Xəlil Rza Ulutürk və Məhəmməd Hatəmi Tantəkin
Hatəmi Tantəkin kimi ərdəmli, böyük, dönməz ideya adamlarının bioqrafiyası bir xalqın tarixi deməkdir. İndilikdə bu, Azərbaycan tarixidir. Bu gün bizdə tarixi öz bildiyi sayaq yazan, redaktə edən bir rejim var. Bəlli bir çağda bu rejimin özünün tarixi yazılırkən, bu rejim özü doğru-düzgün dövlət redaktəsinə uğrayırkən ondan qalan gerçək, eləcə də parlaq tarix-bioqrafiya yerinə, yalanla, oğurluqla dolu qaranlıq keçmiş olacaq…
Hatəmi radikal idi – sonadək radikal. Hatəmi irrasional idi – sonadək irrasional. Keçmişdən yanaşmalarla onu radikalizminə görə də, irrasionallığına görə də qınamaq, suçlamaq olar, ancaq bu gün içində olduğumuz, istər-istəməz içimizi göynədən ortam Hatəmi radikalizmini, Hatəmi irrasionallığını qınamağa, suçlamağa yer qoymur – ən azı susmaq, susuban olub-keçənlərin düşüncələrinə dalmaq gərəyi yaranır. Bu gündən baxanda Hatəmini düz saymamaq, Hatəmiyə üstünlük qazandırmamaq çox çətindir – adam çağa damğasını vurub gedib!
Başlanğıcda “Bizimlə çoxdan bir olmayan Hatəmi…” demişdim. Hatəmi ilə, demək olar, bizim hamımızın yolumuz ayrılmışdı. Biz özümüzü Hatəmidən, Hatəmi özünü bizdən ayırmışdı. Bizim birimiz az, birimiz çox olmaqla necəsə, nələrə görəsə kompromis yolu tutmuşduq. Sözsüz, bu yolda özəl istəklər-güdüklərlə kompromisə gedənlər də vardı, ellik-ortaq istəklər-güdüklərlə gedənlər də. Özəlçilər özləri üçün nələrsə qazandılar – onlardan danışmağa da dəyməz, ellik-ortaq düşüncə axarında kompromisə gedənlər indilikdə uduzmuş durumdadırlar. Bu isə bütövlükdə Azərbaycanın uduzması deməkdir. Bizdə praqmatik düşüncənin idealist düşüncəni üstələməsi üzündən ortaya böyük uğursuzluq çıxdı. İdealist düşüncə adamı olaraq Hatəmini də uduzmuş saymaq olar, ancaq bu onun deyil, idealizm yolundan sapan çoxluğun suçudur; çoxluq idealizmi özgüdükçü praqmatizmə uduzdurdu!
Dostları ilə paylaş: |