Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi dünyada insanın formalaşdığı ilk məskənlərdəndir



Yüklə 12,01 Mb.
səhifə26/201
tarix02.01.2022
ölçüsü12,01 Mb.
#2221
1   ...   22   23   24   25   26   27   28   29   ...   201
Meydan hərəkatı. M. Hatəmi, N. Pənahlı və S. Rüstəmxanlı
Azərbaycan Demokrat Firqəsinin üzvü olan atamın və onun sadəlövh dostlarının başına HKVD papaq qoyaraq, onlara bu firqənin daxilində, nəliyi bilinməyən, gizli "kommunist qrupu" yaratdırır. ADF-nin rəhbərliyi tərəfindən Şamaxıdan sürgün edilməyimizin zahiri nədəni bu idi. Fikrimcə, əslində bizi ona görə sürgün etmişdilər ki, 6 nömrəli kənddə ermənilərlə başçıları atamgil olan güneylilərin çörək növbəsində böyük davası düşmüş, ermənilər möhkəmcə əzişdirilmişdilər. İnzibati orqanların erməni başçıları bunu güneylilərə bağışlamazdılar. Yeriykən qeyd edim ki, ermənilərin Şamaxıda, Bakıda, Qubada, Azərbaycanın başqa yerlərində xalqımızı vaxtilə amansızcasına qırmaları, kəndlərimizi dağıtmaları, yandırmaları haqqındakı ilk bilgilərim bu olayla ilgili olaraq başlamışdır.

Xudata sürgün edilər-edilməz, arxamızca ADF-nin orqanı olan "Azərbaycan" qəzeti atam və dostları haqqında siyasi böhtan dolu məqalə nəşr etdi. Elə buna görə Xudat rayonunda yaşayan güneylilər bizə "antipartiya", "xalq düşməni" kimi baxır, bizdən uzaq qaçırdılar. Bu, atama bəraət verilənə qədər  davam etdi. Meşələrin içərisində güneyli kimi tək qalmışdıq. Bu illərin acı  xatirələri məni indi də tərk etməmişdir. 

Quzey Azərbaycana yerləşdikdən sonra 6 №-li kənddə yenidən ibtidai təhsilə başladım. Şamaxının 1 №-li orta məktəbində yeddiyə qədər oxudum. 1956-cı ildə Xudatda orta məktəbi tamamladım. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olub, 1963-cü ildə müxbir  ixtisası ilə buranı bitirdim.

Universitetdə oxuduğum 1959-cu ildə atəşli milli ruhumun etkisi altında gizli "Azad Azərbaycan Təşkilatı"nı yaratmışam. Təşkilatın amalı  hər iki Azərbaycanı milli əsarətdən xilas edib vahid dövlət şəklində birləşdirməkdən ibarət olmuşdur. İmperiya təbliğat maşınının uzun illər propaqanda etdiyi Azərbaycanın birləşməsi ideyasından (Güney Azərbaycan İrandan ayrılıb SSRİ daxilində Quzey Azərbaycanla birləşsin) büsbütün fərqlənən bu ideya, düz 30 ildən sonra, yəni 4 dekabr 1989-cu il tarixində mənim tərəfimdən Milli Qurtuluş Partiyasının bəyannaməsində Azadlıq meydanında səsləndirilərkən bomba kimi partlayacaq, dalğa-dalğa bütün Azərbaycana, xariclərə yayılacaq, respublikada yerindən duran siyasi təşkilatın proqramına daxil olacaqdır.




Yüklə 12,01 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   201




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin