Əlyazmasi hüququnda tağizadə KƏnan şAHİn oğLU


Partnyorluq krediti alındıqda mühasibat uçotu hesablarında yalnız borcların



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə30/34
tarix30.08.2023
ölçüsü0,78 Mb.
#141036
1   ...   26   27   28   29   30   31   32   33   34
Taqizade Kenan


Partnyorluq krediti alındıqda mühasibat uçotu hesablarında yalnız borcların 
hərəkəti əks etdirilir.
D-t 
223 “Bank hesablaşma hesabları”
K-t 
504 “Qısamüddətli borclar” 
Qiymətli kaızların satılması yolu ilə pul vəsaitlərinin cəlb edilməsi aşaıdakı 
yazılış vasitəsilə rəsmiyyətə salınır: 
D-t 
221 “Kassa” və yaxud, 
D-t 
223 “Bank hesablaşma hesabları”
K-t 
504 “Qısamüddətli borclar” – pul vəsaitlərinin daxil olan məbləğinə. 


80 
Qiymətli kaızların müəssisənin İşçiləri tərəfindən satın alındıqda pul 
vəsaitlərinin cəlb olunması bilavasitə əmək haqqı vasitəsilə həyata keçirilir və 
uçotda belə əks etdirilir, 
D-t 
202-3 “Əsas istehsalatla məşğul olan işçi heyətinə məsrəflər” 
K-t 
504 “Qısamüddətli borclar” və yaxud 
K-t 
404 “Uzunmüddətli borclar” 
Borcların (bütün) qaytarılması aşaıdakı hesablar vasitəsilə uçota alınır: 
D-t 
504 “Qısamüddətli borclar” və yaxud 
D-t 
404 “Uzunmüddətli borclar” 
K-t 
223 “Bank hesablaşma hesabları”
Belə yazılışlar vasitəsilə mühasibat uçotunda istiqrazların satın alınması da 
həyata keçirilir. 
Borclar üzrə faizlər müxtəlif cür əks etdirilir. 
1. Borclar üzrə faizlərin məbləği qiymətli kaızların nominal dəyərinə yaxud 
veksellər üzrə borcların məbləğinə daxil edilir. 
Bu zaman faizlərin və qiymətli kaızların satış qiyməti ilə nominal dəyərləri 
arasındakı fərqin məbləği aşaıdakı qaydada hesablara yazılır: 
D-t 
221 “Kassa” və yaxud 
D-t 
223 “Bank hesablaşma hesabı” və yaxud 
D-t 
202-3 №li hesab 
K-t 
442 “Gələcək hesabat dövrlərinin gəlirləri”, “Gələcək dövrlərin 
hesabına alınmış gəlirlər” subhesabı. 
Uçotun kompüterləşdirildiyi şəraitdə istifadə olunan mühasibat proqramları 
aşaıdakı informasiyaların alınmasını nəzərdə tutur: kreditorların növləri üzrə
ödənmə müddəti üzrə. Bu məlumatlar mühasibat balansını və hesabatın digər 
formalarına tərtib etmək üçün məlumatların formalaşmasına imkan verir. 
Müəssisənin uçot siyasətində borclar üzrə əlavə məsrəflərin tərkibi və 
silinməsi, borc öhdəlikləri gəlirlərin hesablanması və bölüşdürülməsi üsulları və 
borc vəsaitlərinin müvəqqəti qoyuluşlarından gəlirlərin uçotu metodu açıqlanılır. 


81 
Müəssisənin mühasibat hesabatı aşaıdakı informasiyaları verməlidir: 
-
borc vəsaitləri və onların ödənmə müddətləri üzrə borcların mövcudluğu 
və hərəkəti; 
-
əməliyyat xərclərinin tərkibinə və investisiya aktivlərinin dəyərinə daxil 
edilən kreditlər və borclar üzrə xərclərin məbləği; 
-
kreditlərin və borcların orta çəki dərəcələrinin kəmiyyəti; 
Borc vəsaitlərinin il ərzində hərəkəti mühasibat balansına əlavədə (5 №-li 
forma) əks etdirilir. İlin axırına kreditlərin və borcların ödənilməmiş qalıı balans 
maddələri üzrə göstərilir: bankın uzunmüddətli və qısamüddətli kreditləri və 
uzunmüddətli və qısamüddətli borclar. 
“Bankın uzunmüddətli kreditləri”, “Bankın qısamüddətli kreditləri” 
maddələrində göstərilən məlumatlar ssuda hesabları üzrə bank çıxarışları ilə təsdiq 
edilməlidir. 
Digər təşkilatlardan alınan borc vəsaitlərinin qaytarılmış qalıının dürüstlüyü 
borc 
verən 
təşkilatın 
məlumatlarının 
nəticələrinin 
üzləşdirilməsi 
ilə 
rəsmiləşdirilməlidir. 


82 
NƏTİCƏ 
1.
İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, hesablaşmaların uçotunda plastik 
kartlardan istifadə edildikdə pul vəsaitlərinin mövcudluğu və hərəkəti 
haqqında informasiyaları ümumiləşdirmək üçün 55 “Banklarda olan xüsusi 
hesablar” hesabının tərkibində aşaıdakı subhesabların açılması məqsədə 
müvafiqdir: 
225-3 
“Debet korporativ kartları”; 
225-4 “Kredit korporativ kartları”.
2.
Verilmiş veksellər üzrə borcların mövcudluğu və hərəkətinin vekseli verən 
təşkilatda uçotunu dəqiqləşdirmək üçün aşaıdakı hesablardan istifadə etmək 
məsləhət görülür:
a)
satın alınan mallara, işlərə və xidmətlərə görə hesablaşmalar zamanı – 531 
“Malsatan və podratçılara qısamüddətli kreditor borcları” hesabı; 
b)
qeyri-mal əməliyyatları üzrə hesablaşmalar zamanı – 171 “Alıcılar və 
sifarişçilərin uzunmüddətli debitor borcları” hesabı 
3.
Malsatanlar tərəfindən müstəqil mövqedən hesab-fakturaya daxil edilən əlavə 
dəyər vergisi 521 “Vergi öhdəlikləri” hesabında ayrıca uçota alınmalıdır. 
Əgər, ƏDV hesab-fakturada ayrıca qeyd olunmamışdırsa, ondan malalan 
təşkilat bu məqsədlə müstəqil sətir açmaq hüququna malik deyildir. Təəssüf 
ki, müəssisələrdə bir çox hallarda uçotun bu tələbinə əməl olunmur. 
4.
Əgər, malsatan və podratçılarla hesablaşmalar sərbəst konvertləşən valyuta 
vasitəsilə həyata keçirilirsə, onda 531 “Malsatan və podratçılara qısamüddətli 
kreditor borcları” hesabının tərkibində “Sərbəst konvertləşən valyuta ilə 
malsatan və podratçılarla hesablaşmalar” adlı sərbəst subhesabın açılması 
tövsiyyə edilir. 
5.
Malsatanlardan sərbəst konvertləşən valyuta ilə hesab-faktura olan alıcı 
təşkilat onları adi qaydada aksepit edir, başqa sözlə 201-1, 201-2, 201-3, 202-
1, 202-2, 202-3, 202-4, 202-5, 202-6, 521, 442 və s. hesablar və 531-ci hesab 


83 
kreditləşir. 60-cı hesab üzrə uçot xarici valyuta ilə aparıldıqda onun manatla 
ekvivalenti də göstərilməlidir. Əgər, xidmət ayın 17-də göstərilmişdirsə, 
hesab-faktura ayın 20-də yazılmışdırsa və ödənişə ayın 25-də təqdim 
edilmişdirsə, onda əməliyyatı ayın 17-də mövcud olan məzənnə ilə əks 
etdirmək lazımdır. 
6.
212 “Törəmə müəssisələrin qısamüddətli debitor borcları” adlı hesabın 
tərkibində aşaıdakı subhesablar açıla bilər: 
1.
“Törəmə müəssisələrlin qısamüddətli debitor borcları” 
2.
“Asılı müəssisələrlin qısamüddətli debitor borcları” 
3.
“Birgə fəaliyyət haqda müqavilə üzrə qısamüddətli debitor borcları”. 
7.
Hər bir müəssisənin uçot siyasətində borclar üzrə əlavə xərclərin tərkibi və 
silinməsi qaydası, borc öhdəlikləri üzrə gəlirlərin hesablanılması və 
bölüşdürülməsi 
üsulları, 
habelə 
borc 
vəsaitlərinin 
müvəqqəti 
yerləşdirilməsindən alınan gəlirlərin uçotu qaydası açıqlanılmalıdır. 
8.
501 “Qısamüddətli borclar” və 401 “Uzunmüddətli borclar” adlı sintetik 
hesablar üzrə aşaıdakı qaydada analitik uçotun təşkili təklif olunur: 
- borcların alınması forması üzrə; 
- borcalanlar üzrə; 
- borcların ödənilməsi müddətləri üzrə. 
9.
Uçotu sadələşdirmək məqsədilə 501 saylı hesabı “Qısamüddətli kreditlər və 
borclar üzrə hesablaşmalar”, 401 saylı hesab isə “Uzunmüddətli kreditlər və 
borclar” adlandırmaq məqsədə uyğun olardı. 


84 

Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin