8
I FƏSİL. HESABLAŞMA ƏMƏLIYYATLARININ UÇOTU TƏŞKILI
METODIKASI
1.1. Müasir şəraitdə hesablaşma əməliyyatlarının mahiyyəti və onların uçotu
qarşısında duran vəzifələr.
Hesablaşmalar dedikdə, istehsal, satış və təchizatla əlaqədar öhdəliklərin
yerinə yetirilməsi prosesində müxtəlif hüquqi və fiziki şəxslər arasında baş verən
pul münasibətləri sistemi başa düşülür.
Müəssisələrin müvəqqəti sərbəst pul vəsaiti onların bankda olan hesablaşma
və digər hesablarında saxlanılır. Hesablaşmalar təsərrüfat hesabına,
müqavilələrin
ciddi yerinə yetirilməsinə, habelə maliyyə və kredit intizamına riayət olunmasına
əsaslanır. Hesablaşma hesabları təsərrüfat hesablı, müstəqil balansa malik olan
özünəməxsus dövriyyə vəsaiti ilə təmin edilən müəssisələr üçün açılır. Azərbaycan
Respublikasının bankı ölkənin kredit hesablaşma mərkəzidir. O, müəssisələrin
bütün müvəqqəti azad pul vəsaitini özünün tabeliyində olan bank şöbələrində
cəmləşdirir. Qısa müddətli və uzunmüddətli kredit əməliyyatlarının həyata
keçirilməsini özünün nəzarəti altında saxlayır.
Müəssisələr arasında nağdsız hesablaşmaları təşkil edir. Hesablaşmaların
əsas forması sayılan ödəmələri, Milli bank tərəfindən nağdsız köçürmələr yolu ilə
həyata keçirməyi nizama salır.
Hesablaşmaların bu formasının köməyi ilə nəinki satış təşkilatlarından
daxil olmuş mal-material sərvətlərinin qiymətinin ödənilməsi, yaxud alıcı
təşkilatlarla göndərilmiş və yaxud yola salınan məhsulların
dəyərinin ödənilməsi,
həmçinin yerinə yetirilmiş iş və xidmətlərə görə büdcəyə ödəmələr, müxtəlif
debitor kreditorlarla hesablaşmalar, həmkarlar təşkilatı, büdcədənkənar fondlar
sığortaya ayırmaları üzrə də hesablaşmalar aparılır. Bizim ölkəmizdə pul
dövriyyəsi nağd pul və nağdsız pul hesablaşmaları formasında həyata keçirilir.
Müəssisə və təşkilatlarla fəhlə və qulluqçular arasında hesablaşmaların nağd pul
9
formasından istifadə edilir. Nağd hesablaşmalar sferası bir tərəfdən müəssisə, idarə
və
təşkilatlar, digər tərəfdən isə əhali arasındakı münasibətləri özündə birləşdirir.
Müəssisələr arasında yalnız xırda tədiyyələr üzrə nağd pul haqq hesabı tətbiq
edilir.
Nağdsız hesablaşmalar forması son dövrlərdə daha geniş tətbiq edilir.
Müəssisə və təşkilatlar arasında pul hesablaşmaları pul məbləğlərinin banklar
tərəfindən hesab sahiblərinin tapşırıı ilə bir müəssisə və təşkilatın hesabından
başqasına köçürmək yolu ilə həyata keçirilir. Nağdsız hesablaşmalar sayəsində
respublika iqtisadiyyatında tədavül üçün lazım olan nağd pul vəsaitinin qədəri
azalır. Pul vəsaitinin və bütün daxili məhsulun dövriyyəsi sürətlənir.
Nağdsız hesablaşmalardan müəssisələrin təsərrüfat fəaliyyəti üzərindən və
müqavilə təəhhüdlərinin yerinə yetirilməsi üzərində nəzarət üçün istifadə edilir.
Müəssisə və təşkilatlar öz aralarındakı, habelə vergi. Maliyyə və digər orqanlarla
yuxarı təşkilatlarla və maliyyə - kredit sistemi ilə qarşılıqlı münasibətləri nağdsız
hesablaşmalar yolu ilə həyata keçirir. Hesablaşmaların hər iki sferası
bir-biri ilə
bağlıdır.
Nağd pulla və nağdsız hesablaşmalar arasındakı qarşılıqlı əlaqə bazar
münasibətlərinin ən mühüm atributlarından birisi sayılır.
Vəsaitin hesablaşma, valyuta və sair hesablara daxil olması və həmin
hesablardan xərclənməsi üzrə əməliyyat, pulların daxil olmasına dair elanlar,
hesabnamə - tədiyə tələbnamələri, çeklər, tədiyə tapşırıqları
Respublika Milli
Bankı tərəfindən nəzərdə tutulmuş müxtəlif sənədlər vasitəsilə rəsmiyyətə salınır.
Hesablaşmaların öz vaxtında aparılması bazar iqtisadiyyatının ən mühüm
şərtlərindən biri olub, bütün pul dövriyyəsinin nə dərəcədə plana uyğun
aparılmasının xarakterizə edir. Azərbaycan Respublikasında pul dövriyyəsinin
təşkili aşaıdakı prinsiplərlə əsaslanır:
Bütün dövlət, kommersiya və ictimai müəssisələr, birliklər, təşkilatlar,
şirkətlər, cəmiyyətlər və i.a. öz pul vəsaitlərini
bankda olan hesablaşma
hesablarında saxlamalıdırlar. Müəssisə və təşkilatlara yalnız təcili ehtiyaclara
10
vermək üçün ciddi müəyyən edilmiş məbləğdə və yaxud pul vəsaitinin kassada
saxlamağa icazə verilir.
Müəssisə və təşkilatlar bir-biri ilə eləcə də, maliyyə vergi və bank sistemi,
yuxarı təşkilatlarla hesablaşmaları məcburi surətdə müvafiq hesablar vasitəsilə
bank köçürmələri yolu ilə həyata keçirilir. Hesablaşmalar mülkiyyət formasından
asılı olmayaraq bütün müəssisələri əhatə edir.
Müəssisələr arasındakı hesablaşmalar daima dövlət və kommersiya
blanklarının nəzarəti altında həyata keçirilir. Onların arasında baş verən mübahisəli
məsələləri Milli Bank araşdırır, onların birini digərinin xeyrinə cərimələsyir.
Yaxud da hesablaşmadan kənar edir. Hesablaşmalar dövlət və özəl müəssisələrinin
fəaliyyətini əhatə etməklə bərabər vahid hesablaşma formalarında öz ödənişlərini
həyata keçirirlər.
Milli Bank vasitəsilə eyni şəhərdaxili və digər şəhərlərarası hesablaşmaların
müxtəlif qaydada həyata keçirilməsi müəyyən edilmişdir. Bir və
ya müxtəlif bank
müəssisəsi ilə xidmət göstərən, lakin bir yaşayış məntəqəsində olan müəssisələr
arasındakı hesablaşmalar eyni şəhərdaxili dövriyyələr üzrə hesablaşmalar adlanır.
Müxtəlif yaşayış məntəqələrində yerləşən, bank müəssisələri tərəfindən
xidmət göstərən müəssisələr arasındakı hesablaşmalar isə özgə şəhərli dövriyyələr
üzrə hesablaşmalar adlanır.
Dostları ilə paylaş: