Elmi, təhsili heç vaxt unutmayan bir


www.yap.org.az saytına müsahibə, 17 noyabr 2009-cu il



Yüklə 6,34 Mb.
səhifə60/68
tarix02.01.2022
ölçüsü6,34 Mb.
#2186
1   ...   56   57   58   59   60   61   62   63   ...   68
www.yap.org.az saytına müsahibə, 17 noyabr 2009-cu il.

YAP QADINLAR ŞURASI BÜTÜN MƏSƏLƏLƏRƏ ÖZ TÖHFƏSİNİ VERDİYİ KİMİ, PARTİYANIN YUBİLEYİNƏ DƏ XÜSUSİ RƏNG QATACAQ
Müsahibimiz Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri Nurlana Əliyevadır.

- Nurlana xanım, bəlli olduğu kimi, Yeni Azərbaycan Par­tiya­sının yaranmasının 20-ci ili tamam olur. Bu müddət ərzin­də partiyanın fəaliyyəti və onun Azərbaycan dövlətçiliyinin inkişafına verdiyi töhfələri necə dəyərləndirirsiniz?

- Çox sevindirici haldır ki, Ümummilli lider Heydər Əliyevin rəhbərliyilə yaradılmış və bu gün cənab Prezident İlham Əliyevin Sədrliyilə uğurla fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illiyini qeyd edəcəyik. YAP, ilk növbədə, dövlətimizin, dövlətçiliyimizin dayağı, ona dəstək olan, onun ideyalarını ürəkdən qəbul edən, bu ideyaların həyata keçirilməsi istiqamətində mühüm addımlar atan böyük bir qurumdur, siyasi qüvvədir. YAP yarandığı ilk gündən o qədər mühüm məsələlərin həllinə nail olub ki, bu partiyanın bütün məramı, bütün siyasi əqidəsi bu fəaliyyətlə bağlı olub. İlk növbədə onu deməliyəm ki, Ulu öndər Heydər Əliyev partiyamızı yaradarkən, gələcəyini elə düşün­müşdü ki, bu partiya cəmiyyətdə böyük bir siyasi qüvvə ki­mi vətəndaşlarımızın həyatının tənzimlənməsində, müstəqil­liyimi­zin möhkəmlənməsində, dövlətçiliyimizin cilalan­ma­sında, xarici ölkələrdə vətənimiz, millətimiz haqqında müsbət fikirlərin yaranmasında mühüm rol oynayacaq və bu partiya dövlətçiliyimizə əsl dayaq olacaq. Bu uzun illər ərzində partiyanın sıralarında birləşən insanların məramı məhz bu olub.

Təxminən 18-20 il bundan əvvəl Ümummilli lider Heydər Əliyev Azərbaycanımızı məhv olmaq təhlükəsindən xilas edən addım­lar atdı. Həmin dövrdə insanlar arasında təbliğat apar­maq, müxtəlif tədbirlər vasitəsilə insanları istiqamətlən­dirmək, onlara kimin kim olduğunu, nəyin necə olduğunu düzgün şərh etmək istiqamətində partiyamız bu böyük vəzifəni mü­vəf­fəqiy­yətlə həyata keçirdi. Partiyamızın sıralarında doğrudan da əqi­dəli insanlar birləşmişdi. Onların arasında müxtəlif təbəqələrin nü­mayəndələri - ziyalılar, həkimlər, müəllimlər, gənclər, qadın­lar, hətta evdar xanımlar olmalarına baxmayaraq, əqidə­ləri düzgün idi. Onlar partiyanın məqsəd və məramını reallaş­dır­mağı bacardılar. Onlar vəziyyətdən çıxış yolları axtarıb tapır və problemlərin həllinə nail olmaq üçün düzgün düşü­nür­dülər, təkliflər verirdilər, qərarlar qəbul edirdilər. Bu imkanların məhz YAP-da cəmləşməsi partiyanın düzgün forma­laşmasına gətirib çıxarırdı.

- Partiyanın dövlətimizin inkişafı istiqamətində həyata keçir­diyi işlərdə qadınlarımız da fəal iştirak edir. Siz YAP-ın fəaliy­yətində qadınların iştirak faizini necə qiymət­lən­dirir­siniz?

- Bu gün partiyamızın sıralarında qadınlarımız kifayət qədər fəal təmsil olunurlar. Onların səsi, hətta, beynəlxalq arenalardan gəlir. Qadınlarımız Azərbaycan həqiqətlərini dünyaya çatdıra bilirlər, Azərbaycan xalqının mütərəqqi mövqeyini, düzgün niyyətini ortaya qoyurlar.

Xatırlatmaq istərdim ki, 1995-ci ildə YAP-ın Qadınlar Şurası təsis olunub. Bu gün isə partiyamızın tərkibində qadınlarımız 49 faizlə təmsil olunurlar. Partiyanın tərkibindəki qadınlar əsl ana timsalında çıxış edirlər. Onlar tez-tez cəbhə bölgələrində olur, xeyriyyə tədbirləri keçirir, gənc qızlarımıza milli-mənəvi dəyərlərin təlqin edilməsi istiqamətində işlər görürlər.

Hamımız bilirik ki, bu gün məktəblərimizdə qadınlarımız daha çox fəaliyyət göstərirlər, müəllim kimi, xəstəxanalarda həkim kimi. Məhz bu xeyriyyəçilik işləri bu istiqamətlərdə özünü büruzə verir. Qadınlarımız bölgələrdə müxtəlif mədəni-kütləvi tədbirlər təşkil edir, tənha qocaları bayramlarda yada salır, internat məktəblərindəki valideyn himayəsindən məhrum olmuş uşaqlara baş çəkirlər. Bu işlərin siyahısını uzatmaq da olar. Bütün bu işlər cəmiyyətimizi saflaşdırır.

Əlbəttə ki, bu gün Azərbaycan vətəndaşlarının gözü qarşısında çox mühüm uğurlar əldə edir, ölkəmiz dəyişir. Bu yeniləşmə və dəyişmə çoxumuzu sevindirdiyi qədər, bizi istəməyənlərin də qəlbində böyük qısqanclıqlar yaradır. Xüsusən də, düşmənlərimiz olan ermənilərin qısqanclığına tez-tez rast gəlinir. Amma buna baxmayaraq, onların maneələri artıq dəf edilib, dünyada onlara inam çox azalıb. Çünki biz, öz mədəniyyətimizlə, tariximizlə, mövqeyimizlə elə rolda çıxış edirik ki, bunu bütün dünya görür.

20 illik müstəqiilik tarixi olan Azərbaycanda “Eurovision-2012” mahnı yarışması keçirildi. Bu mahnı müsabiqəsinin keçirilməsi tarixi hadisə idi. Çünki bu hadisə bütün dünyanın diqqətini bizə yönəltdi. Biz qonaqpərvərliyimizi, inkişafımızı, iqtisadi yüksəlişimizi elə təqdim etməyi bacardıq ki, bütün dünya heyrətə gəldi. Bütün bu işlərdə isə qadınlarımız xüsusi fəallıq nümayiş etdirdilər.

- Nurlana xanım, Ulu öndər Heydər Əliyevin qadınlara olan münasibətindən danışdınız. İstərdik ki, bu iki dövr arasında paralellər apararaq qadınların həyatında baş verən dəyişiklikləri də müzakirə edək...

- Ümumiyyətlə, cəmiyyətdə qadınlarımız həmişə fəal olublar. Qadınlarımıza Heydər Əliyev qədər diqqətlə, qayğı ilə yanaşan ikinci şəxs olmayıb. Onun da bu siyasətini Prezident İlham Əliyev davam etdirir. Ümummilli lider Heydər Əliyev qadınlarımızı cahanşümul mübarizəyə yönəldib, onlara layiq olduqları yeri verib, dövlətçilik işlərinə cəlb edib. Ona qədər heç bir rəhbər bu addımı atmayıb. Qadınlarımız məktəblərdə, xəstəxanalarda çalışırdılar, kiməsə fərdi qaydada xeyirxahlıq göstərirdilər. Amma Heydər Əliyevdən sonra bunların hamısı kütləvi hal almağa başladı. Birincisi, ona görə ki, rəhbərimiz bizə bu istiqaməti göstərmişdi. İkincisi, bu xeyirxahlıq xalqımızın milli dəyərlərinin daxilində çox güclü yuva salıb. Üçüncüsü isə, o dövrdə həmin xeyirxahlığa böyük ehtiyac var idi. Əgər 20 il əvvəl qadınlarımızın fəaliyyəti lokal xarakter daşıyırdısa, bu gün artıq bu fəaliyyət qlobal xüsusiyyət alıb. Bu gün qadınlarımız internet vasitəsilə dünyaya çıxır, dünyada baş verən proseslərə münasibət bildirirlər.

- Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin üzvü Mehriban Əliyevanın fəaliyyəti qadınların cəmiyyətdə mövqeyinin möhkəmlənməsinə və rolunun artmasına hansı formada təsir edir?

- Bu gün Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan xalqını tanıtmaq üçün böyük addımlar atır. Mehriban xanım Əliyeva nəinki ölkə daxilində böyük işlər görür, layihələrin həyata keçirilməsində birbaşa fəaliyyət göstərir, hətta xarici ölkələrdə də Azərbaycanın mədəniyyətini, ədəbiyyatını, incəsənətini təqdim etmək üçün mühüm addımlar atır. Rusiyada, Fransada, Almaniyada, İngiltərədə və digər dövlətlərdə Azərbaycan mədəniyyəti təbliğ olunur. Bütün bunlar əlbəttə ki, Azərbaycanın ümumi səviyyəsini, Azər­bay­can analarının istedadını, bacarığını, övlad tərbiyəsindəki mühüm rolunu dünyaya təqdim etmək deməkdir. Belə anaları olan cəmiyyət, millət heç bir zaman aqressiv mövqe tuta bilməz. Bu gün biz ədalətsiz müharibəyə cəlb olunmuş ölkəyik. Ölkəmizin müharibəyə cəlb olunmasına baxmayaraq, inkişafa nail ola bilirik. Mehriban xanımın təhsil, səhiyyə sahələrinin inkişafındakı xidmətləri də cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir, daim təqdir olunur. Onun fəal mövqeyi, milli və dövlətçilik maraqlarına xidmət edən çoxşaxəli fəaliyyəti təbii ki, hər bir qadınımız üçün əla örnək və haqlı qürur mənbəyidir.

- 20 illik yubiley ərəfəsində YAP Qadınlar Şurası tərəfindən hansı tədbirlərin həyata keçirilməsi planlaşdırılır?

- YAP-ın tədbirlər planına uyğun olaraq 20 illiklə bağlı geniş bayram tədbirləri keçirmək niyyətindəyik. Bununla bağlı müəyyən hazırlıq işləri görülüb və yaxın zamanlarda bir sıra tədbirlər keçirəcəyik. Hesab edirəm ki, YAP Qadınlar Şurası bütün məsələlərə öz töhfəsini verdiyi kimi, partiyanın yubileyinə də xüsusi rəng qatacaq.



Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin