Hacı Sabir Həsənli - Peyğəmbərimiz deyib ki, Vətəni sevmək imandandır. Bura toplaşmağımız böyük imanla bağlıdır. Elə bilməyin ki, bizim idarə dərdlərinizdən kənarda qalmışdır. Mən milyonluq dindarlar adından, buradakı ağsaqqallar adından sizi əmin edirəm ki, tələbləriniz haqlıdır. Allah-taaladan arzu edirəm ki, qədəmləriniz yorulmasın. Arzu edirəm ki, arzularınız yerinə yetsin. Peyğəmbər buyurub ki, şeytanın ardınca getməyin, çünki o sizin aşkar düşməninizdir. Bu gün qəlbində, ürəyində islam məhəbbəti olan hamını səbrə çağırıram. Allah-taala buyurub: Allah-taala səbrlidir. Fitnəkarlıqdan özünüzü qoruyun! Sizin bu meydanda qalanlara can sağlığı, işə qayıdanlara iş avandlığı arzu edirəm. Vəssalamuəleykum və rəhmətullahu və bərəkatuhu. (Sürəkli alqışlar).
14.06. V. Məmmədov: Söz verilir Dövlət Aqrar-Sənaye Komitəsinin taxılçılıq şöbəsinin rəisi Matvey Radayevə.
14.09. M. Radayev (azca danışdı): Siz yaxşı bilirsiniz ki, mən rusam. Dərdinizə, sərinizə şərik olmağa gəlmişəm. İsmayıllının İvanovka kəndində doğulmuşam. Ata-babalarım İvanovkada 200 ildən artıq yaşayıb. Biz hamımız Azərbaycan xalqını ürəkdən sevirik, çünki o, qonaqpərvərdir. Mən də öz səsimi sizin səsinizə qatıb deyirəm: Dağlıq Qarabağda sovet qayda-qanunları yaratmağın vaxtı çoxdan çatıbdır. Bizə işləmək lazımdır. Bu gün axırıncı gün olsun. (Fit).
14.13. Hatəmi:
- Səsim batıb. Bu günlər ərzində... sizi həyəcanlandırmışlar. Əlinizdə böyük silah var, ondan möhkəm yapışın! (Tətili nəzərdə tutur).