Əlyazması hüququnda h üseynova Nərmin Hətəm qızı (magistrantin a. S. A.) «kommersiya fəALİYYƏTİNDƏ LİZİNQİn rolu və İNKİŞaf perspektiVLƏRİ»



Yüklə 0,84 Mb.
səhifə27/54
tarix01.01.2022
ölçüsü0,84 Mb.
#50276
1   ...   23   24   25   26   27   28   29   30   ...   54
Huseynova narmin

Beynəlxalq icarənin növləri.

Müddətindən yaxud beynəlxalq təcrübədə sürəkliliyindən (davamından) asılı olaraq icarənin 3 növü fərqləndirilir:

a) uzunmüddətli icarə - 3-5 ilə, avadanlığın bəzi növləri isə 15-20 il müddətinədək icarəyə verilir. Beynəlxalq təcrübədə bu “lizinq” adını almışdır.

b) ortamüddətli icarə - 1 ildən 3 ilədək. Bu isə “xayrinq” adını almışdır.

c) qısamüddətli icarə - bir neçə saatdan, gündən, aydan bir ilədək müddətə verilən icarədir. Qısamüddətli icarə bir çox ölkələrdə “rentinq”, Yaponiyada “çerter” adını almışdır.

Beynəlxalq ticarətdə ən çox yayılan icarə əməliyyatı “lizinq” əməliyyatıdır. Onun həcmi də icarəyə verilən malların dairəsi də daim artır.

Həyata keçirilməsi metodlarından asılı olaraq beynəlxalq lizinq əməliyyatları, onların məzmunu 2 növə ayrılır: maliyyələşdirilən icarə (lizinq) və cari icarə (lizinq).

Maliyyələşdirilən icarə (maliyyələşdirilən lizinq) o deməkdir ki, icarəyə verən sifətində çıxış edən lizinq firması tərpənməz və daşınan əmlakın, xüsusən avadanlığın tam dəyərini ödəyir. İcarə edən bu avadanlıqdan, ümumilə əmlakdan icarəyə verən firma (lizinq sahibi) ilə bağladığı müqavilə əsasında icarəyə götürüb istifadə edir. Bu, uzunmüddətli icarədir.

Bununla bağlı lizinq müqaviləsi müddətinin aşağı həddi icarə predmetinin - avadanlığın xidmətetmə (köhnəlmə) müddətinin 40%-i qədər təşkil edir. Lizinq müqaviləsinin vaxtı bitdikdə icarə edənin razılığı ilə lizinq müqaviləsinin vaxtını uzatmaq mümkündür.

İcarəyə götürən icarə etdiyi avadanlıqdan, lizinq firması ilə bağladığı lizinq müqaviləsi əsasında bir qayda olaraq uzun müddət ərzində, daha doğrusu, həmin avadanlıq aşılanıb sıradan çıxmasına az qaldığı anadək istifadə edir. Məsələn, Avstriyada vergi hüquqları əsasnaməsinə uyğun olaraq icarə müddəti avadanlığın xidmətetmə müddəti yəni tam aşınmasınadək olan müddətin 90%-i qədər müəyyən edilmişdir. Lizinq müqaviləsinin qüvvədə olma müddətinin aşağı həddi isə icarə predmetinin xidmətetmə müddətinin 40%-ni təşkil edir. Lizinq müqaviləsinin müddəti bitdikdə icarə edənə aşağıdakı hallarda ixtiyar verilir: müqavilənin vaxtını artırsın; yəni lizinq müqaviləsi bağlasın; icarə etdiyi avadanlığı yenidən, ancaq qalıq dəyərilə satın alsın. Əslində maliyyələşdirilən icarə lizinq firması tərəfindən istehlakçı firmanın, yəni icarəyə götürən firmanın uzunmüddətli kreditləşməsi forması kimi çıxış edir. O, yəni icarəyə götürən icarə ödənişlərini verməklə avadanlığın dəyərini və icarəyə verənin xidmətlərini ödəyir.

Maliyyələşdirmə texnikası belədir: müştəri- icarəçi istədiyi avadanlığın tipini, keyfiyyət xarakteristikasını, avadanlığın iş rejimini, şərtlərini özü müəyyən edir və həmin malı alacağı barədə lizinq firmasının vasitəsilə həmin malın istehlakçısının nəzərinə çatdırır. Sonra firma icarəçi lizinq firmaya müraciət edir və rəsmi müraciətinə öz firmasının maliyyə vəziyyəti, habelə tələb etdiyi avadanlıq barədə hesab-ödəniş sənədləri əlavə edir.

Əgər lizinq firması müsbət nəticəyə gəlib yararlı qərar qəbul edirsə, bu halda o da bunu məktub vasitəsilə icarə götürənin nəzərinə çatdırır. Həmin məktuba lizinq müqaviləsinin şərtləri də əlavə edilir.

Lizinq firması eyni zamanda həmin anda avadanlığı göndərənə öz niyyətini bildirir ki icarə edənin sifariş verdiyi avadanlığın dəyərini ödəyəcəkdir. Öz növbəsində firma- icarəçi lizinq firmasına cavab göndərərək müqavilə üzrə öhdəçiliklərini yerinə yetirəcəyi barədə məlumat verir. Məlumatı alan lizinq firması bütün müvafiq sənədlər toplusunu malgöndərənə, təchizatçıya göndərir. Avadanlığı hazırlayan firma (istehsal) sənədləri alanadək onu dərhal nəql edərək firma-icarəçinin ünvanına yola salır. Göndərdikdən sonra firma–malgöndərən, təchizatçı və firma-icarəçi malın təhvil–təslim protokolunu imzalayıb bir nüxsəsini də lizinq firmasına göndərirlər. Bu əsasda lizinq firma avadanlığın dəyərini firma istehsalçıya ödəyir.

Bir qayda olaraq icarəçinin icarəyə götürdüyü avadanlığı, maşını dəzgahı və s. təkmilləşdirmək və onlara bir yenilik vermək imkanı yoxdur.




Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin