Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi dünyada insanın formalaşdığı ilk məskənlərdəndir



Yüklə 12,01 Mb.
səhifə7/201
tarix02.01.2022
ölçüsü12,01 Mb.
#2221
1   2   3   4   5   6   7   8   9   10   ...   201
Bəzləri bizə öz fikirlərini mütləq həqiqət kimi təqdim etməyə çalışırlar, guya artıq hər şeyi müzakirə edib qurtarıblar. Yox. Hamı axtarışdadır.

Biz yenilənmiş federasiyaya sahib olmalıyıq. Biz yenilənmiş, demokratik quruluşa, yenilənmiş cəmiyyətə sahib olmalıyıq.

Bütün bunları biz dağıtmadan, ayırmadan, lənətləmədən, bir-birinə qarşı inamsızlıq və sevməməzlik toxumu əkmədən, əksinə, əlaqəli şəkildə əməkdaşlıq edərək qurmalıyıq. Mən buna əminəm. Ayrıseçkilik, əlahiddəlik – bütün bunlar artıq artıqlamasıyla olub. Bu bizim tariximizdir. Onda hər cür şey – pis də, yaxşı da olub. Məhsuldar yol əməkdaşlıqdan keçir.

…Biz yeni Konstitusiya üzərində iş prosesinə başlamışıq. Orada hər bir respublikanın suveren dövlət olduğu nəzərdə tutulur. Və onlar öz suveren haqlarından istifadə edərək, bütün federasiyalarda olduğu kimi, onların bəzisini mərkəzə verir ki, intellektual, iqtisadi, texniki, elmi, mədəni səyləri birləşdirmək mümkün olsun. Birləşdirmək birgə səylərlə daha qətiyyətlə irəli getməyin mümkün olması üçün lazımdır. Beləliklə, suverenlik və müstəqillik federasiya ilə, - əgər bu ona doğru getdiyimiz və real addımlar atmağa başladığımız əsil federasiyadırsa, - ziddiyyət təşkil etmir. Belə bir federasiya üçün qarşıdakı illərdə çox şey ediləcək.

…SSRİ tərkibindən çıxmaq haqqında. Hər bir respublikanın öz müqəddəratını təyin etməsi, o cümlədən ayrılması barədə bir maddə var. Və yoldaşlar haqlı olaraq məsələ qaldırırlar ki, əvvəllər bu problem heç vaxt yaranmadığından, bu gün isə artıq yarandığı və Konstitusiyaya, konstitusion quruluşa və bütün İttifaqın maraqlarına toxunduğu üçün ayrılmanın mexanizminə də ehtiyac yaranıb.

Və kim ki, Sovet İttifaqından çıxmaq barədə son qərara gəlibsə, yeddi dəfə yox, min dəfə ölçüb biçməli, hər şeyi dərindən düşünüb-daşındıqdan sonra sonra konstitusion əsasda İttifaqa və bütün xalqlara müraciət etməlidir… Bu proses fövqaladə dərəcədə ciddidir və odur ki, Sovet İttifaqından çıxmaq barədə maddənin həyata keçirilə bilməsi üçün hərtərəfli işlənmiş mexanizm lazımdır.

Elə adamlar da var ki, bu və ya digər səbəbdən, demoqrafik və ya başqa proseslər səbəbindən bu və ya digər yerdə qalmalı olublar və nə zamansa, haradasa ayrılmaq barədə məsələ qaldırıldıqdan sonra onlar bu fikri paylaşmadıqlarını bildirərək nə etməli olduqları barədə sual verə bilərlər.

Odur ki, bu adamların taleyinin necə olacağı, «ayrılan» respublika tərəfindən belə adamları iş və əgər həmin respublikada evi varsa, yaşayış yeri ilə təmin edə biləcək vəsaitin ayırmalı olub-olmadığı barədə suala cavab verən mexanizm olmalıdır. Buradan isə ayrılmanın müddəti və ayrılma prosesinin özü barədə suallar ortaya çıxır. Bunu hansı müddət ərzində həll etmək mümükün ola bilər?

Mən sadəcə bir sualın üzərində durdum. Axı, müdafiə, kommunukasiya, əlaqələr, iqtisadiyyat və s. ilə bağlı suallar da var. Bütün bunlar mexanizmdə nəzərdə tutulmalıdır. Bu konstitusion hüququn gerçəkləşdirilməsi mexanizmi barədə qanun ilk oxunuşda müzakirə edilmək üçün Ali Sovetin komitələrinə göndəriləcək.

…Mənim tam əmin olduğum şey bundan ibarətdir ki, siyasi suverenliyə, iqtisadi müstəqilliyə, mədəni inkişafa, bütün mədəni tendensiyaların qorunmasına gedən yol birdir və o, Fedrasiya şəklində birləşmiş suveren dövlətlərin konstitusiyalarından keçir. Siz federasiyanın nə olduğunu bilirsinizmi? (Zaldan «bilirik» sədaları eşidilir).


Yüklə 12,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   201




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin