11
də həmin şəhərdə yerləşməlidir. Belə hesablaşma planlı hesablaşma forması
olmaqla, arası kəsilməzdir.
Başqa şəhərlərlə hesablaşmada isə iştirak
edən tərəflər edən tərəflər
müxtəlif ərazidə, şəhərdə və yaxud respublikada yerləşmiş olur. Onlara xidmət
edən bank şöbələri də müxtəlif şəhərlərdə yerləşmiş olurlar.
Bunlardan başqa (mal-material əlaqələrindən başqa) müəssisələr şəxslə,
dövlətdə və digər (maliyyə orqanları, büdcə idarələri, sığorta, rabitə, işıq, buxar və
sair) xidmətlərə görə də bir-biri ilə hesablaşma əlaqələrində olurlar. Aparılan
hesablaşmalar planlı surətdə həyata keçirilir. Onlar baş verdikdə bütün hallarda
həm müəssisələrin və həm də dövlətin mənafeyi nəzərə alınır.
Bundan əlavə akkreditivin tətbiqinə həm tədiyyə intizamını
pozan və bank
tərəfindən xüsusi kreditləşdirmə və hesablaşma rejiminə keçirilən müəssisələr
haqqında sanksiya tədbiri kimi də yol verilir.
Akkreditivlər formasında həyata keçirilən hesablaşmalar ödəmənin
gecikdirilməsi ehtimalını aradan qaldırır və ödəmələrin öz vaxtında aparılmasını
həyata keçirir.
Akkreditivlər sənaye müəssisələri tərəfindən həm özünün hesablaşma
hesabındakı vəsaitlər hesabına, həm də bank kreditləri hesabına 25 və yaxud 40
günə qədər müddətə qoyulur. Hər bir akkreditiv yalnız
bir mal göndərən üçün
nəzərdə tutulur. Lazımı hallarda bank müəssisəsinə akkreditivin müddətini 45
günə qədər uzatmaq hüququ verilmişdir.
Akkreditivin açılması üçün müəssisə bankın yerli şöbəsinə 5 nüsxədən ibarət
ərizə təqdim edir. Akkreditivin açılması haqqındakı ərazidə aşaıdakılar göstərilir:
A)
Akkreditivin müddəti;
B)
Mal göndərən təşkilatın adı;
C)
Göndəriləcək malların və ya ediləcək xidmətin ümumi adı;
D)
Akkreditivin ümumi məbləği.
Bu şəraitlərdən hər hansı birisi qeyd edilməsə, onda akkreditiv açılmasına
icazə verilmir.
12
Təsərrüfat subyektlərinin mühasibat uçotunda açılmış akkreditivlərin
məbləğləri 55 “Banklarda olan xüsusi hesablar” sintetik hesabın “Akkreditivlər”
adlı 2-ci subhesabında əks etdirilir. Bu alanın satış haqda razılığa gəlməsidir.
Həmin razılıq hər iki tərəfdən müvafiq imzalar vasitəsilə təsdiq olunmuş
müqavilənamələrlə bildirilir.
Hesablamaların digər formaları ilə yanaşı hesablaşmaların
çox mühüm
hissəsini təşkil edən aksept formasının çox böyük əhəmiyyəti var. Hesablaşmaların
aksept forması xüsusən digər şəhərlərlə təchizat üzrə daha çox yayılmışdır.
Səttarxan adına Bakı maşınqayırma zavoduna tədiyyə dövriyyəsinin ümumi
məbləğində aksept formasında aparılan hesablaşmalar 2002-ci ildə 73 % təşkil
edir. Aksept formasında aparılan hesablaşma malsatan təşkilat tərəfindən
müqavilə şərtlərinin yerinə yetirilməsi üzərində mal alan təşkilatın nəzarətini təmin
edir.
Bu forma təsərrüfat fəaliyyəti prosesində təsərrüfat hesablı
müqavilələrin
ciddi olaraq yerinə yetirilməsinə və sairəyə əsaslanaraq, başqa müəssisələrlə
müvafiq hesablaşma münasibətləri yaradır.
Aksept hesablaşma formasında mal göndərildikdən və ya buraxıldıqdan
sonra mal göndərən təyin edilmiş vaxtda ödəniş tələbnaməsini,
ona xidmət edən
bank bölməsinə, inkassoya verir.
Sonra ödəniş üçün mal göndərən tərəfindən təqdim edilmiş sənədlər alıcı
yerləşən məntəqədəki bölməsinə təqdim edilir və ödəniş həmin bank bölməsi
tərəfindən həyata keçirilir. Mal göndərən hesablaşmaya təqdim edilən ödəniş
tələbnaməsində başqa zəruri məlumatlarla yanaşı müvafiq sənədlərinin nömrəsi və
tarixi göstərilir. Bu ona imkan verir ki, yolda olan
hesablaşma sənədləri üçün
bankdan ssuda alınsın. Bağlanmış müqavilənamələr, onların şərtlərinə əməl
olunmasına nəzarəti bilavasitə həmin şöbələr yerinə yetirir. Ancaq müqavilənamə
və hesablaşma qaydalarına uçot vasitəsilə də mütləq nəzarət lazımdır.
Dostları ilə paylaş: