Əlyazmasi hüququnda tağizadə KƏnan şAHİn oğLU


Kreditlər üzrə bankla hesablaşmaların uçotu



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə24/34
tarix30.08.2023
ölçüsü0,78 Mb.
#141036
1   ...   20   21   22   23   24   25   26   27   ...   34
Taqizade Kenan

 
3.2. Kreditlər üzrə bankla hesablaşmaların uçotu. 
Müəssisə, bankdan aşaıdakı məqsədlər üçün kredit ala bilər:
-
xüsusi dövriyyə vəsaitlərinin çatışmayan hissəsinin tamamlanmasına; 
-
material – istehsalat ehtiyatlarının və digər sərvətlərin əldə olunmasına; 
-
aktivlər investisiya qoyuluşlarının həyata keçirilməsinə; 
-
əmək ödənişi üzrə İşçi heyətinə olan borcların ödənilməsinə. 


64 
Kredit almaq üçün təşkilat banka ərizə və yaxud zəmanət təqdim etməlidir. 
Bu sənədlərdə borc alan haqda əsas məlumatlar və kreditin xarakteristikası 
verilməlidir: kreditin məqsədli təyinatı; ölçüsü; növü; müddəti; mümkün təminatı, 
kreditləşən müəssisənin qısa xarakteristikası və onun həyata keçirilməsindən əldə 
olunan iqtisadi səmərə. Bankın irəli sürdüyü tələblərə uyğun olaraq zəmanətə 
kredit əməliyyatının xarakterindən asılı olaraq zəruri sənədlər əlavə olunur. 
Müxtəlif qrup müştərilər üçün müxtəlif sənədlərin paketləri işlənilib hazırlanıla 
bilər: 
-
təsis sənədlərinin, təlimatların, icarə müqavilələrinin, qeydiyyat vəsiqəsi 
patentlərin surəti; torpaq sahələrindən istifadə hüququnu təsdiq edən 
sənədin notarius tərəfindən təsdiq olunan surəti; müştərinin kredit almağa 
hüququnu təsdiq edən vətəndaşın pasportu, yaxud digər sənədi; 
-
son ayın 1-i tarixinə və son rübün axırına müştərinin balans maddələri üzrə 
analitik məlumatları; 
-
balansın müxtəlif maddələrinin açıqlanması; 
-
sövdələşmənin rentabellik səviyyəsini xarakterizə edən texniki-iqtisadi 
hesablaşmalar və ödəmə müddəti; 
-
sövdələşmələr üzrə kreditləşmə obyektlərinin əsaslılıını təsdiq etmək 
məqsədilə müqavilənin surəti (material dəyərlərinin göndərilməsi və 
satılmasına, mal-material qiymətlilərinin hesabnamələrinin surəti və i.a.); 
-
digər banklardan alınan kreditlər haqda, məlumat (hesablar üzrə çıxarışlar); 
-
borcalanın əmlakına mülkiyyət hüququnu təsdiq edən sənədlər (öhdəliyi 
təmin etmək məqsədilə girov kimi qoyulan); 
-
borcalanın kreditqabiliyyətini müəyyənləşdirmək üçün hesabat: əmək üzrə 
hesabat, maliyyə nəticələri və onlardan istifadə haqda hesabat kassanın 
dövriyyəsi haqda hesabat il ərzində əldə olunan faktik mənfəətdən vergi 
hesablanması; 
-
kreditin qaytarılması üzrə öhdəlikləri təmin edən sənədlər; 


65 
-
maliyyə hesabatları və digər sənədləri olmayan fəaliyyətə ilk dəfə başlayan 
müəssisələrə kredit verilirsə, onun biznes-planı; 
-
kommersiya sövdələşmələrinin səmərəliliyinin hesablanması; 
-
peniya fondundan arayış; 
-
kredit resurslarına tələbatın hesablanması;
-
kredit resurslarının qaytarılması müddətinin hesablanması. 
Zəruri hallarda bank, borcalan təşkilatdan kreditin qaytarılmasının təminatını 
təsdiq edən digər sənəd və məlumatları, həmçinin borcalanın ödəmə qabiliyyətini 
və zəmanətini də tələb edə bilər. Eyni zamanda bankla daimi kredit münasibətləri 
olan borcalanlar üçün kreditləşməyə görə təqdim olunan sənədlərin siyahısı bank 
tərəfindən ixtisar oluna bilər. 
Təqdim olunan sənədləri təhlil edərək, kredit şöbəsi kreditləşmə haqda müsbət 
qərar qəbul etdiyi halda müştəriyə ssuda hesabı açmaq üçün mühasibatlığa 
sərəncam verir. Bu sərəncama kredit müqaviləsi və girov müqaviləsi əlavə 
olunmalıdır. Ssuda hesabını açmaq üçün müəssisə bankın mühasibatlıına aşaıdakı 
sənədləri təqdim etməlidir: 
Müqavilə üzrə borcun ödənilməsi üçün tədiyyə tələbnaməsi üzrə borcalanın 
hesabından akseptsiz qaydada vəsaitin silinməsi haqda borc alanın bankına hüququ 
verilməsi haqda sərəncam yaxud sərəncamın surəti; 
-
əgər müəyyən vaxtda vəsait daxil olmazsa, onda akseptsiz qaydada 
müştərinin hesabından vəsaitin silinməsi üçün müştəriyə xidmət göstərən 
banka verilən tədiyyə tələbnaməsi-tapşırıı; 
-
ssuda hesabının açılması haqda vergi müfəttişliyindən arayış, habelə 
müqavilə üzrə müvafiq ödənişin vaxtı çatdıı halda borcalanın hesabından 
vəsaitin silinməsinə hüquq verən öhdəlik-tapşırıq.
Bankdan kredit alan təşkilat, əsas borcun qaytarılması üzrə bank
qarşısında meydana çıxan öhdəliklərin məbləğini uçot və hesabatda etibarlı
şəkildə əks etdirilməlidir. Eyni zamanda kreditdən istifadəyə görə faizlərin 
ödənilməsinə çəkilən xərclərin silinməsi mənbələrini də düzgün seçməlidir. 


66 
Alınmış kreditlər üzrə bankla hesablaşmaların uçotu üçün mühasibat 
uçotunun hesablar planında aşaıdakı hesablar nəzərdə tutulmuşdur: 
501“Qısamüddətli bank kreditləri” hesabı 
401 “Uzunmüddətli bank kreditləri” hesabı 
502 “İşçilər üçün qısamüddətli bank kreditləri” hesabı 
Bu hesablarda müvafiq qeydlər bankın çıxarışları əsasında həyata keçirilir. 
Alınan kreditlər üzrə hesablaşmaların vəziyyəti haqda informasiyalar 
ölkənin ərazisində və onun hüdudlarından kənarda olan banklarda Azərbaycan 
manatı və xarici valyuta ilə aparılır.
Qısamüddətli kreditlərin uçotu 501 saylı passiv hesabda əks etdirilir: 

Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin