Emal müəssisələrin tikintisinə qoyulan sanitar-gigiyenik tələblər



Yüklə 196,75 Kb.
səhifə75/82
tarix11.06.2023
ölçüsü196,75 Kb.
#128410
1   ...   71   72   73   74   75   76   77   78   ...   82
Baytarlıq sanitariyası CAVAB

Vaqon-restoran – dəmiryolu nəqliyyatı sərnişinlərini hərəkət yolu boyu səhər, nahar, şam yeməkləri, qənnadı məmulatları və içkilərlə təmin etmək, həmçinin onlara birbaşa vaqon və kupelərdə xidmət göstərmək üçün nəzərdə tutulmuşdur. Vaqon-restoranlar qatar briqadası işçilərini isti xörəklərlə təmin edirlər.
Gəmi restoranı - sərnişinlərə, turistlərə və gəmi briqadası işçilərinə hərəkət yolu boyu səhər, nahar, şam yeməkləri, qənnadı məmulatları, sərinləşdirici və digər içkilərlə (spirtli və spirtsiz) xidmət göstərmək üçün nəzərdə tutulmuşdur. Xidmət ofisiantlar vasitəsilə həyata keçirilir,
Burada, sərnişinlərin yemək üçün abonoment satışı və xörəklərin kayutalara sifarişi üzrə əlavə xidmətlər göstərilir.
Bar - müştərilərə geniş çeşiddə spirtli və spirtsiz içkilər. dar çeşiddə mətbəx və qənnadı məmulatları tərif edən gündüz və gecə proqramlı ictimai iaşə obyektidir.
"Lüks" dərəcəli bar özünün yüksək səviyyəli komfortluğuna, arxitektur-planlaşdırmanın qeyri-adi xarakterinə görə fərqlənir və yalnız xüsusi layihələr üzrə inşa edilir.
Mebellər, işıqlandırma cihazları və digər daxili görünüş ünsürləri xüsusi sifarişlər üzrə yerinə yetirilməklə bar müştərilərinə yüksək səviyyədə xidmət göstərilməlidir.
Yeməkxana qab-qacaqları, ləvazimatlar və ağlar ümumi bədii fikirlər nəzərə alın-maqla xüsusi sifariş əsasında hazırlanır.
Çini qab-qacaq və yeməkxana ağlarının hər birinin üzərində barın qısaldılmış və ya tam adı, onun rəmzi əks etdirilməlidir.
Müştərilərə xidmət, barmenlər (bar piştaxtası arxasında) və ofisiantlar (stol arxasında) tərəfindən göstərilmir.
Müştərilərə, əsasən geniş çeşiddə spirtli və spirtsiz firma içkilər, firma qəlyanaltılar, xörəklər və meyvələr, giləmeyvələr. konfetlər, şokoladlar təklif edilir.
Gündüz barı - adətən mehmanxanaların, restoranların nəzdində və ya müstəqil olaraq fəaliyyət göstərək iaşə obyektidir. Burada müştərilərə müxtəlif növ spirtli və spirtsiz içkilər, qəlyanaltılar, buterbrodlar. un və qənnadı məmulatları, dondurmalar, siqaretlər təklif olunur, həmçinin şənlənmək (musiqi, televiziya, müxtəlif oyunlar və s.) imkanı yaradılır. Müştərilərə xidmət, yüksək (hündür) stullu bar piştaxtalarından və müvafiq stullu kiçik stollardan barmenlər vasitəsilə göstərilir.
Gecə barı - müştəriləri dolğun proqramlı varyete və rəqslər təklif edən, xüsusi gecə qaydalarına malik olan, əyləncə xarakterli iaşə obyektidir. Təklif olunan məhsul çeşidlərinin tərkibində müxtəlif növ xarici yerli spirtli içkilər, spirtsiz içkilər, cürbəcür qənnadı məmulatları, dondurma və həmçinin kiçik çeşiddə mətbəx məmulatları (pitsalar, qamburqerlər, qutablar, piraşkilər və s), qəhvə üstünlük təşkil edir.
Zalda. müştərilərin bədii proqramları dinləməsi üçün adətən dairə və yarımdairə şəkilli açıq səhnə mövcud olur. Onlar səsgücləndirici və kinofilmlər göstəril-məsi üçün müvafiq aparaturalarla, işıq musiqisi ilə təchiz edilir.
Kafe-bar fəaliyyətinin müxtəlif növ qəhvə, çay, isti şokolad və həmçinin qəlyanaltılar, qənnadı məmulatları, dondurma, zərif spirtli içkilər (likyor, konyak, vermut) satışı ilə bağlayan iaşə obyektidir.
Qril bar - bar piştaxtalı. müştərilərə tam və ya qismən onların gözü qarşısında hazırlanmış məmulatlarla xidmət göstərən obyektdir. Çeşid siyahısında suda bişirilmiş sosiskalar, qril-toyuqlar ; qızardılmış kolbasalar, isti buterbrodlar və digər kulinariya buterbrodlar və digər kulinariya məmulatları, həmçinin isti və soyuq içkilər nəzərdə tutulur; - spirtli içkilər isə məhdud çeşiddə təklif edilir.

Yüklə 196,75 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin