10
vermək üçün ciddi müəyyən edilmiş məbləğdə və yaxud pul vəsaitinin kassada
saxlamağa icazə verilir.
Müəssisə və təşkilatlar bir-biri ilə eləcə də, maliyyə vergi və bank sistemi,
yuxarı təşkilatlarla hesablaşmaları məcburi surətdə müvafiq hesablar vasitəsilə
bank köçürmələri yolu ilə həyata keçirilir. Hesablaşmalar mülkiyyət formasından
asılı olmayaraq bütün müəssisələri əhatə edir.
Müəssisələr arasındakı hesablaşmalar daima dövlət və kommersiya
blanklarının nəzarəti altında həyata keçirilir. Onların arasında baş verən mübahisəli
məsələləri Milli Bank araşdırır, onların birini digərinin xeyrinə cərimələsyir.
Yaxud da hesablaşmadan kənar edir. Hesablaşmalar dövlət və özəl müəssisələrinin
fəaliyyətini əhatə etməklə bərabər vahid hesablaşma formalarında öz ödənişlərini
həyata keçirirlər.
Milli Bank vasitəsilə eyni şəhərdaxili və digər şəhərlərarası hesablaşmaların
müxtəlif qaydada həyata keçirilməsi müəyyən edilmişdir. Bir və ya müxtəlif bank
müəssisəsi ilə xidmət göstərən, lakin bir yaşayış məntəqəsində olan müəssisələr
arasındakı hesablaşmalar eyni şəhərdaxili dövriyyələr üzrə hesablaşmalar adlanır.
Müxtəlif yaşayış məntəqələrində yerləşən, bank müəssisələri tərəfindən
xidmət göstərən müəssisələr arasındakı hesablaşmalar isə özgə şəhərli dövriyyələr
üzrə hesablaşmalar adlanır.
Dostları ilə paylaş: