Əlyazması hüququnda Bağırlı Nərmin Akif qızı


Şəkil 9.Qadın paltosunun bazis toru



Yüklə 0,5 Mb.
səhifə13/26
tarix14.12.2023
ölçüsü0,5 Mb.
#176997
1   ...   9   10   11   12   13   14   15   16   ...   26
Az rbaycan respublikasi t HS l naziRL Y az rbaycan d VL T QT s

Şəkil 9.Qadın paltosunun bazis toru





Şəkil 10.Kürəyin qurulması.

A2P1= Çe +qarsaq =13,5+2,0=15,5;


B1P1=Ççh+Pkbu+çiyinliyin qalınlığı=40,0+1,0+1,5=42,5 sm;
Qarsağın yerini A2-dən sağa ayırırıq və q nöqtəsi ilə adlandırırıq:
A2q=4-4,5 sm ;
Q nöqtəsindən sağa qarsağın enini ayrırıq 1,5-2,5 sm götürülə bilər:
Qq1=2,0 sm ;
Qarsağın uzunluğu 6-8 sm arasında götürülür.
Qarsağın sol tərəfi kürəyin orta xəttinə paralel olmalıdır:
Qq2=6-8=7 sm;
Qarsağın mərkəzi q3 nöqtəsinin təyini :
Qq3 = 0,5 qq1 =0,5.2,0=1,0;
Q3-dən yuxarı q4-ü təyin edək və ayıraq:
Q3q4 =0,6 qq1 =0,6 .2,0=1,2 sm .


2.3.Müasir texnologiya ilə hazırlanan qadın paltosunun
texniki-iqtisadi göstəriciləri



Şəkil 11. Müxtəlif tikilişli qadın paltoları

Qadın qış paltolarının keyfiyyət səviyyəsi bir keyfiyyət göstəricilərinə vəyaxud da kompleks xassə göstəricilərinə əsasən müəyyən olunur. Lakin vahid əlamətinə görə keyfiyyət səviyyəsinin təyin edilməsi hələlik geniş yayılmamışdır.


Kompleks xassələrə görə keyfiyyət səviyyəsinin qiymətləndirilməsi sistemi praktikada özünü doğrultduğu üçün ondan daha geniş istifadə olunur.
Qadın qış paltolarının keyfiyyət səviyyəsini xassələr qrupunun göstəricilərinə görə qiymətləndirən zaman məmulatın estetik, gigiyenik vəistismar xassə göstəriciləri qiymətləndirilir.Lakin bu ticarət şəbəkələrini keyfiyyətə nəzarətdən azad etmir.
Məlum olduğu kimi, müxtəlif xassələrinə görə əmtəələr bir-birindən fərqlənir. Odur ki, keyfiyyəti qiymətləndirən zaman praktikada hansı xassənomenklaturasının götürülməsi sualı meydana çıxır. Bu barədə müxtəlif rəylər vardır.Bu məsələnin həllində iki meyl özünü göstərir.
Birinci halda qiymətləndirilmənin dəqiqliyini artırmaq məqsədilə götürülən xassələrin miqdarını artırmağa can atırlar. Lakin, bu qiymətləndirmənin gedişini çətinləşdirir.
Şüöhəsiz ki, hər iki meylin üstün və çatışmayan zəhətləri də vardır. Əslində malların təyinatı, növü, istismar şəraiti keyfiyyət səviyyəsinin qiymətləndirilməsində qarşıya qoyulanməqsəd, xassələr arasındakı qarşılıqlı əlaqə və digər cəhətlər əsas götürülməlidir.
Məlum olduğu kimi, qadın qış paltolarının keyfiyyət səviyyəsinin qiymətləndirilməsində bütün xassələr deyil, ancaq müəyyən istismar şəraitindəpaltarın müvafiq olaraq keyfiyyət səviyyəsinin qiymətləndirilməsində qarşıya qoyulan məqsəd üçün zəruri sayılan və kifayət qədər daha əhəmiyyətli göstəricilər nəzərə alınmalıdır. Belə ki, paltoların keyfiyyət səviyyəsini qiymətləndirən zaman onların istisaxlama xassəsini nəzərə almaq lazımdır.
Qadın qış paltolarının xassə göstəricilərinin təyin olunmasında orqanoleptik, ekspert, sosioloji, laboratoriya, təcrübəvi sınaq və s. metodlardan istifadə olunur.
. Həmin metodların hər birinin üstün və çatışmayan cəhətləri vardır.
Ekspert metodundan istifadə edilərkən xassə göstəricilərinin qiyməti balla ifadə olunur. Ekspert metodu ilə keyfiyyəti qiymətləndirmənin doğruluğunu daha dürüst təmin etmək üçün ekspertin və onun sayının diqqətlə seçilməsi vacib məsələdir. Paltoların keyfiyyət səviyyəsinin qiymətləndirilməsi yekunu barədə qərar səsvermə yolu ilə qəbul edilir.
Paltoların keyfiyyətinin qiymətləndirilməsi üçün yaradılmış ekspert komissiyası ekspert və işçi qrupundan ibarət olur. Ümumiyyətlə, ekspert komissiyasının işinin nəticəsi onun təşkil olunması səviyyəsindən asılıdır.Bu metodun da özünəməxsus üstün və çatışmayan cəhətləri vardır.
Qadın qış paltolarının təcrübəvi istismar metodu (təcrübə üçün keçirilən sınaq) paltoların yararlılıq göstəricilərinin və materialın xassələrinin davamlığın təyin edilməsi üçün geniş istifadə edilir.
Paltoların keyfiyyətinin kompleks ekspertizasını müəyyən etməyin böyükpraktiki əhəmiyyəti vardır. Iqtisadi baxımdan paltoların inteqral keyfiyyət göstəricisinin təyin edilməsinin də mühüm əhəmiyyəti vardır. Burada məmulatın istehlak yaranır. Bu zaman malın inteqral keyfiyyət göstəricisinin təyin edilməsi üçün malın istifadəyəyararlığının onun istehsalı ilə istehlakına sərf olunan xərclərin cəminə olan nisbəti götürülür.



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin