13
fəaliyyət kimi şərtləndiricidir. Fəlsəfi məzmunu aşkaredicidir. Dövlət
subyekti də siyasətin fəlsəfəsini meydana gətirir. Yəni, dövlət qurumunun
məcmu mahiyyəti siyasətin istiqamətlərini formalaşdırır. Dövlətlər müəyyən
məkanda olan resurslar üzərində təsir məqsədilə, resursları mənimsəmək üçün
insanlara hüquq normaları ilə sanki məkanı aralayıb hüquqlar verirlər. Daha
doğrusu hüquqlarını məkanlarda təsbit edirlər, təsdiqləyir və təmin edirlər.
Dövlət bu aspektdə hüquq məkanını insanlara və tərəflərə təqdim edir.
Dövlətlər məkan içərisində insanların vəsaitlərdən istifadə etmələri məqsədilə
onlara hüquqlar müəyyən edirlər. Şəraitlər yaradırlar. Məkanları ayrıd edirlər
və universal və məxsusi hüquqlar müəyyənləşdirirlər.
Dövlət siyasəti ilə özünün daxili məkanda və beynəlxalq aləmdə qoruyur,
mövcudluğunu təmin edir. Dövlətin beynəlxalq siyasəti daxili siyasəti ilə
tamamlanaraq, eləcə də onun fəaliyyətindən irəli gələrək beynəlxalq aləmdə
bir subyekt kimi mövcudluğu
dünya siyasəti fəlsəfəsini meydana gətirir.
Dünya siyasətinin fəlsəfəsi özündə beynəlxalq münasibətlərin fəlsəfəsini də
cəmləşdirməklə, rəngarəng tərkib alır. Dünyanın məzmunu açılır. Dünya
siyasəti fəlsəfəsi dövlətlərin iyerarxik quruluşlarından başlayaraq, öz
aralarında olan əlaqələr fonunda da yaranır. Mövcudluq və fəaliyyət vəhdətdə
fəlsəfi bütövü meydana gətirir. Dünya siyasəti fəlsəfəsi dövlətlərin qlobal və
regional, yerli əlaqələrindən tutmuş universal və məxsusi-konkret
formanı və
dövlətlərin ümumən bəşəriyyətə xidmətlərinin əsaslarına söykənən
məzmunu
özündə cəmləşdirir. Dövlət fəlsəfəsi də dövlətin strukturunu (bu struktur
genişlənən və məhdudlanan ola bilər) və məzmununu meydana gətirən iki
şə
rti hissələrin birləşməsindən formalaşır. Deməli, dövlət əslində özünün
forma və məzmunu ilə fəlsəfi düçüncələrin obyektini təşkil edir.
Dövlətlər vəsaitləri tərəqqiyə yönəldirlər, bu halda inkişaf baş verir və
tarazlıq və sabitlik yaranır. Dövlətin xidmət məzmunu məhz bu məsələdə
özünə fəlsəfi çalar qatır.
Dünyanın siyasi quruluşu fəlsəfə üçün formanı,
Dostları ilə paylaş: