Əlyazması hüququnda Bağırlı Nərmin Akif qızı


Şəkil 21. Cib qapağının padzorun, köbənin və cib kisəsinin vahid şəklə salınması



Yüklə 0,5 Mb.
səhifə19/26
tarix14.12.2023
ölçüsü0,5 Mb.
#176997
1   ...   15   16   17   18   19   20   21   22   ...   26
Az rbaycan respublikasi t HS l naziRL Y az rbaycan d VL T QT s

Şəkil 21. Cib qapağının padzorun, köbənin və cib kisəsinin vahid şəklə salınması
Model xüsusiyyətinin köçürüməsi baza əsasının dəqiqləşdirilməsi və ya onun çox,yaud az mənada təsvir edilməsi ilə əsaslandırılır.Texniki modelləşmənin 3 variantı baza əsasının dəyişmə səviyyəsindən asılı olaraq işlənmişdir.
1.Geyimin yeni modeli verilmiş əsasın,yəni siluetin dəyişməsi ilə işlənir.Burada yalnız kiçik detalların,laskanın,ətək kənarının, yaxalığın,düymə və ilgəklərin sayının,ciblərin formanın və s.Kiçik detalların dəyişməsi nəzərdə tutulur.Qadın geyimlərində qarsaqların sadə formalarda köçürülməsindən istifadə olunur.Bu variant əksər hallarda məşğələ və praktiki işlərdə aparılır.
2.Yeni modelin işlənməsi zamanı əsasın silueti proporsiyalar üzrə döş nahiyyəsində ən çox yatmaq şərti ilə və ya omba xəttindən enliləşməsi ağı kənardan sıxılmış vəziyyətdə olmalıdır.Dəyişməni böyüldüyü dəqiq hesabatsız orqanometrik üsulla müəyyənləşdirmək ibarətdir.Bu üsul konstruktor modelyerin müxtəlif geyim modelləri üzrə və yeni modanın istiqamətləri əsasında iştirakı ilə yerinə yetirilir.
3.Başqa növ geyimin modasının hazırlanması ilə işə başlanır.Belə üsul,çox nadir hallarda tətbiq edilir.Məmulatın yeni model əsasında konstruksiyası geyim istehsalı ilə dəqiqləşdirilir.
Qarsaqların siluet əsasın köçürülməsi və onların say relyev tikişləri ilə müəyyənləşdirilir.Qarsağı ətəkdə verilmiş istənilən istiqamətdə dəyişmək olar,bu şərtlə ki,qarsağın bucağının böyüklüyü dəyişməsin.Bu üsul sadədir və ya müəyyən şablon əsasında yerinə yetilir.Aşağıdakı şəkildə qadın geyimində üst qarsağın köçürülməsi göstərilmişdir.



Şəkil 22. Qadın geyimində üst qarsağın köçürülməsi
Tikiş məmulatlarında tətbiq edilən qarsaqlar müxtəlif istiqamətlərdə olurlar,yəni çiyin tikişindən aşağı,qoldibi xəttindən kürəyin orta tikişinə paralel şalvarda,bel xəttindən aşağı və s.Bilirik ki,məmulatlarda qarsaq əsas qadın geyimlərində bəzək elementi kimi və ya həmin sahədə artıq parçanı özündə yığışdırmaqla,eyni zamanda məmulatın insan bədənində sərbəst oturmasında imkan yaradır.Üst qarsağın köçürülməsi dedikdə o başa düşülür ki,qarsağın yerinə dəyişmək həcm etibarı ilə ölçünün dəyişməməsidir.
Məsələn: çiyin qarsağının qoldibinə köçürmək üçün əvvəlcə konstruksyada çiyin qarsağı qurulur,sonra aşağıdakı 3 üsuldan istifadə edərək başqa yerə köçürülür.
1.Qövs və nişanalma (çırt)2.Perpendikulyar3.Şablonlar
I üsulda qarsağın köçürülməsi aşağıdakı kimi yerinə yetirilir.Mərkəz 0 nöqtəsi olmaqla OAB radiusunda bir qövs çəkirik.Həmin qövsün ətəyin yan xəttinə kəsişməsini C nöqtəsi ilə işarə edirik. Sonra qoldibi əyrisinə ixtiyari nöqtələr qeyd edirik.Həmin nöqtələrdən mərkəz 0 olmaqla qövslər çəkirik.Həmin qövslərin qarsağın yan xətləri ilə kəsişməsini 2-21,3-31,4-41 ,5-51 ilə işarə edək. 0 nöqtəsindən 2-3 sm sola, 01 qeyd edirik.Əvvəl çəkdiyimiz qövs üzərində C-dən yuxarı C1 –i qeyd edirik.C 1-i 0 –la birləşdiririk. C1- i 0 1-lə birləşdiririk. K-dan keçən qövs üzərində K1 –i qeyd edirik. Həmçinin L-dən keçən qövs üzərində L 1 –i C 1 –nən keçən qövs üzərində M1-i qeyd edirik.
C1OC-yeni qarsaqdır.
II üsul.I üsuldan fərqli olaraq perpendikulyar olmasıdır.Bu üsulda ancaq perpendikulyar xətlərdən istifadə edərək,köçürülmə yerinə yetirilir.
III üsul. Bu üsul aşağıdakı qayda üzrə yerinə yetirilir.Bu üsul həm dəqiqdir,həm də çətindir. Əvvəl hazırlanmış qarsağın qalka və karton kağızında qarsağın ölçüsü kəsilir. OC xətti qeyd olunur.0-dan sonra 011 qeyd olunur.001 = 2-3 sm kəsilmiş şablonda mərkəz 0 nöqtəsi olmaqla OC xətti üzərində sərilir və analoji olmaqla CC1 məsafəni AB məsafəsinə uyğunlaşdrılır.Sonra C1-dən yuxarı CC1 məsafəsi qədər K1 qeyd edirik.A nöqtəsindən sola 001 qədər Y1 nöqtəsi qeyd edilir.Sonra Y1ilə K1-i səlis əyri ilə birləşdiririk.Yenə də alınan qarsaq C1O1C olur.
Üst qarsağı şaquli vəziyyətə əsasən uyğun götürülür.Geyimi modelləşdirərkən qarsağın yeni vəziyyətini əriş və arğac sapları istiqamətində seçirlər.Qarsağın vəziyyətinin qarsağa görə seçilməsi parçanın əhəmiyyətli formasına təsir göstərir.Əgər əriş sapının istiqaməti düzgün seçilməzsə ,məmulatın xarici görünüşünə təsir göstərir.Əriş sapının istiqamətinin polzanos xəttinə paralel seçilməsi,qarsaq tikilən zaman xarici görünüşündən parçanın plastiliyi nəzərə çarpım.Şəkildə 1,3,5,6 xətləri əriş sapının istiqamətini göstərir.Biçim prosesi zamanı parça sərfiyyatının qarsağın yalnız dərinliyi yox uzunluğuna da təsir göstəriri.Ən səmərəli qarsaq formasına şəkildə göstərilən 2 və 7 vəziyyətini göstərmək olar.Qadın geyimində olduğu kimi,kişi geyimində də məmulatın bədənə yaxşı oturması üçün bel nahiyyəsində,çiyin nahiyyəsində qarsaqlardan istifadə olunur.




Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin