Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi dünyada insanın formalaşdığı ilk məskənlərdəndir


Milli Azadlıq Hərəkatının tarixini öyrənmək baxımından maraq kəsb edən daha bir neçə qaynaq



Yüklə 12,01 Mb.
səhifə100/201
tarix02.01.2022
ölçüsü12,01 Mb.
#2221
1   ...   96   97   98   99   100   101   102   103   ...   201
Milli Azadlıq Hərəkatının tarixini öyrənmək baxımından maraq kəsb edən daha bir neçə qaynaq

Milli Azadlıq Hərəkatının tarixini öyrənmək baxımından az-çox maraq kəsb edən qaynaqlardan biri də M. Zülfüqarlının Azərbaycan Respublikasının dovlət mustəqilliyinin bərpası və Azərbaycan Milli Istiqlal Partiyasının 10 illik yubileylərinə ittihaf etdiyi, bütünlüklə Etibar Məmmədova həsr etdiyi «İstiqlal tarixini yaradanlar ( 1972 – 1992 – ci illər)» adlı kitabıdır (17). Daha çox bioqrafik xarakter daşıyan kitab «Giriş»dən və aşağıdakı fəsil və yarım fəsillərdən ibarətdir:

1 Azərbaycanda XX əsrin 70 – ci illərində tələbə hərəkatı.

2. Çağdaş Azərbaycan milli – azadlıq hərəkatının istiqlal dövrü (fevral 1988 – 18 oktyabr 1991 ).

2.1. Azərbaycan milli – azadlıq hərəkatının ilkin mərhələsi (fevral 1988 – yanvar 1990).

2. 2. Əvvəl istiqlal, sonra hürriyyət (yanvar 1990–18 oktyabr 1991).

3. Azərbaycan Respublikası dövlət mustəqilliyinin beynəlxalq aləmdə tanınması sahəsində diplomatik fəaliyyət (noyabr – dekabr 1991 ).

4. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və demokratik cəmiyyətin bərqərar olması uğrunda mübarizə. Azərbaycan Milli Istiqlal Partiyasının təsis edilməsi (15 oktyabr 1991 – 3 – 4 iyul 1992 ).

Mövzumuz baxımından bizim üçün maraqlı ola biləcək fəsil «Çağdaş Azərbaycan milli – azadlıq hərəkatının istiqlal dövrü (fevral 1988 – 18 oktyabr 1991 )» başlıqlı fəsildir ki, burada da, eynən Elçibəy haqqında yazılan kitablarda olduğu kimi, 1988-ci il hadisələri, başqa sözlə Milli Azadlıq Hərəkatının təməllərinin atıldığı dövr barədə son dərəcə az məlumat verilib. Bu isə müəllifin özünün də qeyd etdiyi kimi, həmin dövrdə Etibar Məmmədovun fəaliyyətində gözə çarpmaması ilə bağlıdır.

Müəllif burada 1988-ci ilmitinqinə toxunur və çox qısa şəkildə bunları yazır: «SSRİ və digər iri dovlətlərin rəhbər qurumlarının yaxından koməkliyi ilə Azərbaycan torpaqlarına qarşı planlı surətdə növbəti erməni fitnəkarlığı həyata keşirilməyə başlayarkən, Dağlıq Qarabağda erməni separatcılarının vəhşiliklərinə etiraz olaraq Azərbaycanda ilk dəfə, kommunist rejimi dövrundə görünməmiş izdihamlı mitinq keçirilmişdi. Mitinqdə əvvəl üc-dörd min adam iştirak etsə də, sonra «Azadlıq» meydanından Azərbaycan KP MK-nın qarşısına qədər daha da genişlənərək 10-15 min adamın iştirak etdiyi izdihamlı mitinqə çevrilmişdi. Mitinqdə səslənən haqlı tələblərə etinasız yanaşan Respublika və SSRI rəhbərliyi öz fəaliyyətləri ilə sonrakı faciələr üçün şərait yaratdılar» (17, s. 20).

Daha sonra Sumqayıt hadisələrindən söhbət açılır və sonda söhbət Etibar Məmmədovun üzərinə gətirilərək deyilir: «Sumqayıt hadisələri başlayarkən fevralın 27-si gecə ikən E. Məmmədova bu həyəcanlı xəbəri catdırdıqda, o təmkinli olmağı, sayıqlığı itirməməyi və duşmən təxribatlarından dinc əhalini qorumağı məsləhət bilmişdi. Eyni zamanda təəssuflə qeyd etmişdi ki, olkədə təxribatların qarşısını ala bilən real quvvə və təşkilat yoxdur» (17, s. 21).

Bundan sonra söhbət baş tutmayan 16 mart və 16 may mitinqlərinin üzərinə gətirilir, onlar barədə əhəmiyyətsiz bir-iki cümlə işlədilir, sonrakı mitinqlərə toxunukmadan 17 noyabrda başlayan möhtəşəm mitinqin üzərinə gətirilir və yenə də Etibar Məmmədovun fəaliyyəti qabardılmağa çalışılır: «Ermənilərin gündən-günə azğınlaşmasına etiraz olaraq xalq kütlələri 16 mart 1988-ci ildə Elmlər Akademiyasında, 16 may 1988-ci ildə isə Azadlıq meydanında mitinqlər keçirmişdi. Mərkəzi hakimiyyətin 18 iyul qərarından sonra mərkəzin və yerli hökumətin məsuliyyətsizliyi, Ermənistandan azərbaycanlıların vəhşiliklə qovulmasının kütləvi hal alması xalqın səbr kasasını daşdıraraq, qərb mətbuatının XX əsrin oğuz dastanı adlandırdığı meydan epopeyasının başlanmasına gətirib cıxarmışdı.

Meydan hərəkatının əsasını təşkil edən mitinq 17 noyabr 1988-ci il tarixdə Azərbaycan Dövlət Universitetinin (Indiki BDU) qarşısından başlayarkən, E. Məmmədov öz müəllim yoldaşları ilə birlikdə izdihamın önündə indiki «Istiqlal» küçəsinədək gəlmiş və burada kuçəni avtobuslarla və trolleybuslarla kəsmiş milislərlə rastlaşmışdılar. Akademiyanın Əlyazmalar Institutunun qarşısında Əbulfəz Elcibəy də öz silahdaşları ilə izdihama qoşulmuş və onlar birlikdə mitinq iştirakcılarının mərkəzi meydana keşməsinə şərait yaratmaq üçün kuçələrə düzülmuş nəqliyyat vasitələrinin götrulməsini tələb etmişlər. Nəhayət «Istiqlal» kuçəsində toplanmış insan seli polis dəstələrini yararaq «Azərbaycan» kinoteatrı tərəfdən «Neftcilər» prospektinə, oradan da sürətlə indiki Azadlıq meydanına gəlmiş və bununla da 18 gün davam edən meydan hərəkatı başlanmışdır.

Lakin E.Məmmədovun fəaliyyətindən qorxuya duşən yerli hakimiyət orqanları mitinqlərin ilk günu onu həbsə alaraq indiki Səbayel rayonu polis idarəsinə gətirmişdi. Ona qarşı müxtəlif şantaj və böhtanların səmərə vermədiyini və mitinqlərin gündən-günə gücləndiyini görən o zamankı rəhbərlik E. Məmmədovu cərimə edərək azad etmək məcburiyyətində qalmışdır. Hakim S. A. Həsənzadənin imzası ilə Azərbaycan SSR Bakı şəhəri 26–lar rayon məhkəməsinin 18 noyabr 1988– ci il tarixli qərarında gostərilmişdir: «S. M. Kirov adına ADU–nun müəllimi E. S. Məmmədov V. I. Lenin adına meydanda icazəsiz mitinqdə iştirak etmiş və saat 11-00–da tribunada cıxış üçün mikrofon tələb edərək vətəndaşlarla mübahisə etmiş, milis əməkdaşlarının xəbərdarlığına məhəl qoymamış və ictimai asayişi pozmuşdur». Bu süni ittahamlara əsasən məhkəmənin qərarı ilə E.Məmmədov 50 manat cərimə olunmuşdur (AMIP cari arxivi). Məhz ilk dəfə yazılı ədəbiyyatda acıqlanan bu səbəbə gorə Etibar Məmmədovun meydan hərəkatı dövründəki fəaliyyəti nəzərə çarpmamışdır» (17, s. 23-24).

M. Zülfüqarlı haqlı olaraq yazır ki, «Təqiblərə baxmayaraq bu dovrdə Etibar Məmmədov xarici radiostansiyalarla əlaqə yaratmaq, onlara obyektiv məlumat vermək sahəsində məqsədyonlu fəaliyyət göstərmişdir. O, bu fəaliyyəti ilə meydan hərəkatı dövründə dünya miqyasında ermənipərəst qüvvələrin iftiraçı və inhisarçı informasiya hökmranlığına son qoymaqla yanaşı, ölkədə gedən milli–azadlıq hərəkatının daha da genişlənməsində mühüm rol oynamışdır» (17, s. 24).

Kitabda daha sonra Etibar bəy haqqında yenə bir abzas həcmində məlumat verilir və ondan da sonra sözügedən fasiləsiz mitinqin son günü bir cümlə ilə belə təsvir edilir: «1988-ci il dekabrın 5–dən 6–sına kecən gecə mey-danda mitinqin zorakılıqla dağıdılmasının əsas səbəbini isə Etibar Məmmədov hərəkata rəhbərlik edən siyasi təşkilatın olmamasında gorurdu» (17, s. 25).


Yüklə 12,01 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   201




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin