6
olunması və mövcud uçot prinsiplərinin maliyyə hesabatlarının beynəlxalq
standartlarına uyğunlaşdırılması imkanları və iki sistem arasındakı mövcud
fərqləri aşkara çıxarmaq dissertasiya işinin başlıca məqsədi hesab olunur. Bu
məqsədi əsas götürülən dissertasiya işində aşaıdakı
məsələlər kompleks şəkildə
araşdırılmış və onların həlli yolları göstərilmişdir:
-
Hesablaşmaların müxtəlif növlərinin və kredit əməliyyatlarının uçotunun
ümumi metodoloji prinsiplərini açıqlanması;
-
Ölkə və xarici təcrübənin ümumiləşdirilməsi əsasında müxtəlif debitor və
kreditorlarla hesablaşmaların mahiyyətinin müəyyənləşdirilməsi;
-
Hesablaşmaların, kreditlərin və borcların ən mühüm növlərinin şərh
olunması və respublikanın uçot praktikasında
onlardan istifadənin
zəruriliyinin əsaslandırılması;
-
Beynəlxalq maliyyə standartları əsasında debitor və kreditorlarla
hesablaşmaların uçotunun təkmilləşdirilməsi
və müvafiq tövsiyyələrin
hazırlanması.
Tədqiqatın predmeti və obyekti.
Tədqiqatın predmeti dedikdə, hesablaşma
əməliyyatlarının uçotunun xüsusiyyətləri, onların nəzəri, metodoloji və konseptual
əsasları, uçotun təkmilləşdirilməsi və s. müxtəlif müəssisələrin məlumatlarından və
şərti rəqəmlərdən istifadə edilmişdir.
Dissertasiya işinin nəzəri və metodoloji əsası.
İşin nəzəri və metodoloji
əsasını hesablaşmalar əməliyyatlarının uçotuna dair respublika və xarici ölkələrin
alimlərinin əsaslı tədqiqatları, uçota, auditə, iqtisadi
təhlilə və vergiyə dair
normativ-hüquqi sənədlər təşkil edir.
Dissertasiya işinin istifadə bazası.
İşin informasiya bazasını Respublika
Nazirlər Kabinetinin qərarları, Azərbaycan Respublikası
Maliyyə Nazirliyinin,
Azərbaycan Respublikası Mərkəzi Bankının, Dövlət Statistika Komitəsinin,
Vergilər Nazirliyinin, Gömrük Komitəsinin və s. sərəncamları və göstərişləri təşkil
edir. Eyni zamanda işin yerinə yetirilməsində dünya praktikasında
geniş istifadə
7
olunan standartlardan, Direktivlərdən, uçota dair konfransların və simpoziumların
materiallarından da istifadə edilmişdir.
Dostları ilə paylaş: