79
504 “Qısamüddətli borclar” və 404 “Uzunmüddətli borclar” adlı hesablar
üzrə aşaıdakı qaydada ətraflı analitik uçot həyata keçirilməlidir:
- borcların (səhmlərin, istiqrazların və b.) alınması formaları üzrə;
- borcverənlər üzrə;
- ödənmə müddətləri üzrə.
Qısamüddətli borclar hər şeydən əvvəl kommersiya krediti (veksel altında) və
portnyorluq krediti (borc öhdəlikləri altında) kimi çıxış edirlər.
Misal. Mal-material ehtiyatları üçün 500 000 man. məbləğində kommersiya
krediti alınmışdır. Ödənişin gecikdirilməsinə görə kreditin 10 %-i həcmində faiz
ödənilməlidir.
Qeyd olunan əməliyyatlar aşaıdakı mühasibat köçürmələri vasitəsilə
rəsmiyyətə salınır:
- kommersiya krediti alındıqda;
D-t
531 “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”
500 000 man
D-t
801 “Ümumi mənfəət (zərər)” (faiz məbləği)
50 000 man
K-t
504 “Qısamüddətli borclar”
550 000 man
- malsatanlara borc ödənildikdə;
D-t
504 “Qısamüddətli borclar”
550 000 man
K-t
223 “Bank hesablaşma hesabları”
550 000 man
Dostları ilə paylaş: