12
Təsərrüfat subyektlərinin mühasibat uçotunda açılmış akkreditivlərin
məbləğləri 55 “Banklarda olan xüsusi hesablar” sintetik hesabın “Akkreditivlər”
adlı 2-ci subhesabında əks etdirilir. Bu alanın satış haqda razılığa gəlməsidir.
Həmin razılıq hər iki tərəfdən müvafiq imzalar vasitəsilə təsdiq olunmuş
müqavilənamələrlə bildirilir.
Hesablamaların digər formaları ilə yanaşı hesablaşmaların çox mühüm
hissəsini təşkil edən aksept formasının çox böyük əhəmiyyəti var. Hesablaşmaların
aksept forması xüsusən digər şəhərlərlə təchizat üzrə daha çox yayılmışdır.
Səttarxan adına Bakı maşınqayırma zavoduna tədiyyə dövriyyəsinin ümumi
məbləğində aksept formasında aparılan hesablaşmalar 2002-ci ildə 73 % təşkil
edir. Aksept formasında aparılan hesablaşma malsatan təşkilat tərəfindən
müqavilə şərtlərinin yerinə yetirilməsi üzərində mal alan təşkilatın nəzarətini təmin
edir.
Bu forma təsərrüfat fəaliyyəti prosesində təsərrüfat hesablı müqavilələrin
ciddi olaraq yerinə yetirilməsinə və sairəyə əsaslanaraq, başqa müəssisələrlə
müvafiq hesablaşma münasibətləri yaradır.
Aksept hesablaşma formasında mal göndərildikdən və ya buraxıldıqdan
sonra mal göndərən təyin edilmiş vaxtda ödəniş tələbnaməsini, ona xidmət edən
bank bölməsinə, inkassoya verir.
Sonra ödəniş üçün mal göndərən tərəfindən təqdim edilmiş sənədlər alıcı
yerləşən məntəqədəki bölməsinə təqdim edilir və ödəniş həmin bank bölməsi
tərəfindən həyata keçirilir. Mal göndərən hesablaşmaya təqdim edilən ödəniş
tələbnaməsində başqa zəruri məlumatlarla yanaşı müvafiq sənədlərinin nömrəsi və
tarixi göstərilir. Bu ona imkan verir ki, yolda olan hesablaşma sənədləri üçün
bankdan ssuda alınsın. Bağlanmış müqavilənamələr, onların şərtlərinə əməl
olunmasına nəzarəti bilavasitə həmin şöbələr yerinə yetirir. Ancaq müqavilənamə
və hesablaşma qaydalarına uçot vasitəsilə də mütləq nəzarət lazımdır.
Dostları ilə paylaş: