Əlyazmasi hüququnda tağizadə KƏnan şAHİn oğLU


Rabitə şöbələri vasitəsi ilə hesablaşmalar forması



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə10/34
tarix30.08.2023
ölçüsü0,78 Mb.
#141036
1   ...   6   7   8   9   10   11   12   13   ...   34
Taqizade Kenan

Rabitə şöbələri vasitəsi ilə hesablaşmalar forması. 
Gələcəkdə əhalinin istirahətini yaxşılaşdırmaq üçün radio-televiziya
nəqliyyat xidmətlərini daha da yaxşılaşdırmaq dövlətin qarşıya qoyduğu ən 
mühüm vəzifələrdən biridir. 
Məlumdur ki, son illərdə əhalinin mədəni istirahətinin təşkilində rabitənin 
xidməti çox böyükdür. Digər tərəfdən müxtəlif müəssisələrin idarə olunmasında 
bir müəssisə ilə digərlərinin habelə baş idarələrin, inzibati orqanların, nazirliklərin 
bir başa telefon və teleqraf əlaqələri rabitənin xidməti hesabına həyata keçirilir. 
Sonra müəssisələrlə mal göndərişi, müxtəlif barataları, qiymətli məktubların 
göndərilməsi və xidməti rabitənin xidməti sayəsində həyata keçirilir. Ona görə də 
rabitə orqanları yerinə yetirdikləri xidmətlərin həcminə görə müxtəlif müəssisələrlə 
hesablaşmalı olurlar. Həmin hesablaşmaların bir qismi nağd qaydada həyata 
keçirilir. Bir qismi isə nağdsız qaydada həyata keçirilir. Bu elə hesablaşmanın 
tərkibində nağdsız hesablaşmalar daha çox böyük xüsusi çəkiyə malikdir. 


20 
Rabitə şöbələri vasitəsi ilə müəssisə nağd yolla hesablaşdıqda göndərilmiş 
məktub, banderol, barat və s. rabitə şöbəsində xüsusi olaraq qarşılaşdırılıb 
bağlandıqdan sonra surğuclanır və markalanır. Bu xidmətə görə rabitə şöbəsində 
göndərilmiş (məktub, barat, banderol) və edilmiş xidmətlərin dəyəri preyskuranta 
əsasən ödənilir. 
Ödənilmiş xərc üçün poçt-rabitə İşçisi tərəfindən qəbz yazılır. Qəbzdə 
göndərilmiş baratanın nömrəsi, tarixi və ödənilməmiş nağd pulun dəyəri qeyd 
edilir. Belə göndərişlər bəzən təcili, bəzən də hər iki başa ödənişlə, bəzə də avia, 
sadə və telefonla, teleqramla həyata keçirilir. Bu ödənişlərin hamısı qəbzlə, 
rəsmiyyətə salınmaqla nağd hesablaşmalara aid edilir. 
Nağdsız ödənişlər isə müəssisə, daima rabitə şöbələri ilə əlaqədə olduğuna 
görə onların xidmətlərindən arası kəsilmədən istifadə edirlər. Həmin
xidmətlərin bəzisi limitli çeklə ödənilir. Telefon xidmətinə görə rabitə şöbəsi hər 
ay müəssisəyə hesabnamə göndərir. Müəssisə isə planlı ödəniş qaydasında
onun xidmətinin dəyərini ödəyir. Digər halda telefon, teleqraf, teletayp 
xidmətlərinə görə hesabnamənin dəyəri ya əhali tərəfindən ya da müəssisə 
tərəfindən ödənilmədikdə, gecikdirildikdə müəssisə müvafiq surətdə cərimə 
olunur. 
Deməli, müəssisə və təşkilatlar rabitə idarələri ilə nağd və nağdsız qaydada, 
limitli çeklərlə, qarşılıqlı ödəniş qaydası ilə ödəniş hesablaşma qaydası ilə 
hesablaşırlar. 

Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin