25
hesablaşmalar üçün limitləşdirilmiş çek kitabçalarından istifadə edilir. Bu çek
kitabçalarının etibar müddəti 1 il olur.
Limitləşdirilməmiş çek kitabçalarından aşaıdakı hesablaşmalar həyata
keçirilir. Əgər alıcı desentrilizasiya edilmiş hesablaşmaların iştirakçısıdırsa və ya
xüsusi ssuda hesabından kreditləşərsə mallara və xidmətlərə görə hesablaşma
həyata keçirilir.
Nəqliyyat təşkilatları ilə yüklənmiş və daxil olmuş yüklərə xidmətlərə və
xidmətlərə və tarifə görə, Rabitə Nazirliyinin müəssisəsi ilə poçt bağlamalrının
daşınmasına görə limitləşdirilməmiş çek kitabçaları bank tərəfindən zavodun
hesablaşma hesabından deponentləşdirildikdən sonra verilir. Onları bankda xüsusi
hesabı olan və ya bankda mərkəzləşdirilməmiş hesablaşma üzrə hesabı olan
müəssisələr alır. Mal satanlara hesab faktlarının və ya onları əvəz edən əmtəə
sənədlərinin limitləşdirilməmiş çek kitabçalarından ödənilməsi ödəyicinin
balansında adi qeydlə əks etdirilir.
Dostları ilə paylaş: