3.3. Siluetdən və modanın istiqamətindən asılı olaraq yeni baza konstruksiyasının qurulması
Geyimin konstruksiyasını qurduqda əsas faktorlardan birisi onun texnolojiliyidir.Geyim konstruksiyasının texnolojiliyi dedikdə onu başa düşürük ki,yüksək əməək məhsuldarlığında və məhsulun maya dəyərinin aşağı salınmasında texnolojililik özünü göstərsin.Bu ondan ibarətdir ki,konstruksiya hazırlanarkən müasir şəraitdəki texnologiya ilə əlaqədar olaraq ilmələr tərtib edilsin və bütün müasir tipli modalara uyğunlaşdırılsın.Bundan başqa geyim konstruksiyasının texnolojiliyini aşağıdakılardan ibarətdir.
1.Konstruktiv və texnoloji nöqteyi-nəzərincə modellərin əsası.
2.Ülgülərin eyni tipı salmaq.
3.Ülgüləri vahid şəklə salmaq.
4.Konstruksiyasını təkmilləşdirmək.
Konstruktiv və texnoloji nəzərincə yeni model tərtib edildikdə,əvvəlki modellər əsas hesab edilir.Ona görə də modelin bir konstruksiyası üzərində müxtəlif və bir neçə modelin konstruksiyasını tərtib etmək olar.
Məmulatın konstruksiyası qurulan zaman ətək və kürək hissəsinin üst kəsiyinin qurulmasında dəqiqlik tələb olunur.Çünki məmulatın üst kəsiyi insan fiqurunun yuxarı hissəsində sərbəst oturur.Ona görə də ətəyin üst kəsiyini,kürəyin üst kəsiyi ilə əlaqələndirmə konstruksiyasının qurulması “balans”nöqtəsinin tapılması ilə başlanır.
Şəkil 20 .Qadın geyimlərində döş qarsağının qurulması.
Burada məqsəd,əsas və köməkçi hissələrin ülgülərini hazırlamaq və onların üzərində böyüyüb-kiçilmə əməliyyatını aparmaqdır.
Məmulatın əsas hissələri ətək,kürək və qollardır.Bunların ülgüləri bir dəfə hazırlanır.Lazım gəldikdə onun üzərində müəyyən yeniliklər aparmaqla işlənilir.
Ülgüləri müəyyən şəklə salmaq,o deməkdir ki,müasir şəraitin tələbinə uyğun olaraq ülgülər tam dəqiqləşdirilsin,müəyyən dəyişikliklər edilsin.Bu şərtlə ki,əvvəlki ülgülər əsas hesab edilsin.
Ülgüləri vahid şəklə salmaq o deməkdir ki,əvvəlki ülgülərin üzərində xəta olmadan müasir texnologiyanın tələblərinə uyğun olaraq müxtəlif vahid şəklə salınsın və dəqiqləşdirilsin.Nəinki ülgülərin vahid şəklə salınması tələb olunur,hətta konstruksiyada müəyyən terminlərin vahid şəklə salınması da aparılır.
Konstruksiyanın təkmilləşdirillməsi ondan ibarətdir ki,dövlət standartlarına uyğun olaraq konstruksiyada ülgüləri təkmilləşdirmək və kütləvi istehsalatda bir vəsait kimi itifadə etməkdən ibarətdir.
Tikiş müəssisələrində əsas rolu ülgülər oynayır.
Məmulatın keyifyyətinin yüksəldilməsinə də təsiri ülgülər edir.Çünki,detallar ülgülər ilə kəsildikdə lementar bir səhvə yol verilərsə,detalların məmulata birləşdirilməsində çatışmamazlıq alınacaqdır.Ona görə də Elmi Tədqiqat institutlarında standartlara uyğun olaraq bütün ülgü komplekti dövlət standartlarına nəzərən hazırlamaqdır.Məsələn:hər hansı bir məmulatın hazırda parça sərfini qənaətli işlətmək üçün həmin məmulata nə qədər material sərf olunmasının normasını təyin etmək üçün ülgülər mühüm rol oynayır.Əgər ülgülər dəqiq hazırlanmazsa,məmulatın vahid norması dəqiq olmayacaqdır.Məsələn: aşağıdakı sxemada cib qapağının padzorun,köbənin və cib kisəsinin vahid şəklə salınması verilmişdir.
Dostları ilə paylaş: |