2.2. Müasir texnologiya ilə hazırlanan qadın paltosunun ardıcıl yığımı
Şəkil 6. Müxtəlif modelli qadın paltoları
Qış qadın paltolarının tikilməsi üçün müxtəlif növlü tikiş maşınlarından istifadə olunur. Son vaxtlar sap tikişləri ilə yanaşı paltarların detallarına yapışdırmaq üsulu yayılmışdır. Bu üsulun tətbiqi qadın qış paltolarının keyfiyyətini yaxşılaşdırır. Beləki, paltoların kənarlarının düzəldilməsi, aralıq detalların yapışdırılması və başqa detalların birləşdirilməsi üçün tətbiq edilir.
Ütüləmə mexanikləşdirilmiş ütülər və əl ütüləri, yüngül ütü prosesləri iləaparılır.
Qadın qış paltolarının keyfiyyət səviyyəsi bir keyfiyyət göstəricilərinə və yaxud da kompleks xassə göstəricilərinə əsasən müəyyən olunur. Lakin vahid əlamətinə görə keyfiyyət səviyyəsinin təyin edilməsi hələlik geniş yayılmamışdır.
Qadın paltosunun ardıcıl yığımı üçün 96 ölçüdə ,3cü uzunluqda ,orta köklükdə qadın paltosunun cizgisi işlənilir.
Yapışıq və yarımyapışıq siluetlərdə geyimin bədəndə yaxşı oturması üçün kürəyin orta xətti qurulur.Kürək iki hissədən ibarətdirsə,yəni orta tikişlidirsə kürəyin orta xətti aşağıdakı kimi qurulur.
Qurma 1:4 miqyasında aparılır.
A0-dan sağa normal qamətli insan üçün 0,5 təknəbel insan üçün 1,0 və qabarıq sinəli insan üçün isə 0 götürülür,yəni A0 yerində qalır.Biz normal qamətli insan üçün cizgiqurduğumuza görə:A0A01=0,5 sm götürülür;
Şəkil 7.Kürəyin orta xətti
A01 nöqtəsi U nöqtəsi ilə düzx xətlə birləşdirilir.B nöqtəsindən sağa B1 nöqtəsi təyin edilir.
BB1=1,0 sm;
U nöqtəsi ilə B1 düz xətlə birləşdirilib,aşağıya qədər çəkilir,kəsişmədən alınan nöqtələr Q10, B1, O1 adlandırılır.
Yapışıq və yarımyapışıq siluetlərdə bel xəttində əlavə olaraq qarsaq qurulur.
B1B11=1,0-1,5 sm;
B11 nöqtəsi U və O1 ilə birləşdirilir.
Boynun əyriliyini qurmaq üçün A01-dən sağa boynun eninə ayıraq;
A2-dən aşağı boynun dərinliyini ayıraq:
A1-dən sola üfüqi xətt çəkirik,kürəyin orta xətti ilə kəsişmə nöqtəsini A ilə adlandırırıq.
Dostları ilə paylaş: |