67
223-1 – “Valyuta hesabı” və
223-2 – “Banklarda olan xüsusi
hesablar” – qısamüddətli kreditlərin
ödənilməsi, istifadə olunmayan kreditin
qaytarılması
501 – “Qısamüddətli bank kreditləri”
hesabı - əvvəllər verilmiş kredit üzrə
vaxtı keçmiş borcların ödənilməsinə
yönəldilən kreditlərin məbləği. Qeyd 90
saylı hesabın daxilində açılan
subhesablar üzrə aparılır.
801 – “Ümumi mənfəət (zərər)” hesabı
– xarici valyuta ilə qısamüddətli borclar
üzrə müsbət məzənnə fərqləri, o
cümlədən balansın tərtib olunduğu
tarixə borcların yenidən
qiymətləndirilməsi fərqləri; banklardan
və müəssisələrdən alınan kreditlərin
ödənilməsi üzrə əməliyyatlar
verilməsi)
223 – “Hesablaşma hesabı”, 223-1
“Valyuta hesabı” – kreditlərin pul,
vəsaitləri uçota alınan hesablara
köçürülməsi. Belə əmlak uzun müddətli
icarə yolu ilə gələcəkdə kollektivin
mülkiyyətinə keçir.
223-2 – “Banklarda olan xüsusi
hesablar” – akkreditiv qoyulmasına və
çek kitabçalarının əldə olunmasına pul
vəsaitlərinin deponentləşdirilməsi.
– Bank tərəfindən səhv olaraq silinən və
ayın axırınadək bərpa olunmayan
məbləğlər. Qısamüddətli kreditlər üzrə
banka olan bütün digər İddialar da
həmin yazılış vasitəsilə silinir.
501 – “Qısamüddətli bank kreditləri”
hesabı – müəssisənin borc
öhdəliklərinin ödənilməsi (qısamüddətli
kreditlər üzrə)
Misal. Materialların satın alınması üçün ödəmə müddəti iki ay olan 10000
manat
məbləğində kredit alınmışdır.
Pul vəsaitinin müəssisənin hesablaşma hesabına daxil olması və qısamüddətli
kreditlər üzrə banka olan borcun artması aşaıdakı
köçürmə vasitəsilə
rəsmiləşdirilir:
D-t
223 “Bank hesablaşma hesabı”
10 000 man
K-t
501“Qısamüddətli bank kreditləri”
10 000 man
Kreditin məbləği banka qaytarıldıqda mühasibat uçotunda əks yazılış verilir.
68
Misal. 30 000 manat məbləğində yanacaq satın alınmışdır.
Bank tərəfindən
verilən kredit müəssisənin hesablaşma hesabına köçürülmüşdür.
Mühasibat uçotu hesablarında həmin əməliyyatlar aşaıdakı köçürmə vasitəsilə
əks etdirilir:
-
qısamüddətli kredit hesablaşma hesabına köçürülmüşdür –
D-t
223 “Bank hesablaşma hesabı”
30 000 man.
K-t
501 “Qısamüddətli bank kreditləri”
30 000 man
-
malsatanların hesabnaməsi aksept edilmişdir:
D-t 201
“Material ehtiyatları” hesabı 30 000 man
K-t 431
“Malsatan və podratçıların uzunmüddətli kreditor borcları”
hesabı 30 000 man
-
malsatanlara olan borc ödənilməmişdir:
D-t 431“Malsatan və podratçıların uzunmüddətli kreditor borcları” hesabı
30 000 man
K-t 223 “Bank hesablaşma hesabı”
30 000 man.
Uzunmüddətli kreditlər üzrə əməliyyatların uçotu 401 “Uzunmüddətli bank
kreditləri” adlı passiv hesabatda aparılır. Bu hesabın quruluşu 501 “Qısamüddətli
bank kreditləri” adlı hesabınkı ilə demək olar ki, eynidir.
Uzunmüddətli kreditlər üzrə müəssisənin bankla hesablaşmalarının uçotu
hesabda aşaıdakı qaydada əks etdirilir:
Dostları ilə paylaş: