21
Planlı ödənişləri, daimi edilən xidmətlər və müntəzəm mal göndərmə üçün
başlıca olaraq eyni şəhər daxili hesablaşmalarında tətbiq edilir.
Malların tədarükü və xidmətlərin göstərilməsi
daimi olaraq təxminən
bərabər olduğu zaman alıcılar malsatanlarla planlı tədiyyə qaydasında hesablaşa
bilər.
Planlı ödəmələr həm eyni şəhərli, həm də özgə
şəhərli hesablaşmalar üzrə
həyata keçirilir. Bu cür hesablaşma zamanı məbləğlər və müddətlər, tərəflərin
razılıı ilə müəyyən edilir.
Planlı ödəmə qaydasında hesablaşmalar ödəyici müəssisədə 211 № “Alıcılar
və sifarişçilərin qısamüddətli debitor borcları” adlı sintetik hesabda uçota alınır. Bu
zaman bu üsulla hesablaşmaların analitik uçotu ayrı-ayrı malsatanlar üzrə 5 saylı
cədvəldə aparılır. 5 saylı cədvəlin aylıq yekunu 6 №-li jurnal-orderə köçürülür.
Malsatan müəssisədə planlı ödəmə qaydasında hesablaşmalar 171 “Alıcılar
sifarişçilərlə hesablaşmalar” hesabında uçota alınır.
Hər 15 və 30 gündən bir buraxılış malın dəyəri
üzrə sonuncu haqq-hesab
aparılır. Digər təşkilatlar və müəssisələrlə nağdsız hesablaşmaların öz vaxtında
həyata keçirilməsini, vəsaitin dövriyyə sürətinin artırılmasını təmin etmək
məqsədilə Səttarxan adına zavoda zəruri hallarda hesablaşmaların tələbnamələrin
qarşılıqlı hesaba almaq qaydasında istifadə edilir.
Bu hesablar üzrə təsərrüfat orqanlarının hesablaşma hesabının
olduğu
yerlərdə tələbnamələrin qarşılıqlı hesaba alınması və iki təsərrüfat orqanı
arasında qarşılıqlı tələbnamələrin saldosu üzrə vaxtaşırı hesablar aparılır. Hər
bir təsərrüfat hesablı müəssisə eyni bir vaxtda pul vəsaitlərinin həm
ödəyicisi mal göndərənlərdən mal aldıqda, həm də alıcı-öz məhsulunu satarkən
kimi çıxış edir. Qarşılıqlı hesablaşmaların iştirakçılarının
hər biri üçün
müvafiq bank şöbəsi hesab açır. Bu hesablaşmalar müvafiq bank şöbəsi
tərəfindən daim qüvvədə olan formada və bir dəfəlik hesablamalar formasında
aparılır.
Daimi qüvvədə olan hesablaşmalara aşaıdakılar daxildir:
22
-
Müxtəlif müəssisələrin hesablaşma hesablarının olduğu yerdə qarşılıqlı
tələbnamələrin hesaba alınması (qeyri mərkəzləşdirilmiş hesablamalar);
-
İki müəssisə arasında qarşılıqlı tələblərin saldosu üzrə vaxtaşırı
hesablaşmalar;
-
Bir dəfəlik hesablamalar isə özündə aşaıdakıları birləşdirir;
a)
iki müəssisə arasında qarşılıqlı tələbnamələrin hesaba alınması;
b)
qrup halında müəssisələr ilə qarşılıqlı tələbnamələrin qrup halında hesaba
alınması.
Qeyri-mərkəzləşdirilmiş
qaydada
qarşılıqlı
tələbnamələrin
hesaba
alınmasına əsaslanan hesablaşmalar məhdud dairəsi Səttərxan adına maşınqayırma
zavodu tərəfindən həyata keçirilir.
Qeyri-mərkəzləşdirilmiş qaydada hesablaşmalarda iştirak edənlərin tərkibi
dövlət bankının idarə heyəti tərəfindən müəyyənləşdirilir.
Bu tərkibdə
büdcə təşkilatları, tam şəkildə təsərrüfat hesabına keçməmiş müəssisələr,
tikinti-quraşdırma təşkilatları, mədəni-məişət və mənzil-kommunal təsərrüfatları
daxil edilmir. Qeyri-mərkəzləşdirilmiş hesablaşmaların hər bir iştirakçısı üçün ona
xidmət edən bank şöbəsində hesablama üzrə ayrıca şəxsi hesab açılır. Xüsusi
hesablar üzrə kreditləşdirilən və öz satış pulların həmin
hesablara təhvil verən
müəssisə və təşkilatların qeyri-mərkəzləşdirilmiş hesablamalar üzrə ayrıca şəxsi
hesabları olmur və onlar mal və xidmətlər üzrə bütün hesablaşmaları hesablama
qaydasında xüsusi hesablarında ödənilir.
Dostları ilə paylaş: