27
Fərdi kartlar fiziki şəxslər üçün nəzərdə tutulmuşdur. Korporativ kartlar
təşkilatlar üçün nəzərdə tutulur. Müəssisə korporativ kart vasitəsilə təhtəlhesab
məbləğlər verir və əsas fəaliyyət üzrə nağdsız hesablaşmaları həyata keçirir.
Korporativ kartlardan əmək haqqı və digər sosial xarakterli ödənişləri həyata
keçirməyə icazə verilmir.
Korporativ kartları əldə etmək üçün müəssisə kart hesabını vergi
müfəttişliyində qeydiyyatdan keçirməlidir. Plastik kartlar hesablaşma (debet)
və kredit kartlarına bölünür. Debet personal kartlardan fiziki şəxslər, debet
korporativ kartlardan isə hüquqi şəxslər istifadə edir. Eyni zamanda kredit
personal kartlar fiziki şəxslər, kredit korporativ kartlar isə hüquqi şəxslər üçün
nəzərdə tutulur.
Müəssisə, kart hesabını həm özünə xidmət göstərən bankda, həm də
hesablaşma hesabı və digər hesabları olmayan başqa bir bankda da ala bilər.
Plastik kartlarla əməliyyatlar aşaıdakı texniki, vasitələrdən istifadə etməklə
həyata keçirilir: imprinter, elektron terminal və bankomat.
İmprinter dedikdə plastik kartların relyef rekvizitlərindəki qeydləri kaız
sənədlərə köçürmək üçün nəzərdə tutulan mexaniki qurğu başa düşülür.
Dostları ilə paylaş: