Sxem 5.İnsan fiqurunun təsvirinin sxemi
Bütün geyimlərin ölçüləri həmin paltar üçün uyğun olan texniki şərt cədvəlində göstərilmişdir.Antropoloji təhlilər nəticəsində paltarın quraşdırılması üçün kişi,qadın və uşaq qamətlərinin ölçü formalarının cədvəlləri yığılmışdır.. Hər ölçünün ona uyğun bir boy şkalası var.Son zamanlarda uşaq və yeniyetmələrdə boy artımlarına görə yeni şkalalar hazırlanır. Məsələn, yeniyetmələr üçün 48 ölçüdə paltar hazırlanır.Insan bədəninin xarici görünüşünün xüsusiyyətini onun qaməti təşkil edir.
Şəkil 15.İnsan bədəninin qaməti.
a.Normal, b.Təknəbel c. Qabarıq sinəli kürək
Şəkil 16-17. Aşağı ətraf qurtaracaqlarda əyinti
a.X-vari əyinti , b. O-vari əyinti
Tikiş sənayesində qamətə görə insanları təknəbel,normal və qabarıq sinəlilərə bölürlər.(Şəkil1)
Təknəbel insanlar –yastı sinəli,gövdələri (çiyin və qollar) qabağa doğru əyilmiş,arxada isə kürək çıxıntıları kəskin olaraq hiss olunur.Təknəbel insanlarda,normal insanlardan fərqli olaraq,kürəyin belə qədər olan məsafəsi,ətəyin belə qədər olan uzunluğundan çox olur.Döş səviyyəsi nisbətən aşağıya doğru dəyişir.
Qabarıq sinəli insanlar –sinələri qabarıq,kürəkləri düz və arxaya doöru əyilmiş olur.Kürək çıxıntıları hiss olunur.Normal insanlardan fərqli olaraq,qabarıq sinəli insanlarda kürəyin belə qədər olan məsafəsi,ətəyin belə qədər olan uzunluğundan qısa olur.Döş səviyyəsi nisbətən yuxarııya doğru dəyişir.
İnsan bədəninin ölçüləri götürərkən aşağıdakı şərtlərə riayət etmək lazımdır.
1.Ölçülər götürülərkən sifarişçi adəti üzrə dayanmalıdır.
2.Ölçülər götürülürərkən sifarişçi yüngül geyimdə olmalıdır.
3.Ölçülər dəqiq götürülməlidir,sərbəstlik payları hesabat zamanı əlavə edilməlidir.
İnsan bədənindən ölçüləri götürmək üçün aşağıdakı ləvazimatlar lazımdır:
1.Santimetr lenti-ölçüləri götürmək üçün.
2.Bel rezini – bel səviyyəsinin dəqiqləşdirilməsi üçün
3.Çiyinlik-çiyin xəttinin dəqiqləşdirilməsi üçün .
İnsan bədənindən əsas 16 ölçü götürülür,lazım olduqda əlavə ölçülər də götürülə bilər.Götürülən ölçülər;çevrəvi,eninə və uzununa ölçülərə bölünür.Qadın bədənindən götürülən 16 ölçünün adı və şərti işarəsi aşağıdakı cədvəldə verilmişdir.
Dostları ilə paylaş: |