60
III FƏSİL. KREDITLƏRIN VƏ BORCLARIN UÇOTU
XÜSUSIYYƏTLƏRI.
3.1. Kreditlər və borclar haqda anlayış, onların növləri və uçotu.
Müasir təsərrüfatçılıq şəraitində müəssisələrin normal fəaliyyəti borc
vəsaitləri (kreditlər və borclar) qaydasında əlavə vəsaitlərin müntəzəm surətdə cəlb
edilməsi olmadan qeydi-mümkündür.
Kredit (ssuda, borc) – müxtəlif hüquqi və fiziki şəxslər arasındakı iqtisadi
münasibətlər sistemidir. Kreditlər, pul və yaxud mal formasında qaytarmaq,
ödəmək, qaytarmaq şərtilə müvəqqəti istifadə etmək məqsədi daşıyır.
Müəssisələrin
bankla
kredit-hesablama
münasibətləri
könüllük
və
partnyorların qarşılıqlı maraqları əsasında qurulur.
Əgər, müəssisə hüquqi şəxs sayılırsa, müstəqil balansa və xüsusi dövriyyə
vəsaitlərinə malikdirsə, kredit almaq hüququ vardır. Kreditlərin verilməsi və
ödənilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir və kredit müqavilələri ilə
tənzimlənilir.
Kredit müqaviləsi – məqsədli təyinata malik sənəddir. Bu müqavilə kontraktın
konkret şərtlərinin icrası altında tərtib olunur.
Müqavilədə aşaıdakılar nəzərdə tutulur:
-
kreditləşmə obyektləri və kredit müddəti;
-
onun verilməsi şərtləri və qaydası, kreditin ödənilməsi;
-
öhdəliklərin təlimatı formaları (tapşırıq, müqavilə-zəmanət, qiymətli
kaızlar, mallar, əsas vəsaitlər formasında girovlar, sığorta və s.)
-
kreditdən istifadəyə görə faiz dəyərləri, onların ödəmə qaydası;
-
kreditlərin verilməsi və ödənilməsi üzrə tərəflərin hüquq və məsuliyyəti;
-
sənədlərin siyahısı və ödənilməsi üzrə tərəflərin hüququ və məsuliyyəti;
-
sənədlərin siyahısı və onların banka təqdim olunmasının dövriliyi
(kredit alınması haqda ərizə, təsis sənədlərinin surəti, illik və hesabat
61
tarixinə balans, kreditə tələbatın əsaslandırılması haqda texniki-iqtisadi
hesablamalar, digər banklardan alınan kreditlər haqdaməlumat, kredit
sövdələşmələrinin təsdiqi haqda müqavilənin surəti, kreditlə təminatın
mövcudluğunu təsdiq edən sənədlər, müəyyən olunmuş müddətdə
kreditlərin ödənilməsinə dair təcili öhdəlik-tapşırıq, imzaların və
möhürün nümunələrinin təsdiq olunan kartoçkası və digər zəruri
sənədlər).
Kredit müqaviləsi bağlanılandan əvvəl bank, müəssisənin ödəmə
qabiliyyətini dərindən araşdırır, kreditin vaxtında qaytarılması haqda onun
imkanlarını öyrənir və faizlərin ödənilməsi şərtlərini araşdırır. Bəzən bir sıra
məsələləri araşdırmaq üçün bank İşçilərinin müəssisəyə göndərilməsi təcrübəsinə
də təsadüf olunur.
Məqsədli təyinatından və təqdim etmə müddətindən asılı olaraq kreditlərin
müxtəlif növləri mövcuddur.
Bank krediti – bank müəssisələri tərəfindən verilir, pul ssudaları formasında
olur, vaxtında qaytarılmalı və müvafiq faiz ödənilməlidir.
Veksel krediti – vekseli saxlayan bank və malsatan tərəfindən alıcılara
verilir.
Dövlət krediti – kredit münasibətlərinin məcmusu deməkdir. Bu zaman
dövlət borcverən qismində çıxış edir (bəzən isə beynəlxalq kredit sistemində
kreditor kimi çıxış edir).
Uzunmüddətli kredit-adından göründüyü kimi uzun müddətə, daha konkret
desək, 1 ildən yuxarı müddətə verilir. Belə kreditlər istehsal və sosial xarakterli
investisiyalara (istehsalın genişləndirilməsi, rekonstruksiyası, inşaat və i.a.) istifadə
olunur.
İpoteka krediti dedikdə, daşınmaz əmlakın girov qoyulduğu ssuda başa
düşülür.
Kommersiya krediti – mal satanların ödənişin təxirə salınması qaydasında
mal alana verdiyi kredit başa düşülür.
62
İşçilərə kredit fərqi mənzil tikintisi, bağ evlərinin tikintisi, habelə digər
əşyaların satın alınması məqsədilə verilir.
Qısamüddətli kredit bir ilə qədər müddətə cari ehtiyaclar üçün material-
istehsalat ehtiyatlarının satın alınması üçün verilir.
Borc müqavilənin elə bir növüdür ki, bir tərəf (borcverən) digər tərəfin
(borcalan) mülkiyyətinə, yaxud idarə olunmasına qaytarma şərtilə faizlə, yaxud
faizsiz qaydada pul və yaxud əmlak verir. Müqavilənin tərəfləri banklardan başqa
hüquqi və fiziki şəxslər ola bilərlər.
Pul və yaxud əmlak verilən andan etibarən pul alanın pul verənə müəyyən
borc öhdəlikləri meydana çıxır və bu zaman müqavilə rəsmiyyətə salınmış hesab
olunur.
Müqavilədə nəzərdə tutulan məbləğdən asılı olmayaraq borc müqaviləsi
tərəflər arasında yazılı qaydada bağlanılır. Borc müqaviləsinin yazılı formasına
əməl olunması onun qüvvədə olmaması haqda əsas sayıla bilməz; Tərəflər arasında
mübahisə yarandıı borc alanın yazılı iltizamına və yaxud bu faktı təsdiq edən digər
sənədə istinad olunur.
Qanunvericilik və digər hüquqi aktlarda nəzərdə tutulan hallarda əlavə borc
vəsaitlərinin cəlb olunmasında maraqlı sayılan təşkilatlar səhm şəklində qiymətli
kaızlar, istiqrazlar və veksellər buraxmaq hüququna malikdirlər.
Qeyd etmək lazımdır ki, banklardan başqa bütün təşkilatlar tərəfindən
qısamüddətli və uzunmüddətli borcları həm respublikanın daxilində, həm də
ölkənin hüdudlarından kənarda olan müxtəlif hüquqi və fiziki şəxslər vasitəsilə
cəlb edə bilərlər.
Kredit və borcların özünəməxsus bir sıra xüsusiyyətləri var.
1.
Kredit müqaviləsi imzalandıı andan qüvvəyə minir, borc verən kreditora
aşaıdakı hallar istisna olmaqla kredit verir:
- müqavilə bağlanandan sonra belə bir fakt aşkara çıxarılmışdır ki,
verilən borc məbləği vaxtında qaytarıla bilməyəcək (məs., borcalan
63
ödəməqabiliyyətsiz hesab olunmuşdur və yaxud iflasa uğramaq
ərəfəsindədir);
- əgər, borcalan borc vəsaitindən məqsədli istifadə üzrə müqavilə şərtlərini
pozursa. Bu zaman borcalan kreditin alınmasından tamamilə, yaxud
qismən imtina edə bilər.
2.
Kredit müqaviləsinin predmeti yalnız pul ola bilər. (borc müqaviləsi üzrə -
pul və əşyalar).
3.
Kredit müqaviləsi yalnız yazılı formada tərtib edilməlidir (borc müqaviləsi
isə həm yazılı formada tərtib oluna bilər, ya da yox).
4.
Kreditor qismində yalnız bank və yaxud bu qəbildən olan əməliyyatların
aparılmasına respublika Milli bankından icazəsi olan digər kredit təşkilatları
çıxış edə bilər. Hər hansı hüquqi, yaxud fiziki şəxs borc müqaviləsinin
tərəfləri hesab olunur.
5.
Kreditlər üzrə faiz dərəcələri müəyyənləşdirilən zaman əsas amillər aiddir:
kommersiya banklarına və digər kredit müəssisələrinə kredit verən
Respublika Milli Bankının maliyyələşmə dərəcələri, pul resurslarına
tələbatdan asılı olaraq bank əlavələrinin (marjlarının) ölçüsü.
Borc müqaviləsi pul vəsaitlərindən istifadəyə görə faiz dərəcələrini həm
nəzərdə tuta, həm də tutmaya bilər. Faizlərin ölçüsü tərəflərin razılıı ilə
müəyyənləşdirilir. Qaydaya görə faiz ölçüsü borcalanın yerləşdiyi ərazidən və
faizlərin maliyyələşməsindən asılıdır.
Dostları ilə paylaş: |