Əlyazmasi hüququnda tağizadə KƏnan şAHİn oğLU


 “Uzunmüddətli bank kreditləri” hesabı



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə26/34
tarix30.08.2023
ölçüsü0,78 Mb.
#141036
1   ...   22   23   24   25   26   27   28   29   ...   34
Taqizade Kenan

401. “Uzunmüddətli bank kreditləri” hesabı 
D-t
 
K-t
 
223 “Bank hesablaşma hesabı”, 223-1 
“Valyuta hesabı” - kreditlərin 
ödənilməsi. İstifadə olunmayan kredit 
məbləğinin geri qaytarılması da həmin 
köçürmə vasitəsilə həyata keçirilir.
111 – “Torpaq, tikili və avadanlıqlar” 
hesabı – avadanlıqların satın alınması 
üzrə vasitəçilərin xidmətlərinin 
ödənilməsi
– investisiya aktivlərinə qoymaq üçün 
kreditlərin alınması (əgər, onlar payla 
iştirak qaydasında həyata keçirilirsə) 


69 
223 “Bank hesablaşma hesabı”, 223-1 
“Valyuta hesabı” – alınmış kreditlərin 
pul vəsaitləri hesabına köçürülməsi
Alınmış uzunmüddətli kreditlərin məbləği 401 “Uzunmüddətli bank 
kreditləri” hesabının kreditinə, pul vəsaitləri, yaxud hesablaşmalar uçota alınan 
hesabların debetinə yazılır. 
Uzunmüddətli kreditlər üzrə banka olan borcların ödənilməsi 401 
“Uzunmüddətli bank kreditləri” hesabının debetində 223 “Bank hesablaşma 
hesabı”, 223-1 “Valyuta hesabı” və 223-2 “Banklarda olan xüsusi hesablar” adlı 
hesabların kreditində əks etdirilir. 
Misal. Müəssisə, əsas vəsait obyektini satın almaq üçün iki il müddətinə 
bankdan 86 000 manat məbləğində uzunmüddətli kredit almışdır. Borc iki üsulla 
ödənilə bilər.
Birinci üsula görə borc, müqavilənin müddəti başa çatdıqdan sonra birdəfəlik 
ödənilir və bu zaman mühasibat uçotunun hesablar sistemində aşaıdakı köçürmə 
tərtib olunur: 
D-t 
223 “Bank hesablaşma hesabı”
86 000 man. 
K-t 
401 “Uzunmüddətli bank kreditləri” 
86 000 man. 
Kredit geri qaytarılan zaman əks yazılış tərtib edilir. 
İkinci üsula görə uzunmüddətli kredit müqavilədə nəzərdə tutulan bütün 
müddət ərzində bərabər hissələrlə (məs. rübdə bir dəfə) ödənilə bilər. Belə hallarda 
mühasibat uçotu hesablarında hər rübdə aşaıdakı yazılışlar verilir: 
D-t 
401 “Uzunmüddətli bank kreditləri” 
21 500 man. 
K-t 
223 “Bank hesablaşma hesabı”
21 500 man. 
Müəssisə, fərdi mənzil tikintisi, bağ evlərinin tikintisi, habelə digər məsələlər
məs., kreditlə alınan malların dəyərinin ticarət təşkilatlarına ödənilməsi məqsədilə 
İşçilər üçün bank kreditləri ala bilər. 


70 
Bu qəbildən olan kreditlərin alınması mexanizmi belədir: Müəssisə
krediti bankdan alır və onu özünün İşçisinə verir. Daha sonra kreditin ödənilməsi 
üçün onun əmək haqqından tutulmalar həyata keçirilir və yaxud İşçi nağd pulla 
kassaya ödənişlər edir. Bankla, əməliyyatları isə krediti alan müəssisə həyata 
keçirir. 
Müəssisə tərəfindən İşçiyə borc verilməsi haqda müqavilə ödənilmə qaydası 
və müddəti göstərilməklə yazılı formada bağlanılır. Belə müqavilələrin fəaliyyət 
müddəti haqda məhdudiyyət qanunvericilikdə nəzərdə tutulmamışdır. İşçi işdən 
çıxarıldıı halda borcun vaxtından əvvəl ödənilməsi qaydasını müqavilədə nəzərdə 
tutmaq məqsədə uyğundur. 
Əgər borc müqaviləsində borcalanın aldıı vəsaitin hansı məqsədlərə istifadəsi 
nəzərdə tutulmuşdursa, onda borc verən təşkilat həmin vəsaitin məbləğindən 
istifadəyə nəzarət həyatda keçirmək hüququna malikdir. İşçi öz növbəsində aldıı 
borcu nəyə və hansı müddətdə istifadə etməsi haqda müəssisəyə informasiya 
verməlidir. İşçiyə verilən borc müqavilədə nəzərdə tutulan məqsədə istifadə 
olunmamışdırsa, onda verilmiş borcun vaxtından əvvəl geri qaytarılması haqda 
düşünmək lazımdır. 
Müəssisə 
İşçiləri 
üçün 
alınan 
bank 
kreditlərinin 
hərəkəti 
haqda 
informasiyaları əks etdirmək məqsədilə mühasibat uçotunun vahid hesablar 
planında 502 “İşçilər üçün qısamüddətli bank kreditləri” adlı hesab nəzərdə 
tutulmuşdur. Həmin hesab balansa münasibətinə görə passivdir və aşaıdakı 
struktura malikdir: 

Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin