Məhəmməd Hatəmi Tantəkin
Xəlil Rza tərəfindən hərəkatın lideri elan edilən və həmin dövrdə kütlə tərəfindən də məhz belə qəbul edilən M. Hatəminin (Tantəkin) 9 iyun mitinqində elan etdiyi 16 nəfərlik komissiyanın siyahısını Ə. Tahirzadə meydanda eşitdiyi kimi verib. Maraqlıdır ki, mən artıq o dövrdə hərəkatçılar tərəfindən «Tuncay» ləqəbi ilə tanınsam da, siyahıda adım Bəxtiyar Şahverdiyev kimi gedir. Müəllif adımım önundə mötərisədə «Oğuz» yazıb ki, bu da həmin dövrdə həm də həmin təşkilatın başqanı kimi tanınmağım ilə əlaqədardır.
Doğrusu, mənim tam siyahı yadımda deyil və bu üzdən də «Yeni Müsavat» qəzetinə verdiyim müsahibələrdən birində bu 16 nəfərdən sadəcə bir neçəsinin adını çəkmişdim (2).
Maraqlıdır ki, Ə. Tahirzadə obyektiv olmaq üçün öz kitabında Hatəminin dilindən aşağıdakı sitatı verməyi də lazım bilmişdir: «Yaratdığım dönük, xəyanətkar komissiya ətrafımdakı bəzi gəncləri tərəflərinə çəkmək yolu ilə 14.11.1988 tarixinə qədər Bakıda nümayişlərin, mitinqlərin təşkilinə, keçirilməsinə mane olmuşdur. Dövlət bu işdə komissiyaya əlindən gələn yardımı etmişdir... Dövlət 1988-ci il 11 sentyabra təşkil etdiyim nümayişi komissiyanın əlilə pozdu, məni də tutdular. Tutulmağımla ilgili olaraq “Hatəmi, Hatəmi!” deyə-deyə küçələri dolaşan 147 adam da həbs edilir” (5).
M. H. Tantəkinin «Acı həqiqətlər»də təqdim etdiyi siyahı və bununla bağlı söylədikləri bir qədər fərqlidir. O yazır: «Xalqın məsələlərini dövlətlə müzakirə və həll etmək üçün tribunadaca komissiya yaradıb, onu mitinqə təsdiqlətdim. Komissiyaya aşağıdakı adamaları salmışdım:
1. Hatəmi Tantəkin,
2. Əbülfəz Əliyev,
3.Xəlil Rza,
4.Tağı Xalisbəyli,
5. Şamil Saleh,
6. Rüstəm Behrudi,
7. Nemət Pənahov,
8. Firidun Cəlilov,
9. Sevil Cahani,
10. Nurəddin Quliyev,
11. Mikayıl Mirzəyev,
12.Vurğun Əyyubov,
13. Bəhmən Sultanov,
14. Bəxtiyar Tuncay,
15. Sabir Yanardağ.
Dostları ilə paylaş: |