4
yüksəlir. Direktiv planlar, əmrlər resursların məcburi bölgüsü və istehsalın
istehlakçılara bağlanması artıq yoxa çıxmaqdadır. Dövlətin müəyyənləşdirdiyi
qiymətlərin bir çoxu artıq bazar qiymətlərinə çevrilmişdir. Sahibkarlıq fəaliyyətinə,
mülkiyyətin forma və növlərinin bir qisminə məhdudiyyətlər çox cüzidir. Vergi
sistemi və dövlət sifarişləri vaxt ötdükcə təmiz iqtisadi əsaslara söykənəcək, yerdə
qalanları isə istehsalçılar, istehlakçılar və ümumilikdə onların iradəsi əsasında həll
olunacaq.
Eyni zamanda iqtisadi sərbəstlik sahibkarın birinin mənafeyini nəzərə aldıı
halda digərlərinin fəaliyyətinə maneçilik də törədə bilər. Əlbəttə, hər hansı bir
subyektlə təsərrüfat-maliyyə əlaqələrinə girmək onların arasında çox ciddi
hesablaşma və kredit formalarının yaranması ilə müşayiət olunur. Bundan başqa
bazar münasibətləri inkişaf etdikcə rəqabət də güclənəcək. Belə bir şəraitdə
işləmək üçün investisiyalara söykənmək lazım gəlir. Bu da özlüyündə çox ciddi
hesablaşmalarla və öhdəliklərlə, xüsusən də müəyyən risklə bağlıdır. Sahibkarlıq
şəraitində istehsalat-iqtisadi vəzifələr həll olunan zaman maliyyə nəticələrini
yaxşılaşdırmaq üçün biznes mexanizminə əsaslanmaq ön plana çəkilməlidir.
Bizim Respublikamızda
formalaşan bazar
münasibətləri bir çox
hallarda biznesin maliyyə nəticələrinə, müəssisə və firmaların özünü
maliyyələşdirməsinə əsaslanır. Özünü maliyyələşdirmənin motivli əhəmiyyəti çox
böyük xarici təcrübə ilə təsdiq olunur. Bunun üçün ilk növbədə işgüzar fəallıq,
təmiz mənfəət, rentabellik, likvidlik ünsürləri və antiböhran fəallıı və s. kimi
bloklar kifayət qədər güclü olmalıdır. Sadaladıımız bloklar və ünsürlər bir çox
hallarda kapital qoyuluşlarının maliyyələşməsi prosesində hesablaşma və kredit
əməliyyatları ilə əlaqədar məsələlərə son dərəcə ciddi yanaşmaq lazım gəlir.
Dostları ilə paylaş: