3
GIRIŞ
XXI əsrin əvvəllərindən informasiya –kommunukasiya texnologiyaları
cəmiyyətin və iqtisadiyyatın inkişafına təsir göstərən əsas amillərdən biridir. Onun
əhatə dairəsi dövlət orqanlarını, sosial-iqtisadi sahələri, elm və təhsili, mədəniyyəti,
bütövlükdə insanların həyat tərzinə çevrilmişdir. İnkişaf etmiş və inkişaf etməkdə
olan ölkələr İKT-nın yaratdığı üstünlüklərdən yüksək səviyyədə faydalanır, iqtisadi
sahədə
böyük uğurlara imza atırlar. İnformasiya və kommunukasiya
texnologiyalarının tətbiqinin dərəcəsi ölkənin elmi, iqtisadi potensialının, dövlət
idarəçiliyinin səviyyəsinin göstəricilərindəndir. Dünya bazarında elektron biznesin
rolunun artdığı müşahidə olunur və indi ölkələrin iqtisadi rəqabəti aparmaq
qabiliyyəti onların İKT-dan effektiv istifadəsindən asılıdir. Son illərdə bu sahənin
inkişaf etdirilməsi üçün Azərbaycanda addımlar atılmış, İKT istiqaməti dövlət
siyasətinin tərkib hissəsinə çevrilmişdir.Ölkə prezidentinin təşəbbüsü nəticəsində İKT
sahəsində səmərəli addımlar atılmışdır.
Dövlət və qeyri-dövlət təşkilatlarının fəaliyyətinin yeni şəraitə asan
uyğunlaşması, E-biznes, E-bankçılıq, E-təhsil kimi layihələrin həyata keçirilməsi də
daxil olmaqla informasiya cəmiyyətinə keçidin realllaşdırılması və inkişafını təmin
etmək mərhələsindəyik. Ulu öndər Heydər Əliyevin siyasi təşəbbüsü sayəsində 1994-
cu ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması ölkənin yeni sosial-iqtisadi
inkişaf modelinin həyata keçirilməsi üçün zəruri əsaslar formalaşdırmaqla yanaşı,
müasir rabitə və informasiya texnologiyalarının sürətlə tətbiqində də böyük canlanma
yaratmışdır. Siyasətin əsas məqsədlərinə İKT sahəsində hüquqi bazanın yaradılması,
insan faktorunun inkişafı, vətəndaşların məlumat almaq, onu yaymaq və istifadə
etmək hüquqlarının əldə edilməsi, elektron hökumətin, elektron biznesin
formalaşması, ölkənin iqtisadi, sosial və intellektual imkanlarının təkmilləşdirilməsi,
biliklərə əsaslanan, rəqabətə davamlı istehsalın qurulması kimi əsas məsələlər
daxildir.Reallaşdırılan kompleks islahatlar nəticəsibdə Azərbaycanda mobil telefon
rabitəsi, o cümlədən genişzolaqlı internet dinamik inkişaf etməyə başlamış, rəqəmsal
4
iqtisadiyyatın tətbiqi böyük surət almış, yeni texnologiyaların geniş yayılması üçün
inversiya sərf olunmuşdur.
Dostları ilə paylaş: