Əlyazmasi hüququnda tağizadə KƏnan şAHİn oğLU


 Valyuta hesabları üzrə əməliyyatların uçotu xüsusiyyətləri



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə18/34
tarix30.08.2023
ölçüsü0,78 Mb.
#141036
1   ...   14   15   16   17   18   19   20   21   ...   34
Taqizade Kenan

1.4. Valyuta hesabları üzrə əməliyyatların uçotu xüsusiyyətləri 
Əgər müəssisə xarici iqtisadi əlaqələrin iştirakçısı kimi qeydiyyatdan 
keçirilmişdirsə, onda o, xarici sərbəst dönərli valyuta hesablaşma hesabı açır. 
Bunun üçün müvəkkil banka aşaıdakı sənədlər təqdim edilməlidir. Nizamnamənin, 
təsis müqaviləsinin, qeydiyyat kartoçkalarının notarial qaydada təsdiq olunmuş 
nüsxələrin; imzaların və müəssisə möhürünün nümunələri olan kartoçka, 
vergi ödəyən kimi qeydiyyatdan keçmə barədə vergi müfəttişliyindən arayış, xarici 
iqtisadi əlaqələrin iştirakçısı sənədinin sürəti valyuta hesabı bankda hüquqi şəxslər 
üçün valyuta növləri üzrə 070 saylı balans hesabında açılır. 
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 
valyuta tənzimlənməsinin liberallaşdırılması haqqında” 28 fevral 1995-ci il tarixli 
287 saylı fərmanının 2-ci bəndinin icrası üçün AR Mərkəzi Bankının “Azərbaycan 
Respublikasının rezidentləri tərəfindən xarici valyuta əməliyyatlarının aparılması 
qaydası”na (Mərkəzi Bankın 9 mart 1995-ci il tarixli 14 saylı məktubu) və Mərkəzi 
Bankın 26 fevral 1996-cı il tarixli 05/409 saylı məktubu ilə ona edilən 
dəyişikliklərə müvafiq olaraq 1 mart 1996-cı ildən etibarən mülkiyyət formasından 
və fəaliyyət növündən asılı olmayaraq müəssisələr üçün valyuta gəlirlərinin 50 % 
həcmində məcburi satış limiti müəyyən edilmişdir. Rezidentlərin valyuta gəlirləri 
istər Azərbaycan Respublikası ərazisində, istərsə də onun hüdudlarından kənarda 
məhsul (iş, xidmət) satışından və ixracından xarici valyuta ilə mədaxilləri (bu 


36 
gəlirlərin alınması ilə əlaqədar xarici valyuta ilə xərclər çıxılmaqla) hesab olunur. 
İxracatçıların valyuta mədaxilindən yükləmə-boşaltma işlərinə, malların nəql 
edilməsinə, saxlanılmasına və sığortasına xarici valyuta ilə çəkilən xərclər çıxılır. 
Rezidentlərin ünvanına köçürülmüş təmənnasız yardım, habelə kredit 
şəklində daxil olmuş valyuta vəsaitləri müəssisənin valyuta gəlirləri hesab 
olunmur. 
Valyuta mədaxillərinin müəssisənin valyuta hesabına daxil olması haqqında 
müvəkkil bank müəssisəyə 2 iş günü müddətində xəbər verir və ona valyuta 
hesabından çıxarış təqdim edir. Müvəkkil bankdan bu məlumatı aldıqdan sonra 10 
iş günü müddətində müəssisə valyutanın satışı haqqında banka sifariş verir. Burada 
satışa çıxarılan valyutanın məbləği, müəssisənin manat hesabının rekvizitləri və 
digər tələb olunan məlumatlar göstərilir.
Əgər müəssisə göstərilən müddətdə sifariş verməmişdirsə, onda müvəkkil 
bank sonrakı 3 iş günü müddətində akseptaz qaydada valyuta mədaxillərinin
50 %-ni valyuta birjasının növbəti hərracına çıxarır. Əgər bir müqaviləyə
müvafiq olaraq müəssisənin valyuta gəlirlərinin məcburi satışından azad olunurlar. 
Məcburi satışdan sonra qalan xarici valyuta müəssisənin sərəncamına keçir. 
Valyuta birjalarında hərraca çıxarılmış, lakin tələbatın olmamasından üç birja 
sessiyası ərzində satılmamış valyuta vəsaitləri müəssisənin cari valyuta hesabına 
köçürülür.
Mərkəzi Bankın 20 iyun 1996-cı il tarixli 05/950 saylı məktubuna müvafiq 
olaraq 1 iyul 1996-cı ildən etibarən dövlət büdcəsi və sosial müdafiə fondu 
qarşısında öz öhdəliklərini vaxtlı-vaxtında yerinə yetirən müəssisələr valyuta 
mədaxillərinin 50 %-nin Bakı banklar arası valyuta birjasında məcburi satışından 
azad olunurlar.
Xarici valyutanın uçotu üçün mühasibat uçotunun hesablar planında 223 
“Bank hesablaşma hesabları” nəzərdə tutulmuşdur. Bu aktiv, sintetik balans 
hesabında valyuta vəsaitlə invalyut manat, yəni mövcud məzənnə üzrə manat 
ifadəsində uçota alınır. Xarici valyutanın analitik uçotu isə hər bir valyuta növü 


37 
üzrə ayrıca aparılır. Bu cür xarici valyutada açılan analitik hesablara 
müxabirləşmələr tərtib edilmir.
Müəssisə üçün eyni zamanda 2 valyuta hesabı açırlar: 
Tranzit (223 – 1-ci subhesabı) və cari (223 – 2-cu subhesab). Onlar paralel olaraq 
aparılır. Qeyri-rezidentlərdən daxil olan valyuta mədaxilləri əvvəlcə tranzit valyuta 
hesabına köçürülür. 
Valyuta mədaxilinin 50 %-nin məcburi satışından sonra qalan 50 % cari 
valyuta hesabına köçürülür məhsul, mal və xidmət satışına görə rezidentlərdən 
daxil olan valyuta ümumi qayda üzrə cari valyuta hesabına köçürülür. 
Valyuta hesabının açılmasına və onda əməliyyatların həyata keçirilməsinə 
görə müvəkkil banklar komisyon rüsumları tuturlar ki, müəssisələr də bu 
məbləğləri istehsal və ya tədavül xərclərinə aid edirlər (debet 721 “İnzibati 
xərclər”, 711 “Kommersiya xərcləri”, kredit 223-2). 
Valyuta hesablarında yazılışlar ödənişi valyutası (ABŞ dolları, alman 
markası və s.) və valyuta hesabına vəsaitin daxil olması və ya silinməsi tarixinə 
AR Milli Bankının qüvvədə olan rəsmi məzənnəsi üzrə onun manat ekvivalentində 
həyata keçirilir. Valyuta hesabları və xarici valyuta ilə əməliyyatlar üzrə məzənnə 
fərqləri Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 20 oktyabr 1995-ci il tarixli 
16-3/36, İqtisadiyyat Nazirliyinin 6 noyabr 1995-ci il tarixli 04/1-158, Baş Dövlət 
Vergi Müfəttişliyinin 5 noyabr 1995-ci il tarixli 04-05/309 və Dövlət Statistika 
Komitəsinin 24 oktyabr 1993-ci il tarixli 8-71 saylı izahat məktubu ilə hazırlanmış 
“Müəssisələrdə xarici valyuta vəsaitlərinin məzənnə fərqinin mühasibat uçotunda 
əks etdirilməsi qaydaları” əsasında göstərilir. 
223 saylı hesabın debetində mədaxilin növündən asılı olaraq müxtəlif 
hesabların kreditilə müxabirləşmədə valyuta ödənişlərinin daxil olması, kreditində 
isə ödənişin növündən asılı olaraq müxtəlif hesabların debetinə müxabirləşmədə 
valyuta vəsaitlərinin silinməsi qeyd olunur.
Müəssisənin xarici valyutasının satışı 48 “Sair aktivlərin satışı” hesabında 
əks etdirilir. Bu hesabın debetində satılmış xarici valyutanın balans dəyəri (kredit 


38 
223 və ya 222 “Yolda olan köçürmələr”) və bu satışla əlaqədar çəkilmiş xərclər, 
kreditində isə satılmış xarici valyutaya görə müəssisənin aldıı manat örtüyü 
göstərilir. Bank tərəfindən satılmalı olan xarici valyutanın balans dəyəri əvvəlcə 
müəssisənin sərəncamına müvafiq olaraq yolda olan məbləğ kimi əks etdirilir 
(debet 222, kredit 223), manat ekvivalenti hesablaşma hesabına daxil olduqda 
(debet 223, kredit 601), 222 bir hesabda uçota alınan bu valyutanın dəyəri silinir 
(debet 601, kredit 222). 
Xarici valyutanın satın alınması zamanı onun dəyəri daxil olma anına Milli 
Bankın məzənnəsi üzrə xarici valyutanın çevrilməsi yolu ilə müəyyən edilmiş 
məbləğdə cari valyuta hesabına köçürülür (debet 223-2, kredit 223-1). Xarici 
valyutanın alış məzənnəsinin Milli Bankın məzənnəsindən artıq olan hissəsi 
müəssisənin əməliyyat xərcləri kimi əks etdirilir (debet 801, kredit 223).
Müəssisə hər ayın son gününə qüvvədə olan Milli Bankın rəsmi məzənnəsi 
üzrə valyuta hesabları üzrə qalıqları yenidən qiymətləndirir. Bu zaman müsbət 
məzənnə fərqləri əməliyyat gəlirləri kimi (debet 223, kredit 442 “Gələcək dövrün 
gəlirləri”) mənfi fərqlər isə əməliyyat xərcləri kimi (debet 801, kredit 223) 
göstərilir. 

Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin