binaların hər birinin istismar müddəti var. Məsələn, qamış evlər 15 ilə, taxta evlər 25, daş evlər 60-100 il, beton-monolit evlər isə 120-150 il üçün nəzərdə tutulub.
Binaların istismara qəbul edilməməsi bir neçə səbəb ilə bağlıdır. Birinci səbəb icraatın tamamlanmamasıdır. Yəni, tikintinin mərhələlərində sənədlər qaydaya salınmayıb. Mənzil tikinti kooperativləri və ya tikinti şirkətləri tərəfindən bu məsələyə məsuliyyətlə yanaşılmayıb. İkinci səbəb, təsdiq olunmuş layihələrdən kənarlaşmaya yol verilməsidir. Binalarda əlavə tikinti işləri aparılmışdır. Eyni zamanda, bütün sənədləşməsi düzgün olan MTK-lar binanı istismara qəbul olunmasına tələsmirdilər. Qanunvericilikdə olan son dəyişikliklərdən sonra artıq istismara qəbul edilmiş binalarda bir ay ərzində sakinlər öz idarəetmələrini qurmalıdırlar. Bu da MTK-lara sərf etmir
E.Qurbanlı bu sahədə ən qlobal problemlərdən birinin də tikililərin bir-birinə yaxın məsafədə inşa olunmasını göstərdi: “16 mərtəbəlinin yaxınlığında 22 mərtəbə ucaldılır. Onların yanında isə köhnə 9 mərtəbəli bina durur. Qanuna görə isə məsafə minimum olaraq tikilən binaların hündürlüklərinin cəminə bərabər olmalıdır. Amma bu məqam gözlənilmir. Əgər bir binada bədbəxt hadisə baş verərsə, onun yaxınlığında olan digər tikililərə də ciddi zərər dəyəcək“.
Toz nədir? Qum,müxtəlif daş növləri, parçalar, insanın, müxtəlif canlı orqanizmlərin epidermisi və əşyalar kimi müxtəlif mikrozərrəciklərin cəmidir. Tozun mənbəyi olan bir çox əşyalar var, lakin onların hamısı çox təhlükəli sayılmır. Ən təhlükəli toz - kitab tozu və potagen göbələklərdən, plastik, rezin, yuyucu vasitələrdən yaranan toz sayılır. Adətən məhz bu bir çox xroniki xəstəliklərə səbəb olur(bronxial astma və allergiya).
Gündəlik olaraq tozlu hava ilə nəfəsalma insan orqanizmi üçün böyük təhlükə yaradır. Hər bir insanda toz, özünü müxtəlif xəstəliklərələ göstərə bilər. Təbii ki, bu və ya digət patologiyaya irsi meyillilyi olanlar üçün toz onun üzə çıxmasında heç də son rol oynamır.