5
uçot və hesabat praktikasında yeni əmlak və əməliyyat növləri meydana
çıxmaqdadır. Onların içərisində qiymətli kaızların müxtəlif növlərini,
digər
müəssisələrin nizamnamə kapitalına qoyuluşları, veksel əməliyyatlarını, qeyri-
maddi aktivləri və s. qeyd etmək olar. Yeni kapitalın cəlb olunması kreditorlar
üçün böyük risklə müşayiət olunur. Belə ki,
bütün yeni kreditorlar, əvvəlkilərlə
müqayisədə daha böyük riskə məruz qalırlar.
Dissertasiya işində araşdırılan bir sıra nəzəri və praktik problemlər indiyə
qədər respublikada dərc olunan iqtisadi ədəbiyyatda
və elmi tədqiqat işlərində
ətraflı nəzərdən keçirilməmişdir. Xüsusən də hesablaşmaların və kredit
əməliyyatlarının
uçotunun
təkmilləşdirilməsi
yolları,
onların
beynəlxalq
standartlara uyğunlaşdırılması imkanları nəzəri-metodoloji və praktik problem
olaraq özünün həllini gözləməkdədir.
Aydındır ki, debitor və kreditorlarla hesablaşma əməliyyatlarının uçotunun
təkmilləşdirilməsi ilə bağlı problemlər S. Səbzəliyev, S. Müslimov, S. Yaqubov,
Q.Abbasov, V. Quliyev, N. Cəfərli, V.T.Novruzov, İ.Y.Abbasov, S. Qasımov və b.
kimi amillərin əsərlərində müəyyən qədər tədqiq olunmuşdur.
Bundan başqa
hesablaşma və kredit əməliyyatlarının uçotu MDB məkanına daxil ölkələrin və
bir sıra qərb ölkələrinin iqtisadçı amillərindən A.D.Şeremet, A.D.Larionov,
İ.A.Lamıkin, İ.P.Ulyanov, C.Q.Leontyeva, R.İ.Kamışanov, Dyean Bleyk, Orial
Amat və başqalarının əsərlərində çox geniş surətdə surətdə nəzərdən keçirilmişdir.
Lakin həmin iqtisadçı-amillər debitor və kreditorlarla hesablaşmaların
uçotunu
tam şəkildə deyil, müxtəlif tərkib hissələrini – malsatan və podratçılarla,
alıcılar və sifarİşçilərlə, büdcə ilə, büdcədənkənar fondlarla, sosial sığorta və
təminat fondları ilə, təhtəlhesab şəxslərlə, əmək ödənişi üzrə İşçi heyətilə, müxtəlif
debitor və kreditorlarla və hesablaşmaları öyrənməyə cəhd göstərilmişdir. Qeyd
olunan problemlər dissertasiya işinin mövzusunun
seçilməsini şərtləndirmiş, onun
aktuallıını və tədqiqatın əsas istiqamətlərini müəyyən etmişdir.
Dostları ilə paylaş: