru Nurlana xanım Əliyevadır.

1993-cü il iyunun 15-də xalqın böyük əksəriyyətinin dəstəyi ilə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı müstəqilliyimizin ilk illərində tariximizdə qara hərflərlə yazılan günlərə son qoydu, xalqımızın işıqlı günləri başlandı. Həmin tarixi günü bayram əhval-ruhiyyəsi ilə qeyd edən hər bir kollektiv, hər bir azərbaycanlı ən yeni tariximizdə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışının necə müstəsna rol oynadığını konkret faktların müqayisəsi kontekstində aydın görür və dərk edir.

Müstəqilliyimizin ilk illərində Azərbaycana rəhbərlik edən iqtidarın Azərbaycanın müstəqilliyini qorumaq gücündə olmadığı tezliklə bəlli oldu. Onların apardıqları yarıtmaz daxili və xarici siyasət əyani şəkildə sübut edirdi ki, müstəqilliyi qorumaq, onu qazanmaqdan xeyli çətindir. Amma Azərbaycan xalqı bir əsrdə ikinci dəfə qazandığı müstəqilliyini bu dəfə itirmək barədə düşünmürdü. Xalqın bu arzusunu reallaşdıra bilə­cək şəxsiyyətin mövcudluğunun yenidən xatırlanması ürək­lərdə ümid və inam yaratmışdı. İstər Azərbaycana rəh­bərlik etdiyi birinci dövrdəki fəaliyyəti zamanı, istərsə də, müstəqilliyimizin ilk illərində blokada şəraitində olan Naxçıvanda həyata keçirdiyi böyük quruculuq işləri, əhalinin dolanışıq səviyyəsini yaxşılaşdırmaq üçün gecəli-gündüzlü yorulmaz, gərgin fəaliyyəti ilə xalqın ləyaqətli oğlu Heydər Əliyev insanlarda xoş gələcəyə ümidləri artırmışdı.

Müstəqilliyimizin xilasını Heydər Əliyevin siyasi hakimiy­yətə qayıdışında görənlərin sayı respublikamızın bütün bölgələrində sürətlə artırdı. Həmin dövrdəki mövcud iqtidarın bütün təqib və təzyiqlərinə baxmayaraq, memarı və yaradıcısı Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasına hər yerdə üzv yazılanların, Heydər Əliyev ideyaları ətrafında birləş­məyin zəruriliyini dərk edənlərin sayının artması da bununla bağlı idi.

Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından keçən doq­quz il ərzində xalq arzularının gerçəkləşdirilməsi istiqa­mə­tində atılan inamlı addımların şahidi oldu. Müstəqilliyin itirilməsi təhlükəsinin qarşısı alınmış, onun dönməzliyi, əbədiliyi təmin edilmişdir. Ölkə iqtisadiyyatının tənəzzülü dayandırılmış, iqtisadi müstəqilliyə nail olmaq üçün onun dinamik inkişafına nail olunmuşdur. Ölkənin hər yerində böyük quruculuq işləri gedir, əhalinin üzləşdiyi sosial problemlərin həlli istiqamətində uğurlu addımlar atılır. Başlanmış böyük işlərin səmərəsi Azərbaycanın beynəlxalq nüfuzunun artma­sı­nda, əhalinin sosial-rifah səviyyəsinin gündən-günə yaxşı­laş­ma­sın­da özünü göstərir. Başlıca problemimiz olan Ermənistan-Azər­baycan, Dağlıq Qarabağ münaqişəsinin də ölkəmizin milli maraqlarına uyğun həll ediləcəyinə, işğal edilmiş ərazilərimizin tezliklə azad olunacağına ölkə əhalisinin əksəriyyəti qətiyyən şübhə etmir. Bu il yaranmasının on illiyini təntənə ilə qeyd etməyə hazırlaşdığımız Yeni Azərbaycan Partiyası ölkənin siyasi həyatında ən ciddi siyasi qüvvə kimi qəbul edilir. Əhalinin müxtəlif təbəqələrinin, xüsusən gənclərimizin siyasi seçim edərkən, başlanmış böyük işlərin uğurla davam etdirilməsinin fəal iştirakçısı olmaq üçün YAP sıralarında olmağa üstünlük verməsi Heydər Əliyev ideyalarının xoş sabahımızı təmin edəcəyinə inamla bağlıdır. Yeni Azərbaycan Partiyasının tarixi II qurultayında partiyamızın yeniləşməsi və gəncləşməsi istiqamətində aparılan işlərin davam etdirilməsi, bacarığı və səriştəsi ilə böyük siyasətə hazır olduğunu sübut edən İlham Əliyevin YAP sədrinin I müavini seçilməsi partiyamızın bütün üzvlərinin, xüsusən gənclərin ürəyincə olmuşdur. Mən də minlərlə gəncin təhsil aldığı kollektivin rəhbəri kimi gənclərin Azərbaycanımızın xoş sabahına möhkəm inandıqlarının, başlanmış böyük işləri indiki iqtidarın uğurla davam etdirmək gücündə olduğuna şübhə etmədiklərinin şahidiyəm.

Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından keçən doqquz il ərzində qazanılan uğurları saymaqla qurtaran deyil. Bu sırada, ilk növbədə xalqımızın ən böyük nailiyyəti kimi dəyərləndirdiyimiz bir faktı - on bir ildir ki, müstəqil dövlətin vətəndaşı olmağımızı xüsusi qeyd etmək istəyirəm. Heç kimə sirr deyil ki, müstəqilliyimizin qorunması, möhkəmləndiril­məsi və daha da inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Azər­baycanın regionda lider dövlətə çevrilməsi də Heydər Əliyevin apardığı müdrik, uzaqgörən siyasətin bəhrəsidir. Azərbaycanın dünya dövlətləri sırasında öz layiqli yerini tutmasını, Azərbaycan həqiqətlərini qəbul edən dövlətlərin sayının artmasını xüsusi məmnunluq hissi ilə qeyd etmək istəyirəm. Çünki Azərbaycana qarşı ənənəvi olaraq tətbiq edilən ikili standartların azaldığını, Azərbaycanla qarşılıqlı faydalara əsaslanan əməkdaşlığa üstünlük verildiyinin şahidi oluruq. Bu mənada, Avropa Şurasının strukturlarına inteqrasiya yolunu seçən Azərbaycanda demokratiya və insan haqlarının qorunması istiqamətində xeyli iş görüldüyünün etiraf edilməsi ilə yanaşı, ölkəmizin beynəlxalq nüfuzuna zərbə vurmaq istəyənlərin mövqelərinin zəifləməsi, gələcəyə nikbinliyi artıran amillərdəndir. Bu nikbinliyi artıran səbəblərdən biri möhtərəm Prezidentimiz Heydər Əliyevin dünya siyasətçiləri arasında hədsiz nüfuzu ilə bağlıdırsa, digər mühüm əhəmiyyətli səbəb İlham Əliyevin Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq istiqamətində apardığı məqsədyönlü fəaliyyətlə sıx bağlıdır. Təsadüfi deyil ki, həm Qərbdə, həm ABŞ-da, həm Rusiyada, həm də Azərbaycanda gələcəkdə hakimiyyətə gəlmək şansı olan siyasətçilərdən bəhs edilərkən, İlham Əliyevin daha perspektivli siyasətçi olduğu yekdilliklə qeyd edilir.

İllər ötdükcə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə başlanan uğurlarımızın sayı qat-qat çoxalacaq, bunları hər kəs Azərbaycanımıza münasibətdə, öz gündəlik həyatında bundan sonra da hiss edəcəkdir.

Yaxşı haldır ki, ölkə əhalisinin əksəriyyəti daha işıqlı sabahımızın təmin ediləcəyinə həm inanır, həm də onu tezləşdirmək üçün öz töhfəsini verməyə çalışır. Belə bir ab-havanı bütün varlığı ilə milli-mənəvi dəyərlərimizə bağlı olan Heydər Əliyev yaradıb. Elə buna görədir ki, cəmiyyətdə əhalinin bütün təbəqələrinin öz layiqli yerini və qiymətini alan nümayəndələri kimi, qadınlarımız da müxalifət təmsilçilərinin bütün iftira və böhtanlarına baxmayaraq, Azərbaycanımızın daha da inkişafı üçün əllərindən gələni əsirgəmir, Heydər Əliyev ideyalarının həyata keçirilməsinin ön cərgələrində addımlayırlar.

Səs” qəzeti, 9 iyun 2002-ci il.



Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin