Əlyazmasi hüququnda tağizadə KƏnan şAHİn oğLU



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə14/34
tarix30.08.2023
ölçüsü0,78 Mb.
#141036
1   ...   10   11   12   13   14   15   16   17   ...   34
Taqizade Kenan

Elektron terminal
dedikdə
, bank kartlarından istifadə etməklə baş verən 
əməliyyatlar üçün nəzərdə tutulan elektron proqram-texniki qurğular başa düşülür. 
Elektron jurnal dedikdə bank kartlarından istifadə etməklə tərtib olunan elektron 
formasında sənədlərin məcmusu başa düşülür. 
Bankomat dedikdə
, bank kartlarından istifadə etməklə nağd pulların 
verilməsi və qəbulu nəzərdə tutulan elektron proqram-texniki kompleks başa 
düşülür. Qüvvədə olan qanunvericiliyə görə korporativ kartlardan hüquqi şəxslər 
aşaıdakı məqsədlər üçün istifadə edə bilər: 
1)
Respublikanın ərazisində (milli valyuta ilə) təsərrüfat fəaliyyətinin həyata 
keçirmək üçün nağd pul vəsaitinin əldə olunması; 
2)
Respublikanın ərazisində əsas fəaliyyətlə əlaqədar əməliyyatları həyata 
keçirmək üçün nağdsız əməliyyatlar; 


28 
3)
Respublikanın ərazisində (milli valyuta ilə), onun hüdudlarından
kənarda (xarici valyuta ilə) nümayəndəlik xarakterli xərclərin nağdsız 
ödənişi; 
4)
Müəssisə İşçilərinin respublika ərazisində (milli valyuta ilə), onun 
hüdudlarından kənarda (xarici valyuta ilə) ezamiyyə ilə əlaqədar 
xərclərin nağdsız ödənişi; 
5)
Ezamiyyə ilə əlaqədar xərclərin ödənməsi üçün nağd xarici valyutanın 
Azərbaycan hüdudlarından kənarda əldə olunması. 
Plastik kartlardan istifadə etməklə yuxarıda sadaladıımız əməliyyatlar 
təhtəlhesab şəxslər vasitəsilə həyata keçirilir. Plastik kartlardan istifadə etməklə 
əməliyyatlar və kaız daşıyıcılarında, ya da elektron jurnalda sənədlərin məcburi 
qaydada tərtibinə nəzərdə tutur. 
Plastik kartlar əsasında nağd pulların verildiyi məntəqələrdə tərtib
olunan elektron terminalın və yaxud qəbzində aşaıdakı məcburi rekvizitlər 
olmalıdır: 
-
nağd pul vəsaitlərinin verilməsi məntəqəsinin identifikatoru; 
-
əməliyyatın baş verdiyi tarix; 
-
valyuta ilə əməliyyatların məbləği; 
-
əməliyyatın baş verməsinə görə ekvayrer komissiyasının məbləği; 
-
təhlükəsizlik qaydaları ilə yol verilən plastik kartlardakı rekvizitlər; 
-
kartı saxlayanın imzası, kassirin imzası. 
Kart hesablarında olan pul vəsaitlərinin mövcudluğu və hərəkəti haqda 
informasiyaları ümumiləşdirmək üçün 223 “Bank hesablaşma hesabları” hesabının 
tərkibində aşaıdakı subhesablar açıla bilər: 
“Debet korporativ kartlar” 
“Kredit korporativ kartlar” 
Kart ilə ödənilən mallarının daxil olması sərvətlərin müxtəlif növləri uçota 
alınan hesabların debetinə yazılır. Korporativ debet kartları ilə hesablaşmaların 
uçotu sxemi aşaıdakı cədvəldə verilmişdir.


29 

Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin