Əlyazması hüququnda Əliyeva Fidan Bəhram qızı



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə7/18
tarix02.01.2022
ölçüsü0,82 Mb.
#37854
1   2   3   4   5   6   7   8   9   10   ...   18
liyeva-Fidan

 

 


 

I FƏSİL. 



 MÜASİR 

İNFORMASIYA 

TEXNOLOGİYALARI 

SOSİAL-İQTİSADİ 

İNKİŞAFİN   KATALİZATORU KİMİ 

 

1.1.  İKT-nin müasir durumunun hüquqi bazasının təhlili 

XXI  əsrin  əvvəli  İnformasiya  və  Kommunikasiya  Texnologiyalarının  (İKT) 

cəmiyyətin inkişafına təsir göstərən vacib amillərdən birinə çevrilmişdir. Cəmiyyətin 

inkişaf  tarixində  3  qlobal  sosial-texniki  dəyişiklik  qeyd  olunur-  aqrar  dəyişiklik, 

sənaye  inqilabı  və  informasiya  inqilabı.  Sonuncu  inqilab  müasir  informasiya 

texnologiyalarının  tətbiqi  ilə  sosial  həyatın  informasiyalaşdırilması  prosesi  kimi 

reallaşır və günümüzün ən aktual proseslərindən birinə çevrilmişdir. 

1980-cı  illərdə  kompüterlər  yaranan  zaman  insanlar  onun  geniş  imkanları 

haqqında  tam  təsəvvürə  malik  deyildi  və  az  insanlar  inanırdılar  ki,  informasiya  əsri 

bağlayır və dünyanı, onun dünənini əsaslı formada dəyişəcək. Bu gün formalaşmaqda 

olan  informasiya  sözünü  çoxlari  təsəvvürə  belə  gətirə  bilməzdi.  Son  illərdə 

informasiya  texnologiyalarının  sürətli  inkişafı  nəticəsində  biz  yeni  İnformasiya 

Dünyasına  keçid  dövrünü  yaşayırıq.  Bu  keciddə  insanları  nələr  gözlədiyini  tam 

bilməsək  də  bilməliyik  ki,  kompüter  erasında  fərqli  olaraq  informasiyalaşmış 

cəmiyyət  daha  çox  insanı  əhatə  edəcək  və  insanı  daha  da  inkişaf  etdirəcək.  İlk 

növbədə  münasibətlərin  forması  və  məzmunu  dəyişəcək  və  yeni  iqtisadi  sahələr 

yaranacaq  ki,  bu  dəyişiklik  fərdi  kompüterin  yaratdığı  imkanlardan  daha  möhtəşəm 

olacaq.  Belə  ki,  fərdi  kompüterlər,  internet,  elektron  poçt,  elektron  ticarət,  elektron 

bank, 

multimedia 



məhsulları, 

İP-telefon, 

vertual 

oyunlar, 

intellektual 

sistemlər,obrazların  və  nitqin  tanınması  –  bunlar  hamısı  növbəti  inqilabı  dəyişikliyi 

səciyyələndirən əsas amillər olacaq. 

70-80-cı  illərdə  fərdi  kompüterlərin  ilk  yarandığı  imkanlarının  üzə  çıxdığı 

vaxtlar  cəmiyyətdə  elə  də  geniş  əhatə  dairəsi  yaratmamışdı.  Kütləvi  informasiya 

vasitələri bu yeni sahəni demək olar ki, çox zəif işıqlandırırdılar. Kompüterə və onun 




 

imkanlarına  aludə  olmuş  bəzi  insanlar,  sanki  geniş  kütlədən  təcrid  olunaraq  öz 



dünyalarında yaşayırdılar. Bunu bir səbəbi də, bu yeniliyin bu qədər sürətlə və əhatəli 

olaraq cəmiyyətin məişətinə daxil olacağına inamsızlıq idi. Fakt isə göz qabağındadır, 

hər birimizin gündəlik fəaliyyətində və həyatında informasiya texnologiyalarımühüm 

yer tutur. 

İnformasiya  Dünyası  mövzusu  kütləvi  informasiya  vasitələrinin,  televiziya 

kanallarının  beynəlxalq  təsisatların,  elmi  konfransların,  sammitlərin,  aparıcı 

dövlətlərin  liderlərinin  zirvə  görüşlərinin  əsas  müzakirə  predmetinə  çevrilir.  Son 

onillikdə bu məsələyə demək olar ki, cəmiyyətin bütün təbəqələri (dövlət məmurları, 

biznes  adamları  və  vətəndaşları)  tərəfindən  çox  böyük  diqqət  və  maraq  göstərilir. 

İnformasiya Cəmiyyəti üzrə keçirilmiş Cenevrə və Tunis Sammitləri göstərdi ki, bu 

diqqət  və  maraq  təkcə  inkişaf  etmiş  ölkələrdə  deyil,  həmçinin  kompüter 

istifadəçilərinin  sayına  görə  dünya  üzrə  sonuncu  yerləri  tutan  ölkələrdə  də  çox 

böyükdür. 

Mütəxəsisslərin  fikrincə,  İnformasiya  Kommunikasiya  Texnologiyaları 

sahəsində inqilab hələ yenicə sürət alır və onillikləri əhatə edəcəkdir. Onun nəticələri 

isə  yeni  vasitələr  olacaq,  hansı  ki,  İKT  nəinki  yeni    iqtisadi  və  sosioloji  durumlar 

yaradacaq,  həm  də  insanın  özünü  dəyişəcək.  İnsanlar  real  ehtiyaclarını  vertual 

aləmdən istifadə edərək ödəyəcəklər. İnsanların mal və xidmətlərə olan tələbatlarının 

ödənilməsinin  minimum  məsrəflərə  endirəcək.  Nəinki  maddi,  həm  də  mənəvi 

tələbatların  ödənilməsində  İKT  əvəzedilməz  vasitəyə  çavriləcək.  Ölkələrin  təcrübəsi 

göstərir  ki,  informasiya  cəmiyyətinin  formalaşması  proseduru  mürəkkəb  və 

çoxşahəlidir.  Bu  ilin  uğurla  həyata  keçirilməsi  isə  cəmiyyətin  hər  bir  üzvünün 

informasiya 

texnologiyalarının 

gündəlik 

həyatımızda 

əhəmiyyətini 

necə 


istifadəsindən və dərk edilməsindən asılı olan məsələdir. 


 

Məhz  bu  fikir  2003-cü  ilin  dekabrında  Cenevrədə



1

  və  2005-ci  ilin  noyabrında 

Tunisdə  respublikamızın  da  təmsil  olunduğu  İnformasiya  Cəmiyyəti  üzrə  Dünya 

Sammitlərində  müzakirə  olunan  mövzuların  ana  xəttini  təşkil  edirdi.  Bu  Sammitlər 

cəmiyyətin inkişafında bir də ona görə tarixi əhəmiyyət kəsb edirdi ki, ilk dəfə olaraq 

biznes,  hökumət  və  ən  başlıcası  vətəndaş  cəmiyyətinin  nümayəndələri  bir  araya 

gələrək dünyanın inkişafı naminə vahid mövqedən çıxış etmək qərarına gəlirdi. 

Bu  fikri  gündəmdə  saxlamaq  üçün  hər  ilin  17  May  tarixinin  “Ümumdünya 

İnformasiya Cəmiyyəti Günü” kimi qeyd olunması qərara alındı. “Tunus Öhdəlikləri” 

sənədində  isə  iştirakçı  dövlətlər  bütün  xalqların  inkişafına  xidmət  edəcək  Qlobal 

İnformasiya Cəmiyyətinin qurulması prosesində ortaya çıxa biləcək hər bir problemin 

vaxtında və operativ həlli üçün birgə fəaliyyət göstərəcəklərini bir daha təsdiqlədilər. 

Ümum inkişaf yolu gedərək Azərbaycanda informasiya cəmiyyətinə keçid üçün 

müvafiq mühitin yaradilması yolu seçilmişdir. Azərbaycanda aparılan dövlət siyasəti 

informasiya-kommunikasiya  texnologiyalarının  bir  prioritet  sahə  kimi  inkişafına 

əlverişli  sərait  yaratmışdır.  İnformasiya-kommunikasiya  texnologiyaları  müasir 

Azərbaycan cəmiyyətinin ən vacib infrastrukturu, iqtisadiyyatımızın bir sektoru, əmək 

məhsuldarlığının  artım  amili  və  müasir  sosial  inkişafın  katalizatoru  olaraq, 

Azərbaycanda energetika sektorundan sonra dinamik inkişaf edən ikinci sahədir. 

Neft  sektoruna  və  iqtisadiyyatın  digər  sahələrinə  milyardlarla  investisiya 

yatıran  Qərb  şirkətləri  Azərbaycan

2

  da  informasiya  cəmiyyətinin  bərqərar  olması 



prosesində  yaxından  iştirak  etməyə  başlamış,  bu  məqsədlə  Azərbaycana    yeni  və 

modern texnologiyalar getirilmişdir. 

Ölkədə  İKT-nin  inkişaf  etdirilməsi  məqsədilə  ilk  növbədə    qanuni  və  hüquqi 

baza yaradılmasının vacib olduğundan Azərbaycanda da bu məqsədlə adları aşağıda  

                                                 

1

    www.mincom.com.az 



2

 

“Azərbaycan  Respublikasının  inkişafı  naminə  informasiya  və  kommunikasiya  texnologiyaları  üzrə  Milli 



Strategiya”(2003-2012-ci illər) 

 



 

qeyd  edilən  çoxlu  sayda  dövlət  proqramları  ,  strategiya  və  qanunlar  qəbul 



olunmuşdur: 

Milli  Strategiyanın  əsas  məqsəd  informasiya  və  kommunikasiya 

texnologiyalarından  geniş  istifadə  etməklə  şəffaf  iqtisadi  sistem  yaratmaq,  ölkənin 

demokratik  inkişafına  kömək  etmək  və  informasiya  cəmiyyətinin  formalaşmasını 

təmin etməkdir. 

Milli strategiyanın əsas vəzifələrinə aşağıdakılar aiddir: 

-informasiya  cəmiyyətinin  hüquqi  bazasının  yaradılması  və  daim  inkişaf 

etdirilməsi

-cəmiyyətdə  insan  amilinin  önə  çəkilməsi,vətəndaşların  keyfiyyətli  təhsil 

alması,  tibbi  xidmət  və  sosial  təminatlar  kimi  xidmət  sahələrinin  inkişafı  üçün 

əlverişli şəraitin yaradılması; 

-vətəndaşın  və  sosial  institutların  məlumat  almaq,  istifadə  etmək  kimi 

hüquqlarının təmin edilməsi üçün müvafiq şəraitin yaradılması; 

-səmərəli,  şəffaf  və  ictimai  nəzarət  oluna  bilən  dövlət  idarəçiliyinin  və  yerli 

bələdiyyə etmənin həyata keçirilməsi, elektron hökumətin, elektron ticarətin elektron 

bank, elektron biznesin  formalaşdırılması və inkişaf etdirilməsi; 

-ölkənin iqtisadi, sosial və intelektual potensialının artırılması, insan faktorunun 

önə  çəkilməsi,  informasiya  və  biliklərə  əsaslanan,  rəqabətə  davamlı  iqtisadiyyatın 

qurulması, informasiya və bilik bazarının yaradılması və inkişaf etdirilməsi; 

-xalqın  tarixinin,  maddi-mənəvi  irsinin  qorunub  saxlanması  və  onun  geniş 

dünyadan geniş təbliğ edilməsi; 

-inkişaf  etmiş  informasiya  infrastrukturunun  yaradılması,  milli  elektron 

informasiya 

məkanının 

formalaşdırılması,  informasiya  və  kommunikasiya 

xidmətlərinin tətbiqinin genişləndirilməsi; 

-ölkənin və əhalinin informasiya təhlükəsizliyinin təmin olunması; 

-informasiyalaşmışazərbaycan  cəmiyyətinin  ümumdünya  elektron  informasiya 

məkanına inteqrasiyası; 



10 

 

-milli 



proqram 

vasitələri 

yaradan 

kadr 


hazırlığının, 

informasiya 

vəkommunikasiya  texnologiyaları  məhsullarının  istehsalının  (İKT  sənayesinin) 

inkişaf etdirilməsi; 

- ölkə iqtisadiyyatının “rəqəmsal geriliyinin” aradan qaldırılması. 

Bu  proqramın  həyata  keçirilməsi  nəticəsində  dövlət  idarəçiliyində  şəffaflığın 

təmin  olunması,  vətəndaş  cəmiyyətləri  insitutlarının  yaradılması,  davamlı  iqtisadi 

dirçəlişə nail olunması, əhalinin həyat şəraitinin daha da yaxşılaşması, Azərbaycanda 

vahid  elektron  informasiya  məkanının  formalaşması,  ölkədə  vətəndaşlar  üçün 

informasiya  əldə  etmək  imkanları  yaranması  və  milli  mintalitet  və  maraqlar  nəzərə 

alınmaqla Azərbaycan cəmiyyətinin ümumdünya elektron informasiya məkanının bir 

hissəsinə çevirmək nəzərdə tutulmuşdur. 

“Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı 

üzrə  2005-2008-ci  illər  üçün  Dövlət  Proqramı”  (Elektron  Azərbaycan)”  –Dövlət 

Proqramının  qəbul  edilməsinin  məqsədi  ölkədə  rabitə  və  informasiya 

texnologiyalarının inkişafını təmin etmək və bu yolla ölkənin hər tərəfli inkişafı üçün 

fəaliyyət  göstərmək,  həmçinin  İKT-nin  inkişafı  üzrə  Milli  Strategiyanın  həyata 

keçirilməsini təmin etmək,  müəyyən edilmiş  məqsədlərə və fəaliyyət istiqamətlərinə 

uyğun olaraq layihələri planlaşdırmaq və həyata keçirməkdir. 

Proqramla əlaqədar aşağıdakı məsələlərin həlli xüsusi əhəmiyyət kəsb etmişdir: 

-rabitə  və  informasiya  texnologiyaları  sahəsinin  inkişafı  üçün  islahatların 

aparılması və daha səmərəli mexanizmlərin formalaşdırılması; 

-Ümumdünya  informasiya  fəzasına  inteqrasiyasının  surətləndirilməsi  və 

genişləndirilməsi  insanların,  iqtisadiyyatın,  dövlət  orqanlarının,  hüquqi  və  fiziki 

çəxslərin rabitə və informasiya texnologiyaları şəbəkələrinə qoşulma imkanlarının və 

artan tələbatının təmin edilməsi; 

-Azərbaycanın  informasiya  təhlükəsizliyi  sisteminin  yaradılması,  informasiya 

fəzasının  təhlükəsizliyinin  və  vətəndaşların  informasiya  hüquqlarının  müdafiəsinin 

təşkil edilməsi; 



11 

 

-informasiya  texnologiyalarının  inkişafını  təmin  etmək  üçün  normativ-hüquqi 



bazanın təkmilləşdirilməsi; 

-informasiya 

texnologiyaları 

sahəsində 

standartlaşdırmanın, 

sertifikatlaşdırmanın,  radiotezlik  və  nömrələnmə  ehtiyatlarının  tənzimlənməsinin 

beynəlxalq standartlara uyğun təşkil edilməsi

-informasiya  texnologiyaları  sahəsində  investisiyaların  cəlb  edilməsinə  şərait 

yaradılması və özəl sektorun inkişaf etdirilməsi; 

-E-poçt  xidmətlərinin  modernləşdirilməsi  və  yeni  xidmət  növlərinin  istifadəyə 

verilməsi; 

-müasir  elektron  texnika  və  texnologiyalar  tədbiq  edilməklə  daha  keyfiyyətli 

radio-televiziya yayımı və peyk rabitəsi xidmətlərinin göstərilməsi; 

-innovasiya  siyasətinin  müəyyənləşdirilməsi  və  informasiya  cəmiyyətinin 

qurulmasını təmin edən nəzəri və tətbiqi elmi tədqiqatların aparılması; 

-təhsil  sistemində  müasir  texnologiyalardan  geniş  istifadə  olunması,  yüksək 

ixtisaslı  kadrların,  o  cümlədən  informasiya  təhlükəsizliyi  üzrə  mütəxəssislərin 

hazırlığının təmin edilməsi; 

-İKT  üzrə  sənayenin  inkişafının  təmin  edilməsi,  yerli  elektron  vastələrin 

istehsalının stimullaşdırılması və onun ixrac potensialının dəstəklənməsi; 

-informasiya  texnologiyaları  bazasında  sərbəst  və  azad  rəqabət  apara  bilən 

elektron məhsulların istehsalını təmin etmək; 

-dövlət,  ictimai  və  sahə  informasiya  sistemlərinin  formalaıdırılması,  çeşidli 

informasiya sistemlərinin və şəbəkələrinin yaradılması; 

Qoyulan məqsədə nail olmaq üçün aparılacaq fəaliyyət aşağıdakı istiqamətlərdə 

həyata keçirilməsi nəzərdə tutulmuşdur: 

-informasiya  texnologiyaları  sahəsində həm  iqtisadi, həm  strukturislahatlarının 

aparılması; 

-İnformasiya  texnologiyaları  sahəsində  modernləşmə  və  yeni  avadanlıq  və 

texnologiyaların tətbiqinin həyata keçirilməsi




12 

 

-informasiya cəmiyyətinə keçid üzrə layihələrin işlənməsi və həyata keçirilməsi 



şəraitinin yaradılması. 

 

“Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı 



üzrə 2010-2012-cı illər üçün Dövlət proqramı”(Elektron Azərbaycan)

3

 



Proqramın

4

  məqsədi  Milli  Strategiyadan  irəli  gələn  vəzifələrin  yerinə 



yetirilməsi, respublikada informasiya  cəmiyyətinə keçidinin təmin  edilməsi, İKT-nin 

inkişafını və geniş tətbiqini təmin etmək yolu ilə informasiya və biliklərə əsaslanan, 

rəqabətə  davamlı  xidmət  və  məhsullar  istehsal  edən  iqtisadiyyatın  qurulması  və 

inkişaf  etdirilməsi  üçün  zəminin  yaradılması,  dövlət  idarəetmə  sisteminin 

səmərəliliyinin  artırılması  və  qəraraların  qəbulu  prosesindəayrı-ayrı  vətəndaşların  və 

qeyri  hökumət  təşkilatları  institutlarının  iştirakı  imkanlarının  genişləndirilməsi, 

cəmiyyətin informasiya və xidmətlərinə olan tələbatının dolğun ödənilməsinin təmin 

edilməsidir. 

Dövlət  Proqramında  qoyulmuş  məqsədləri  reallaşdırmaq  üçün  aşağıdakı 

məsələlərin həlli nəzərdə tutulur: 

-Azərbaycanda  mövcud  olan  müasir  informasiya  və  kommunikasiya 

infrastrukturunun  inkişaf  etdirilməsi,  fiziki  və  hüquqi  şəxslərin  dövlət  orqanlarının 

fəaliyyəti  haqqında  məlumatlara,  həmçinin  dövlət,  ictimai  və  sahə  informasiya 

resurslarına çıxışının genişləndirilməsi, informasiya və kommunikasiya xidmətlərinin 

genişləndirilməsi və onların keyfiyyətinin artırılması; 

-idarəetmənin  bütün  səviyyələrində  İKT  layihələrinin  tətbiqi,  dövlət  və  qeyri 

dövlət informasiya sistemləri və resurslsrının formalaşdırılması və inkişaf etdirilməsi; 

-dünya  standartları  əsasında  dövlət  informasiya  resursları  və  sistemlərinin 

inteqrasiyasının təmin edilməsi, dövlət və qeyri dövlət orqanları arasında etibarlı və 

təhlükəsiz  informasiya  mübadiləsininhəyata  keçirilməsi  üçün  qorunan  multiservis 

                                                 

3

 www.mincom.com.az 



4

 www.mincom.com.az 




13 

 

şəbəkəsinin  inkişaf  etdirilməsi,  təşkilati-texniki,  texnoloji  tədbirlərin  həyata 



keçirilməsi uyğun mühitin formalaşdirilması; 

-dövlət  orqanlarının  və  digər  xidmət  sahələrinin  göstərdiyi  xidmətlərin 

operativliyinin  və  keyfiyyətinin,  habelə  idarəetmə  mexanizmlərinin  səmərəliliyinin 

artırılması üçün “E-hökumət” layihəsinin geniş tətbiqi, “bir pəncərə” prinsipi əsasında 

elektron xidmətlərin təşkili; 

-müasir  tələblərə  uyğun  olaraq,  sahələr  üzrə  normativ  hüquqi  bazanın 

təkmilləşdirilməsi; 

-İKT  üzrə  standartlaşdırma  və  sertifikatlaşdırmanın  beynəlxalq  təcrübəyə 

uyğun həyata keçirilməsi; 

-İKT  ixtisasları  üzrə  mütəxəssis  hazırlığının  keyfiyyətinin  artırılması,  yeni 

ixtisaslı kadrların hazırlanması; 

-İKT  xidmət  və  məhsullarının  ölkədə  istehsalının  inkişaf  etdirilməsi  rəqabət 

qabliyyətli ixrac potensialının artırılması; 

-elektron  texnika  və  texnologiyaların  tətbiqi,  İKT  üzrə  xidmətlərin,  poçt  və 

telekommunukasiya xidmətlərinin genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi; 

-poçt  şəbəkəsi  vasitəsilə  maliyə  xidmətlərinin  həyata  keçirilməsinin  inkişaf 

etditilməsi; 

-e-ticarət,  e-səhiyyə,  e-bank,  e-təhsil  kimi  mütərəqqi  fəaliyyət  formalarının 

inkişaf etdirilməsi; 

-“iqtisadi rəqəmsal geriliyin” azaldılması üçün tədbirlərin həyata keçirilməsi; 

-informasiya  cəmiyyətinin  qurulması  istiqamətində  vahid  elmi-texniki,  elmi 

metodiki və inovasiya siyasətinin həyata keçirilməsi

-informasiya  cəmiyyətinin  yaradılması  üzrə  görülən  işlərə  ictimaiyyətin  

nəzarətinin təmin edilməsi. 

 

 

 




14 

 

 



 

 

 



 

 

Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının 



Qanunu

5

 elektron imzanın və elektron sənədin yaradılmasının, istifadəsinin, elektron 



sənəd dövriyyəsində tətbiqinin elmin təşkilati, hüquqi əsaslarını müəyyən edir. 

Əlaqədar subyektlərindirektivlərinhüquqlarını müəyyən edir, aralarında münasibətləri 

yaradır və tənzimləyir. 

“Xalq kompüteri” Layihəsi-Azərbaycan Respublikası Rabitə və İnformasiya 

Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, HP, 

Mikrosoft və Bestkomp Group şirkətlərinin birgə olaraq həyata keçirdikləri “Xalq 

Kompüteri” layihəsini ölkədə kütləvi kompüterləşmənin ilkin mərhələsi hesab etmək 

olar. 


Bu  layihədə  əsas  məqsəd  əhalinin  sosial  təbəqələrinin  müasir  kompüterlə  və 

lisenziyalı  proqramlarla  təmin  etmək,  güzəşli  şərtlərlə  PC  əldə  etməsinə  şərait 

yaratmaq  və  bölgələrdə  İKT-nin  tətbiqini  genişləndirməklə  rəqəmli  geriliyi  aradan 

qaldırmaq.  Azərbaycan  hökumətinin  informasiya  cəmiyyətinin  və    e-hökumətin 

inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətini dəstəkləməkdir. 

İnsanlar  İKT  imkanlarından  səmərəli  istifadə  edərək  həyat  səviyyəsini 

yüksəltmək  və  həyat  tərzini  yaxşılaşdırmaq,  informasiya  cəmiyyətinə  keçidi  təmin 

etmək üçün lahiyyənin məqsədi aşağıdakı məsələlərin həllinə nail olmaqdır: 

-Əqli əməyin təbliği və vətəndaşların dünya kitabxanasına dəvət; 

-Bilik iqtisadiyyatı yönümlü kadrların hazırlanması üçün zəmin yaratmaq; 

-İKT yönümlü kadrların hazırlanmasını stimullaşdırmaqla çəkisini artırmaq; 

                                                 

5

 www.mincom.com.az 




15 

 

-E-hökumətin tətbiqi və inkişaf etdirilməsi; 



-Təhsil sisteminin yeni elektron əsaslara keçdiyini dəstəkləmək; 

-İntellektual mülkiyyətin qorunmasını təmin etmək; 

-Kompüter vərdişlərinin geniş yayılmasını təmin etmək; 

-Aztəminatlı sosial qrupların və vətəndaşların İKT biliyinin artırılması; 

-Əhalinin kompüterlərlə daha geniş təminatına şərait yaratmaq

-Adam başına düşən kompüter sayının dünyanın orta göstəricilərinə çatdırmaq. 

İlkin  olaraq  2009-cu  ilin  aprelində  başlayanv  nə  dörd  ay  müddəti  əhatə  edən 

pilot layihə həyata keçirilmişdir. Bu müddətdə layihə çərçivəsində yalnız orta məktəb 

müəllimləri  kompüterlər  əldə  etmişlər.  Həmin  ilin  18  noyabrından  etibarən  “Xalq 

Kompüteri” layihəsinin növbəti mərhələsinə start verilib. Bu mərhələ də orta məktəb 

müəllimlərinə aid edilmişdir. 2010-cu il tarixindən isə “Xalq Kompüter” layihəsinin 

növbəti  mərhələsinə  start  verilib.  Bu  mərhələ  də  orta  məktəb  müəllimlərinə  aid 

edilmişdir. 2010-cu il tarixindən isə “Xalq Kompüter” layihəsinin ikinci mərhələsinə 

start  verilmişdir.  İmzalanmış  razılaşmanın  şərtlərinə  əsasən,  “Xalq  Kompüteri” 

layihəsi  çərçivəsində  müəllimlərdən  başqa  orta  məktəb  şagirdləri  və  ali  təhsil 

müəssisələrinin  müəllim  vətələbələri də kompüter və lesenziyalı proqram  təminatını 

almaq imkanı əldə etmişlər. 

Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə 

-Dövlət  Proqramının

6

  məqsədi  respublikada  kosmik  sənayenin  yaradılması  və 



inkişaf  etdirilməsi,  dövlət  və  qeyri  dövlət  strukturlarının  peyk  rabitəsinə  olan 

tələbatının  ödənilməsi,  regionlarda  əhalinin  kütləvi  informasiya  vasitələrinə  artan 

tələbatının  təmin  edilməsi,  ölkənin  beynəlxalq  rabitə  kanallarının  artırilması  və 

kosmik fəzadan səmərəli istifadə etməklə iqtisadi, sosial, elmi,  mədəni, təhlükəsizlik 

və  s.  sahələrin  inkişaf  etdirilməsidir.  Bu  sənaye  sahəsində  beynəlxalq  əməkdaşlığın 

genişləndirilməsi,  respublikanın  kosmik  sənaye  potensialının  möhkəmləndirilməsi, 

kosmik  sənaye  texnikasının  inkişafı,  yeni  rabitə  xidmətlərinin  təşkili,  teleradio 

                                                 

6

 www.mincom.com.az 




16 

 

yayımı,  yerin  məsafədən  zondlanması,  hidrometrologiya,  ekoloji  monitorinq, 



fövqəladə hallara nəzarət, kosmik tədqiqatlar, axtarış və xilasetmə üzrə proqramlar və 

s. bu sahənin inkişafına geniş perspektivlər yaradacaqdır. 

İKT  sektorunun  çox  böyük  inkişafı  peyk  şəbəkələrinin  rəqabət  qabilliyətinin 

artırılması  istiqamətində  əməli  tədbirlərin  görülməsini  tələb  edir.  Bununla  bağlı 

kosmik sənaye komplekslərinin perspektiv inkişafı üçün aşağıda qeyd edilənlər aktual 

hesab olunur: 

-peyk  rabitə  və  yayım  xidmətlərinin  çoxzolaqlı  olması  və  geniş  əhali  kütləsi 

üçün nəzərdə tutulması; 

-orbitə  çıxarılan  peyklərin  kommersiya  effektliliyinin  artırılması,  yeni 

abonentlərin cəlb edilməsi; 

-peyklər  vasitəsilə  təqdim  olunan  xidmətlərin  qiymətlərinin  geniş  əhali  kütləsi 

üçün əlyetənli olması; 

-peyklər vasitəsilə göstərilən xidmətlərin infrastrukturunun təkmilləşdirilməsi; 

-peyk 


sistemlərinin 

yerüstü  yayaım  xidmətləri  ilə  inteqrasiyasının 

genişləndirilməsi. 

Dövlət Proqramında aşağıdakı əsas strateji məqsədlər nəzərdə tutulur: 

-gələcək inkişaf üçün yeni potensialın yaradılması; 

-ölkədə informasiya təhlükəsizliyinin təmin olunması və gücləndirilməsi; 

-dünya informasiya məkanına inteqrasiyanın genişləndirilməsi; 

-dövlət  və  qeyri  dövlət  orqanlarının,  hüquqi  və  fiziki  şəxslərin  peyk 

şəbəkələrinə qoşulma imkanlarının artırılması; 

-peyk  sistemlərinin  idarə  edilməsinin  və  istismarının  eyni  zamanda  kosmik 

sənayenin yaradılması və inkişaf üzrə normativ hüquqi bazanın 

-kosmik  sənaye  sahəsinə  yeni  investisuyaların  cəlb  edilməsinə  şəraitin 

yaradılması; 

-respublikanın  bütün  ərazisinin  peyk  rabitəsi,  radio  və  televiziya  yayımları  ilə 

təmin edilməsi; 



17 

 

-dövlət güc strukturlarının xüsusi rabitəyə olan tələbatının ödənilməsi; 



-respublika ərazisində ətraf mühitin monitorinqi və texnogen mənşəli fövqalədə 

halların  proqnozlaşdırılması  və  tədqiqi  üzrə  araşdırılmaların  aparılması,dənizdə  və 

quruda neft itkilərinin miqyasının qiymətləndirilməsi; 

-ölkənin beynəlxalq kosmik proqramlarda iştirakına şəraitin yaradılması; 

-kosmik 

sənayenin 

inkişafının 

sürətləndirilməsi, 

yerli 

istehsalın 



stimullaşdırılması və onun rəqabət qabiliyytli ixrac potensialının dəstəklənməsi; 

-kosmik  sənaye  və  peyk  sisremləri  sahəsində  yüksək  səviyyəli  kadrların 

hazırlanması; 

-ölkə üçün strateji əhəmiyyətli infrastruktur obyektlərin təhlükəsizliyinin təmin 

edilməsi məqsədi ilə monitorinqin aparılması; 

-kosmik sənayenin yaradılması və inkişaf etdirilməsi. 

 

 


Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin