Elmi, təhsili heç vaxt unutmayan bir



Yüklə 6,34 Mb.
səhifə58/68
tarix02.01.2022
ölçüsü6,34 Mb.
#2186
1   ...   54   55   56   57   58   59   60   61   ...   68
SÖNMƏZ MƏŞƏL
Zaman bizi 15 iyun - Qurtuluş gününə yaxınlaşdırdıqca hər birimiz ömür kitabını bir daha vərəqləyir, millətin tale yazısına düşən bu günü bizə bəxş edən xilaskara sonsuz məhəbbətimizi bildiririk. Heydər Əliyev bütün vətəndaşların Prezidenti idi. Bu mənada vəzifəsindən, siyasi dünyagörüşündən asılı olmayaraq, o, hər birimizin taleyində müstəsna rol oynayıb. Təbii ki, bu baxımdan görkəmli elm, siyasi və ictimai xadimlər bu fenomenal şəxsiyyət haqqında daha qiymətli, obyektiv fikir söyləyirlər. Sıravi vətəndaşlardan fərqli olaraq, onlar liderimizlə bilavasitə çoxsaylı təmasda olmuş, onun fəaliyyətini yaxından izləyə bilmişlər.

Bayram ərəfəsində Qurtuluş gününün tarixi əhəmiyyəti, onun müəllifi Heydər Əliyev şəxsiyyətinin bu taleyüklü məqamda aparıcı rolu haqda oxucularla fikirlərini bölüşməyi filologiya elmləri doktoru, YAP Siyasi Şurasının üzvü, Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru, Respublika “Sevil” Qadınlar Məclisinin Yasamal rayon şöbəsinin sədri, publisist və nəhayət Azərbaycan qadının ən gözəl xüsusiyyətlərini özündə cəmləşdirən Nurlana xanım Əliyevadan xahiş etdik. O, dedi:

- Milli liderimiz Heydər Əliyevin həyat və fəaliyyəti uca dağlara bənzəyir. Duman olmayanda onların əsrarəngiz gözəlliyi və əzəməti göz önünə gəldiyi kimi, zaman keçdikcə liderimizin fəaliyyəti də daha relyefli görünür. Bu baxımdan 15 iyun 1993-cü il müstəsna əhəmiyyətə malikdir. Bu gün Heydər Əliyevin keşməkeşli həyatının bir hissəsi olsa da, xalqımız üçün yeni mərhələnin başlanğıcı idi.

Qurtuluş gününün növbəti, on birinci ildönümünü biz ilk dəfə Heydər Əliyevsiz qeyd edirik. Nə qədər acı olsa da, deməliyik ki, insanın fiziki varlığı sonsuz deyil. Lakin Heydər Əliyev ideyaları həmişəyaşardır. Bu həqiqəti son 11 il bir daha təsdiqlədi. Çünki biz fırtınalı, təlatümlü, havadan barıt qoxusu gələn günlərin şahidiyik. Bu günün Qurtuluş günü adlandırılması heç də təsadüfi deyildir. Çünki AXC-Müsavat cütlüyünün qısa müddətdə hakimiyyətə gəlməsi və getməsi, Heydər Əliyevin təbirincə desək, bir daha təsdiq etdi ki, hakimiyyəti qoruyub saxlamaq onu ələ keçirməkdən qat-qat çətindir.

Naxçıvanda blokada şəraitində işləməsinə baxmayaraq, Heydər Əliyev Azərbaycanda gedən ictimai-siyasi prosesləri dərindən təhlil edir, müstəqil dövlətin təsisatlarının yaradılması haqqında mühüm fikirlər söyləyir və səlahiyyətləri çərçivəsində müvafiq qərarlar qəbul edirdi. Bunların sırasında ən mühümü 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi idi. O dövrdə təsis edilən, sədr və onun ailə üzvlərindən başqa üzvü olmayan, əksər hallarda təsisçinin şəxsi maraqlarına xidmət edən partiyalardan fərqli olaraq, YAP xalqın istək və arzularını ehtiva edib ölkədə mövcud olan siyasi boşluğu aradan qaldırdı. Çox keçmədi ki, YAP təşkilati baxımdan möhkəmlənərək ölkənin iqtidar partiyasına çevrildi. Hazırda partiyanın 300.000-dən çox üzvü vardır. Təsadüfi deyil ki, Heydər Əliyev YAP-ı dünənin, bu günün və gələcəyin partiyası adlandırmışdır.

Tam məsuliyyətlə demək olar ki, Heydər Əliyevin hakimiyyətə qayıdışı məntiqəuyğun bir proses idi. Lakin hakimiyyət sözünü o dövrə şamil etmək nisbidir. Çünki bu anlayış o zaman öz mahiyyətini itirmişdi. De-yure olaraq müstəqil ölkəmiz xanlıqlar dövrünün ən arzuolunmaz variantını yaşayırdı. Heydər Əliyev mahir usta kimi bu parçalardan “Azərbaycan” adlı bir bina tikməli idi və tikdi.

O dövrə nəzər salarkən, vurğulamalıyıq ki, bəlkə də ictimai-siyasi sabitliyə mane olan əsas faktorlardan biri müstəqilliyimizə qənim kəsilmiş xarici qüvvələrlə yanaşı, hakimiyyəti təhvil verdiyi gündən barışmaz müxalifət mövqeyinə keçən AXC idi. O vaxt xeyli tərəfdara və dövlət strukturlarında çalışan məmurlara malik cəbhəçilərin belə mövqe tutmaları yeni hakimiyyət üçün əlavə təhlükə mənbəyi idi. Sonrakı çevriliş və təxribat buna sübutdur.

Yüksək idarəçilik təcrübəsinə, analitik zəkaya, fenomenal yaddaşa malik olan Heydər Əliyev belə bir şəraitdə dəfələrlə vurğuladı ki, mövcud çətinliklər müvəqqətidir. Görəsən o, bu fikri söyləyərkən kimə və nəyə əsaslanırdı. Bu suala birmənalı cavab vermək olar: Xalqın gücünə və istəyinə. Hələ 1990-cı illərin əvvəllərində Bakıda hakimiyyətə gələnlər sürət qatarları kimi bir-birini əvəz edəndə geniş xalq kütlələri nəzərlərini Naxçıvana dikmişdi.

Bir vətəndaş kimi deyə bilərəm ki, Heydər Əliyev ölkə rəhbərliyinə qayıdandan sonra xalqımızın etimadını şərəflə doğruldurdu. Ölkəni uçuruma aparan problemlər təcili həllini gözləyirdi. Təbii ki, onlardan ən mühümü Qarabağ müharibəsini sona çatdırmaq və ölkənin ərazi bütövlüyünü təmin etmək idi. Lakin güclü Milli Ordu olmadığından, bu arzuların reallaşması xülyadan başqa bir şey deyildi. Ordu quruculuğu üçün isə vaxt faktoru mühüm rol oynayır. Buna görə də az sonra 1994-cü ilin mayında Ermənistanla atəşkəs haqqında saziş imzalandı. Beləliklə, ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev bütün Azərbaycanın şəhidlər xiyabanına çevrilməsinin qarşısını aldı. Qazanılan vaxt imkan verdi ki, qısa müddətdə ölkədə ictimai-siyasi vəziyyət sabitləşdirilsin və iqtisadiyyatın inkişafına diqqət artırılsın.

“İqtisadiyyatı güclü olan dövlət, hər şeyə qadirdir” prinsipini reallaş­dıran Heydər Əliyev ölkənin malik olduğu neft faktorundan bacarıqla istifadə edərək 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanmasına nail oldu. Skeptiklərin “proqnozları”nın əksinə olaraq, Heydər Əliyev ona məxsus olan iradəsilə neft strategiyasını mərhələ-mərhələ reallaşdırmağa başladı. Milli maraqlarımıza qənim kəsilmiş müxtəlif “qonşular” daxili əlaltılarının köməkliyi ilə bu layihənin reallaşmasına maneəçilik törətmək istəsələr də, ona nail ola bilmədilər. 2002-ci il sentyabrın 20-də təməli qoyulan Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikintisinin başlanması bu sahədə olan bütün maneələrə son qoydu.

Bazar iqtisadiyyatı qanunları ilə inkişaf edən ölkəmiz qüvvətlən­dikcə, əhalinin maddi rifahı yaxşılaşır, həyatın mühüm sahələrində əsaslı islahatlar həyata keçirilirdi. Prezidentimiz digər sahələrlə yanaşı, təhsilin inkişafına da diqqət və qayğısını əsirgəmirdi. Ölkəmizdə özəl təhsil sisteminin yaradıcısı, təhsilin bütün mərhələlərində köklü islahatlar aparan Heydər Əliyev mühüm dövlət işləri ilə məşğul olmasına baxmayaraq, yeni dərs ili başlananda məktəbləri gəzir, tədris prosesi, hətta dərsliklərlə belə, tanış olurdu. Bu diqqətin bariz nümunəsi kimi başçılıq etdiyim kollecin yaranmasının 80 illik yubileyi münasibətilə Prezident Heydər Əliyevin pedaqoji kollektivə ünvanladığı təbrik məktubunu göstərmək olar. Son 80 ildə Azərbaycana görkəmli şəxsiyyətlər bəxş etmiş bu mötəbər təhsil ocacığının fəaliyyəti Prezidentimizin 23 dekabr 1999-cu ildə ünvanladığı təbrik məktubunda qeyd edilməklə bərabər, həm də kollektivin qarşısında duran vəzifələr göstərilirdi. Bu diqqət və qayğıdan məmnunluq hissləri keçirən kollektivimiz üçün möhtərəm Prezidentimizin tövsiyələri gələcək fəaliyyət proqramına çevrildi.

Ümumiyyətlə, Prezidentimiz Azərbaycanın bütün vətəndaş­ları­na, xüsusən uşaq və qadınlara diqqət və qayğı ilə yanaşırdı. Bu qütbə məxsus zəngin “ehtiyat mənbələri”nin təşkil olunub üzə çıxarılmasında Azərbaycan qadınının müyəşəkkil bir qüvvə kimi səfərbər edililb, ümumxalq mübarizəsinə qoşulmasında hər bir şeydən əvvəl, müstəsna keyfiyyət və məziyyətlərinə görə müasirlərindən qat-qat yüksəkdə duran, siyasi miqyas və nüfuzuna görə heç kimə bənzəməyən möhtərəm Prezidentimizə borcluyuq. Azərbaycan müstəsna ölkələrdən biridir ki, gender problemi dövlət səviyyəsində həll edilir və bu məqsədlə Qadın Problemləri Üzrə Dövlət Komitəsi yaradılmışdır. Bu haqda çox danışmaq olar. Lakin Heydər Əliyevin qadınlara olan münasibətini onun sözləri ilə ümumiləşdirmək daha məqsədəuyğundur. Yadımdadır, ölkə Prezidenti Heydər Əliyev 1998-ci il iyunun 1-də Prezident sarayında “Sevil” Qadınlar Məclisi rayon şöbələrinin sədrlərini qəbul edərkən bütün iştirakçıları səbrlə dinlədikdən sonra özü çıxış etdi. O, dedi: “Mən bütün fəaliyyətimdə həmişə qadınlara arxalanmışam, onları özümün dayağım hesab etmişəm. Bunlar sadəcə sözlər deyildir, mən onları sınaqdan keçirmişəm. Mənim həyatımın çox ağır və çətin anları olubdur. Bütün bu mərhələlərdə qadınlar özlərini həmişə çox etibarlı göstəriblər və bu sınaqlardan şərəflə çıxıblar.”

Ölkəmizin stabil inkişafı onun beynəlxalq aləmdə yüksək nüfuz qazanması ilə nəticələndi. 2001-ci ilin yanvarında Strasburqda Prezident Heydər Əliyev tərəfindən ölkəmizin Avropa Şurasının tamhüquqlu üzvü kimi üçrəngli bayrağının qaldırılması bu siyasətin zirvəsi idi. Yarım əsrə yaxın Azərbaycanda görülən əzəmətli, monumental və möhtəşəm işlər məhz bu müdrik fenomenal şəxsiyyətin adı ilə bağlıdır. O, həyatını Azərbaycana qurban verdiyi kimi, xalqımız da dahi rəhbərinə sonsuz məhəbbət bəsləyir. 2003-cü ilin dekabrnda Heydər Əliyevin dəfn mərasimində biz bu ülvi hisslərin bir daha şahidi olduq. Yüz minlərlə insanın kədər və sevgi selinə qovuşan öndərimizin dəfn mərasimi bütün dünyaya bəyan etdi ki, Heydər Əliyev qəlbimizdə həmişəyaşardır.

Xoşbəxtik ki, 15 iyun 1993-cü ildə Ümummilli liderimizin Azərbaycanı işıqlı gələcəyə aparmaq üçün yandırdığı məşəl bu gün etibarlı əllərdədir.

2003-cü ilin oktyabrında xalqın iradəsi və seçicilərin mütləq səs çoxluğu ilə Prezident seçilmiş İlham Əliyev cənablarının həyat və fəaliyyəti, deyərdim ki, Heydər Əliyev idarəçilik məktəbinin təntənəsi, işgüzarlığının nümunəsidir. İnsanları əməli fəaliyyətinə görə qiymətləndirən öndərimiz, İlham Əliyevə qarşı da tələbkar olmuş və dövlətçilik maraqları baxımından ən mühüm, lakin həlli çətin vəzifələri ona tapşırmışdı. ARDNŞ-in birinci vitse-prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti, millət vəkili, ölkəmizin Avropa Şurasındakı nümayəndə heyətinin rəhbəri vəzifəsini həyata keçirən gənc Prezidentimizin qazandığı uğurlar xalqımıza və beynəlxalq ictimaiyyətə yaxşı məlumdur. Əminik ki, uğurlu estafeti davam və inkişaf etdirən Prezident İlham Əliyev cənabları Azərbaycanı yeni inkişaf mərhələsinə çatdıracaq.

Fürsətdən istifadə edib, möhtərəm İlham Əliyevi, bütün xalqımızı 15 iyun Milli Qurtuluş günü münasibətilə təbrik edir, doğma Azərbaycanımıza aydın səma arzulayıram.

Humanist” qəzeti, 14 iyun 2004-cü il.





Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin