Əlyazmasi hüququnda tağizadə KƏnan şAHİn oğLU



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə16/34
tarix30.08.2023
ölçüsü0,78 Mb.
#141036
1   ...   12   13   14   15   16   17   18   19   ...   34
Taqizade Kenan

Cədvəl 1.3. 
Malların kart ilə satışının uçotu 
Əməliyyatların adı
 
Əks olunan 
kəmiyyət
 
Debet
 
Kredit
 
Ödəniş üçün plastik 
kart qəbul olunmaqla 
mal satılmışdır
Slipə uyğun 
olaraq məbləğ
222 “Yolda olan 
köçürmələr”
601 № li “Satış”
Satılan məhsullar
Uçot 
qiymətlərin
601 № li “Satış”
205 № li “Mallar”
Satılan məhsullara 
görə ödəniş daxil 
olmuşdur
Slipə uyğun 
olaraq məbləğ
 
223 “Bank 
hesablaşma 
hesabı”
222 “Yolda olan 
köçürmələr”


31 
1.3. Bank hesablaşma hesabında olan pul vəsaitlərinin uçotu. 
Azərbaycan Respublikası Mərkəzi Bankının 27 iyun 1995-ci il tarixli 03-
18/237 saylı məktubuna müvafiq olaraq bütün hüquqi şəxslər və hüquqi şəxs 
yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün hesablaşma 
hesabı açılır. Bunun üçün müvəkkil banka aşaıdakı sənədlər təqdim olunmalıdır. 
1.
Hesabın açılması barədə ərizə; 
2.
Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunmuş müəssisənin və təşkilatın 
nizamnaməsinin (əsasnaməsinin birinci nüsxəsi); 
3.
Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq haqqında lisenziyanın əsli; 
4.
Dövlət 
vergi 
müfəttişliyi 
orqanlarında 
qeydiyyat 
haqqında 
şəhadətnamənin birinci nüsxəsi; 
5.
Notarial qaydada təsdiq olunmuş imzaların nümunələri. 
Bank müəssisənin hesablaşma hesabına xüsusi nömrə təhkim edir. Hüquqi 
sənədlər banka təhvil verildikdən sonra bankın rəhbəri və ya baş mühasibi 
müəssisənin nizamnaməsini / əsasnaməsinin / üzərində tarixi və hesaba təhkim 
olunan nömrəni göstərməklə imza edir və bu bankın möhürü ilə təsdiqlənir. 
Bankda hüquqi şəxslər üçün hesablaşma hesabı 644 saylı balans hesabında açılır. 
Bu hesabda sərbəst pul vəsaitləri, satılmış məhsullara, görülmüş iş və göstərilmiş 
xidmətlərə görə mədaxillər, bankdan alınmış qısa və uzunmüddətli ssudalar və 
digər mədaxillər cəmlənir. 
Azərbaycan Respublikası Mərkəzi Bankının 21 iyun 1996-cı il tarixli 03-
10/184 saylı məktubuna müvafiq olaraq, müəssisələrin nağd pulla həyata
keçirdikləri təsərrüfat əməliyyatlarının həcminə qoyulan məhdudiyyətlər ləğv 
edilmişdir. Buna baxmayaraq, hesablaşma hesabından müəssisənin demək olar ki, 
bütün ödənişləri, o cümlədən materiallara görə malsatanlara ödənişlər,
büdcəyə, sosial sığorta orqanlarına borcların ödənilməsi, müvafiq məqsədlər
üçün kassaya nağd pulun alınması və s. həyata keçirilir. Bu hesabdan pulun 
verilməsi, habelə nağdsız köçürmələr, bir qayda olaraq, hesablaşma hesabının 


32 
sahibi olan müəssisənin əmri əsasında və ya onun razılıı (aksepti) ilə həyata 
keçirilir. 
Xüsusi hallarda bank digər təşkilatların sənədlərin əsasında hesablaşma 
hesabından pul vəsaitlərinin məcburi silinməsini həyata keçirir. Məsələn, maliyyə 
orqanlarının əmrinə əsasən vaxtı ötmüş vergi və rüsum məbləğləri, icra vərəqləri, 
dövlət orbitrajının qərarları əsasında məqbul edilmiş İddia məbləğləri və i.a 
köçürülür. Bundan başqa bank müəssisənin hesablaşma hesabından onun razılıı 
olmadan öz təşəbbüsü ilə pul vəsaitlərini silə bilər (Məsələn, ssudalardan istifadəyə 
görə faizlər, vaxtı ötmüş ssudalar üzrə məbləğlər, bankın öz xidmətlərinə görə 
məbləğlər). 
Mərkəzi Bankın 27 iyun 1996-cı il tarixli məktubuna müvafiq olaraq, dövlət 
büdcəsi və sosial müdafiə fondu qarşısındakı öhdəlikləri vaxtlı vaxtında yerinə 
yetirən müəssisələrin istər manat, istərsə də xarici valyuta ilə banklarda açdıı 
hesablaşma hesablarının sayına qoyulan məhdudiyyət ləğv edilmişdir. 
Mərkəzi Bankın 29 iyun 1996-cı il tarixli 11-04/208 saylı məktubuna əsasən 
1 iyun 1996-cı il tarixdən dövlət büdcəsinə və Dövlət Sosial Müdafiə
Fonduna köçürmələrdən başqa 2 saylı kartotekaya ödəniş sənədlərinin qəbulu 
həyata keçirilmir. Göstərilən tarixdən ödənişlərin aşaıdakı təqvim ardıcıllıı 
müəyyən edilir: İlk növbədə əmək haqqı və ona bərabər tutulan ödənişlər,
sonra büdcə və sosial müdafiə fondu qarşısında olan öhdəliklərin ödənilməsi 
həyata keçirilməlidir. Bundan sonra isə hesablaşma hesabından bütün digər 
ödənişlər təqvim ardıcıllıı ilə, yəni onların banka daxil olması qaydasında həyata 
keçirilir.
Pul vəsaitlərinin qəbulu və verilməsi və ya nağdsız qaydada köçürülməsi 
bank vasitəsilə onun özü tərəfindən təsdiq edilmiş xüsusi sənəd formalarına əsasən 
həyata keçirilir. Onlardan ən geniş yayılanları aşaıdakılardır: nağd pulun banka 
təhvil verilməsi üçün elan, pul çeki, ödəmə tapşırıı, hesablaşma çeki, ödəmə 
tələbnaməsi. 


33 
Nağd pulu banka təhvil vermək üçün xüsusi formada elan forması 
doldurulur. Pulun alınmasının təsdiqi kimi bank tədiyyəçiyə qəbz verir ki, o da 
təsdiqedici sənəd hesab olunur. 
Pul çeki müəssisənin banka özünün hesablaşma hesabından çekdə göstərilən 
məbləğdə nağd pul verilməsi haqqında əmridir. Ödəmə tapşırıq müəssisənin бanka 
onun hesablaşma hesabından müvafiq məbləğin, pulu alanın hesabına köçürülməsi 
barədə verdiyi tapşırıqdır. Pulu alan malsatanlar, yuxarı təşkilatlar, maliyyə 
orqanları, sığorta və digər təşkilatlar ola bilər. Ödəmə tapşırıı, pulu alaraq təşkilatın 
hesabının hansı bankda olmasından asılı olaraq müvafiq miqdar nüsxədə yazılır. 
Eyni vaxtda bankda olmasından asılı olaraq müvafiq miqdar nüsxədə yazılır. Eyni 
vaxtda bir neçə köçürmənin həyata keçirilməsi tələb olunduğu hallarda xüsusi 
icmal ödəmə tapşırıı forması tətbiq oluna bilər. İcmal tapşırıq bir bank şöbəsi 
tərəfindən xidmət göstərilən bir neçə pul alan təşkilatlarla eyni vaxtda 
hesablaşmalar üçün tərtib olunur. İmzalar və möhür bir dəfə köçürmənin yekun 
məbləğinin altından qoyulur. 
Müəssisənin hesablaşma hesabından pul alan təşkilatın hesablaşma hesabına 
pul köçürülməsi üçün həmçinin hesablaşma çekləri də tətbiq oluna bilər ki, onlar 
da pul çeklərilə müqayisədə başqa formaya malikdir. 
Müəssisə mütəmadi olaraq (hər gün və ya bank tərəfindən müəyyən edilmiş 
müddətdə) bankdan hesablaşma hesabından çıxarış, yəni hesabat dövrü ərzində baş 
vermiş əməliyyatların siyahısını alır. Bank çıxarışına digər müəssisə və 
təşkilatlardan alınmış və əsasında vəsaitin daxil olması və ya silinməsi həyata
keçirilən sənədlər əlavə olunur. Çıxarış bank tərəfindən müəssisə üçün açılmış 
şəxsi hesabı ikinci nüsxəsidir. Müəssisənin pul vəsaitlərini saxlayaraq bank özünü 
müəssisənin borclusu hesab edir (bankın kreditor borcu). Odur ki, vəsaitlərin 
qalıını və hesablaşma hesabına mədaxilləri bu hesabın kreditinə öz borcunun 
azalmasını isə (vəsaitin köçürülməsi, silinməsi, nağd verilməsi) hesabın debetinə 
yazır. Çıxarışlarla işləyərkən mühasib bu xüsusiyyəti nəzərə almalı və vəsaitin 
qalıını və daxil olmasını hesablaşma hesabının debetinə silinməsini isə hesabın 


34 
kreditinə yazmalıdır. Bank çıxarışı hesablaşma hesabı üzrə analitik uçot 
registrlərini əvəz edir və eyni zamanda mühasibat yazılışları üçün əsas kimi çıxış 
edir. Çıxarışa əlavə edilmiş bütün sənədlər 

Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin