II FƏSİL. BEYNƏLXALQ LİZİNQİN KOMMERSİYA FƏALİYYƏTİNDƏ
YERİ VƏ ROLU. AZƏRBAYCANDA LİZİNQİN İNKİŞAF
PERSPEKTİVLƏRİ
§ 2.1. Beynəlxalq icarə əməliyyatlarının xüsusiyyətləri. Beynəlxalq lizinqin
müasir vəziyyəti
Beynəlxalq icarə əməliyyatlarının durmadan genişlənməsi və ticarətin bu formasının birbaşa satınalma qarşısındakı üstünlüklərindən irəli gələn kompleks səbəblərlə şərtlənir. Cari icarə əməliyyatları ilə maliyyələşdirilən lizinq sazişləri arasındakı fərqləri nəzərə alaraq bu əməliyyatların xüsusiyyətlərinin və ayrılıqda hər birinin əhəmiyyətini nəzərdən keçirmək daha məqsədəuyğun olardı.
Cari icarə əməliyyatları şəraitində onun mühüm üstünlüyü istehlakçı firmalara, xüsusən də kiçik və orta firmalar kömək göstərməkdən, elmi-texniki tərəqqinin sürətli inkişafı şəraitində avadanlığın hədsiz dərəcədə tez köhnəlməsindən özünü sığorta etməkdən ibarətdir.
Cari icarə istehlakçı firma üçün əlverişlidir. Belə ki, ilkin haqqın ödənilməsi bir qayda olaraq avadanlığın işə salınması anından sonra təmin edilir. Bu hal icarə edənə imkan verir ki, icarə verənin ilkin haqqını avadanlığın istifadəsindən əldə etdiyi mənfəət hesabına ödəsin. Cari icarə avadanlığı mövsümi yaxud qısamüddətli artdığı şəraitdə daha əlverişli olur.
Maliyyələşdirilən icarədə lizinq alan bank krediti formasında maliyyələşdirmə formasına nisbətən müəyyən üstünlüklərə malik olur. Bu üstünlüklərə nəzər yetirək:
1) Lizinq alana onun icarə etdiyi avadanlığın dəyərinin tam maliyyələşdirilməsi imkanı verir. Halbuki, kreditlər həmin avadanlığın ancaq 80-85%-ni ödəyə bilir. Ödəniş məbləği ciddi surətdə müqavilədə təsbit etdirilir ki, bu da gələcək məhsul üzrə xərcləri öncədən müəyyənləşdirilməsinə imkan verir.
2) Lizinq ödənişlərinin faizlə ifadə olunan ilkin haqqı bank kreditləri tariflərinə nisbətən aşağıdır.
3) İnflyasiya və pulların ucuzlaşması şəraitində sabit tariflərə əsaslana lizinq ödənişlərinin təmin edilməsi lizinq alan üçün daha əlverişlidir.
4) Maliyyələşdirilən icarə kiçik və orta şirkətlər (firmalar) da daxil olmaqla bütün şirkətlər üçün əlverişlidir.
5) Maliyyələşdirilən icarədə amortizasiya ayırmalarını lizinq sahibi ödəyir; icarə ödəncləri “ümumi məsrəflər” adlanan məsrəflərə əlavə edilir. Bu məsrəflər vergiqoyma üçün ayrılan məbləğdən hesablanır.
6) Lizinq alan lizinq predmetinin satılma, yəni pula çevrilə bilməsi qabiliyyətini özündə saxlayır; ona adi kalkulyasiya təqdim edilir ki, bu da kalkulyasiya ödənişlərini 3 ayda, yaxud da 6 ay müddətinə təmin edilməsinə əsaslanır.
Lizinq üzrə qarşılıqlı fəaliyyətin ən effektiv formalarından biri, icarəverənin ölkəsinin sərhədlərini keçən əmtəələrin icarəyə veriməsini əks etdirən beynəlxalq lizinq əməliyyatlarıdır.
Beynəlxalq lizinq əməliyyatının həyata keçirilməsi zamanı icarəverən icarə predmetlərini öz ölkəsi daxilində milli firmadan alır və onları xarici icarədara təqdim edir. Bu tip əməliyyat ixrac icarə müqaviləsi hesab olunur.
İcarəverənin icarə predmetlərini xarici firmadan aldığı və onları milli icarədara təqdim etdiyi icarə əməliyyatı isə idxal icarə müqaviləsi adlanır.
Beynəlxalq icarə əməliyyatlarına həmçinin yerləşdikləri ölkə ərazisindəki yerli firmalarla müqavilələr bağlayan transmilli korporasiyaların və transmilli bankların xarici qız müəssisələrinin icarə əməliyyatları da aid edilir.
Hər bir ölkənin lizinq qanunvericiliyinin özünəməxsus xüsusiyyətləri vardır. Məsələn, Avstriyada vergi hüququna uyğun olaraq, icarə müddəti avadanlığın ümumi istismar müddətinin 90%-ni, yəni icarə predmetinin icarəverənin mühasibat hesabatından silinməsi müddətini keçməməlidir. Lizinq müqaviləsinin fəaliyyət müddətinin aşağı həddi icarə predmetinin xidmət müddətinin 40%-idir.
ABŞ-ın təcrübəsi göstərir ki, icarədar avadanlığı öz mülkiyyətinə o zaman keçirə bilər ki, həmin predmetin xidmət müddəti 2 ildən az və bazar qiymətli ilə qiymətləndirilən qalıq dəyəri predmetin ilkin qiymətinin 15%-indən az olmasın. Bu zaman icarəverənin xüsusi yazılı icazəsi olmadan avadanlığı subicarəyə vermək, rəqiblərə və digər maraqlı şəxslərə lizinqə götürdüyü avadanlığın konstruktiv və istismar xüsusiyyətləri ilə tanış olmağa icazə vermək icarədara qadağandır. Bir qayda olaraq, icarənin fəaliyyət müddəti ərzində icarədar lizinqə aldığı avadanlığın iflas və ya başqa qanun pozuntuları zamanı həbsə alınması və ya onun girov götürülməsinin qarşısını almaq üçün ona mülkiyyətçi firmanın adını göstərən xüsusi yarlıq vurur.
28 may, 1988-ci ildə Ottavada (Kanada) beynəlxalq lizinq müqaviləsinin bütün iştirakçılarının hüquqi münasibətlərini tənzimləyən vahid normaların təyin edilməsinə və oların reallaşdırılması üçün mövcud hüquqi maneələri aradan qaldırmağa imkan yaradan beynəlxalq maliyyə lizinqi haqqında Konvensiya qəbul olundu.
Konvensiyada iki müqavilənin (alqı-satqı və lizinq) qırılmaz bağlılığı göstərilirdi. Azərbaycan qanunvericiliyinə görə lizinq müqaviləsinin hüquqi rəsmiləşdirilməsi beynəlxalq maliyyə lizinqi haqqında Konvensiyanın tələbləri ilə tam üst-üstə düşür.
Beynəlxalq lizinq müqavilələrinin rəsmiləşdirilməsi təcrübəsində iki və daha çox ölkədə vergi faydalarından istifadə edən “dabl dip” tipli sublizinq müqavilələri məşhurdur. Məsələn, 1980-cı illərdə belə lizinq müqaviləsi üzrə ABŞ üçün Böyük Britaniyadan təyyarələr alınmışdı. Bu müqavilənin effektivliyi onunla şərtləşirdi ki, Böyük Britaniyada - əgər lizinq verən mülkiyyət hüququna malikdirsə, ABŞ-da – əgər lizinq verən sahiblik hüququna malikdirsə, vergi güzəştlərindən əldə edilən faydalar daha böyükdür. Bu xüsusiyyətləri nəzərə alaraq, lizinq kompaniyası təyyarələri Böyük Britaniyadan almış (mülkiyyət hüququ), onları Amerika lizinq kompaniyasına lizinqə vermiş (sahiblik hüququ), o da öz növbəsində təyyarələri sublizinq müqavilələri formasında yerli aviokompaniyalara təqdim etmişdi.
Tez-tez lizinq kompaniyaları vergi məqsədilə öz filiallarını güzəştli vergilər olan yerlərdə, xüsusilə ofşor zonalarda açırlar.
Beynəlxalq lizinq icarəsindən bazarda avtonəqliyyat sahəsində istifadə olunur. Nümunə kimi, VOLVO, DAF, İVEKO və b. konsernlərin lizinq üzrə əməliyyatları çıxış edə bilər.
Belə ki, DAF kompaniyası yalnız namizəd tərəfindən təyin olunmuş nümunədə ərizənin verilməsindən, partiyanın diqqətlə seçilməsindən və lizinq əməliyyatının Hollandiyanın kreditlərin sığortalanması üzrə kompaniyası ilə razılaşdırılmasından sonra avtonəqliyyat üzrə lizinq həyata keçirir. Əgər avtomobil konsernin özü tərəfindən həyata keçirilən avtonəqliyyat lizinqi üzrə əməliyyatlar əlavə maliyyə təminatı tələb etmirlərsə, onda bu lizinq müqaviləsi kifayət qədər sürətlə reallaşdırılır. Avtonəqliyyat lizinqi, bir qayda olaraq, icarəyə götürülən texnikanın dəyərinin 30%-inə qədər avans ödənişi kombinasiyası ilə həyata keçirilir.
Lakin lizinq üzrə qarşılıqlı fəaliyyət təcrübəsində maliyyə təminatı məsələsi tez-tez çox kəskin şəkildə ortaya çıxır.
Pul vəsaitlərinin kəskin qıtlığı situasiyasında, əgər Azərbaycanın borclu müəssisəsi Azərbaycan bankının hər hansı müxbir bankla təsdiqlənmiş zəmanətini verməyə qadirdirsə, bu məsələ həll oluna bilər. Bu məsələnin həlli zamanı Azərbaycan bankları tez-tez zəmanətin təmin edilməsi şəklində borcalan müəssisə üçün zaminlik edən öz qız müəssisələrinin xidmətlərinə müraciət edirlər. İstənilən halda ortaya beynəlxalq lizinq mübadiləsinin reallaşdırılmasının məqsədəuyğunluğu və hər şeydən əvvəl əməliyyatın iqtisadi effektivliyinin qiymətləndirilməsi haqqında təbii məsələ çıxır. Beynəlxalq lizinq əməliyyatlarının strukturu şəkil 2.1.-də təqdim edilmişdir.
Dostları ilə paylaş: |