Əlyazması hüququnda h üseynova Nərmin Hətəm qızı (magistrantin a. S. A.) «kommersiya fəALİYYƏTİNDƏ LİZİNQİn rolu və İNKİŞaf perspektiVLƏRİ»


Şəkil 1.2. Lizinq fəaliyyətinin təsnifat əlamətləri



Yüklə 0,84 Mb.
səhifə16/54
tarix01.01.2022
ölçüsü0,84 Mb.
#50276
1   ...   12   13   14   15   16   17   18   19   ...   54
Huseynova narmin

Şəkil 1.2. Lizinq fəaliyyətinin təsnifat əlamətləri

Lizinq üzrə qarşılıqlı fəaliyyətin reallaşdırılmasının birinci mərhələsində avadanlıqların istehsalçısı və lizinq verən alqı-satqı müqaviləsi bağlayaraq satıcı və alıcı kimi çıxış etmiş olurlar. Bu zaman avadanlığın konkret növlərinin razılaşdırılması, onun keyfiyyəti, texnoloji xarakteristikası ilə bağlı bütün məsələlər avadanlıq istehsalçısı ilə lizinq alan arasında həll olunur, baxmayaraq ki, sonuncu verilmiş müqavilənin hüquqi tərəfi deyildir. Lizinq verən, əsas etibarı ilə müqavilənin maliyyə təminatını yerinə yetirir.



İkinci mərhələdə lizinq verən artıq avadanlığın sahibi kimi onu müvəqqəti istifadə üçün lizinq alana verir. Bu zaman əmlakın satıcısı alqı-satqı müqaviləsinin şərtlərini yerinə yetirsə də avadanlığın keyfiyyətinə görə məsuliyyət daşıyır.

Lizinq münasibətlərinin əsas tərkibi – əmlakın müvəqqəti istifadə üçün lizinq şərtləri üzrə icarəyə verilməsi üzrə əməliyyatlardır. Alqı-satqı üzrə münasibətlər ikinci dərəcəli rol oynayırlar.

Lizinq kredit münasibətləri ilə bir çox oxşar cəhətlərə malikdir və bu da üç əsas prinsipə əsaslanır:

- təcililik (kredit müəyyən müddət üçün verilir);

- qaytarılmaq (təyin olunmuş vaxtda mütləq geri qaytarılmalıdır);

- ödənişlilik (müəyyən ssuda faizi ödənilir).

Lizinq zamanı əmlakın sahibi onu müəyyən müddətə müvəqqəti istifadə üçün verərək təyin olunmuş vaxtda əmlakı geri alır, xidmət göstərilməsinə görə isə lizinq istifadəçisindən icarəyə verilən avadanlığın dəyərindən razılaşdırılmış faiz ölçüsündə ödəniş alır. Bütün bunlar kredit münasibətlərinin elementləridir, lakin bu zaman lizinq müqaviləsi iştirakçıları pul vəsaitləri yox, əmlakla əməliyyat aparırlar.

Lizinq üzrə qarşılıqlı fəaliyyətin spesifikliyi aşağıdakılarda təzahür edir:

- Əmlakın satıcısı, bir qayda olaraq, bilir ki, əmlak icarə verilmək üçün əldə edilir.

- Əmlakın lizinq şərtləri üzrə icarəyə verilməsi zamanı həmin əmlakın sahibi kimi lizinq verən çıxış edir.

- Əmlakın sahibi onu müvəqqəti istifadə üçün verməsinə görə hər zaman mükafat alır.

- Əmlakın istifadəçısi qüsurların aşkar edilməsi zamanı öz iradlarını ya sahibə, ya da heç bir müqavilə münasibətləri ilə bağlı olmadığı bilavasitə avadanlığın satıcısına istaqamətləndirir.

- Əmlakın istifadəçisi maliyyə lizinqi zamanı müqavilə müddəti bitdikdən və ya bitmədən öncə avadanlığı şəxsi mülkiyyətinə keçirmək hüququna malikdir ki, bu da alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilir.

Lizinq münasibətlərinin subyektləri aşağıdakılardır:

- əmlakın sahibi (lizinq verən) – lizinq fəaliyyətini, yəni avadanlığın xüsusi olaraq icarə məqsədilə əldə edilməsi və onun icarəyə verilməsini həyata keçirən hüquqi və ya fiziki şəxs;

- əmlakdan istifadə edən (lizinq alan) – əmlakı müvəqqəti istifadə üçün əldə edən şəxs;

- əmlakın satıcısı (malgöndərən, təchizatçı) – əmlakı lizinq verənə satan şəxs.

Lizinqin obyekti kimi, bazarda azad tədavül edilməsi qadağan olunmuş əmlakdan başqa, qüvvədə olan təsnifata uyğun olaraq əsas vəsaitlərə aid edilən daşınan və daşınmaz əmlak çıxış edir.

1996-cı ildə qüvvəyə minmiş təsnifata görə daşınan əmlaka aşağıdakılar aiddir:

- güc maşın və avadanlıqları (texnoloji, turbin avadanlıqları, elektro­mü­hər­rik­lər və s.);

- sənayenin müxtəlif sahələri üçün işçi maşın və avadanlıqlar (poliqrafiya avadanlıqları, tikinti texnikası, dəzgahlar və s.);

- hesablama və orqtexnika vasitələri;

- nəqliyyat vasitələri (dəmiryol hərəkət qatarları, dəniz və çay gəmiləri, avto­­mobillər, təyyarələr və s.);

- digər maşın və avadanlıqlar.



Daşınmaz əmlaka istehsal bina və qurğuları (neft və qaz buruqları, hidrotexniki və nəqliyyat qurğuları və s.) aiddir.



Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin