Emal müəssisələrin tikintisinə qoyulan sanitar-gigiyenik tələblər


Bitki məhsullarının hazırlanmasına qoyulan baytar sanitar- gigiyenik tələblər



Yüklə 196,75 Kb.
səhifə20/82
tarix11.06.2023
ölçüsü196,75 Kb.
#128410
1   ...   16   17   18   19   20   21   22   23   ...   82
Baytarlıq sanitariyası CAVAB

Bitki məhsullarının hazırlanmasına qoyulan baytar sanitar- gigiyenik tələblər

Yarma – dənli, qarabaşaq və paxlalı bitkilərin emalı nəticəsində kənar qarışıqlardan, orqanizm tərəfindən mənimsənilməyən və ya pis mənimsənilən hissələrdən, çiçək qişasından, meyvə qılafından, aleyron təbəqəsindən və rüşeymdən azad edilmiş bütöv, xırdalanmış, əzilmiş dəndən ibarət yeyinti məhsuludur.


nda geniş istifadə olunur. Yarmaların istehsal texnologiyası aşağıdakı əməliyyatlar üzrə aparılır: - dənin kənar qatışıqlardan təmizlənməsı; - dənin hidrotermiki emalı; - dənin iriliyinə görə sortlaşdırılması; - dənin çiçək qişasından və meyvə qılafından təmizlənməsi; - iri dənli bitkilərin xırdalanması; - yarmanın olçüsünə görə sortlaşdırılması; - yarmanın maqnit sahəsindən keçirilməsi; - yarmanın şəkilib bükülməsi və qablaşdırılması
Təbii tərəvəz konservləri hazırlanarkən tərəvəz pörtlədilir, bankalara yığılır, üzərinə duzluq əlavə edilir, ağzı kip bağlanır və sterilizə edilir. Göy noxud, tərəvəz lobyası, sütül qarğıdalı, təbii yerkökü, təbii çuğundur, bütöv konservləşdirilmiş pomidor, təbii şirin bibər və s. bu kimi konservlər hazırladıqda 0,8-1,5% miqdarında duz və su əlavə edilməklə 116-1180C temperaturda sterilizasiya aparılır.
Meyvə-tərəvəz şirələri təravətləndirici içki və pəhriz yeməyi kimi, habelə müxtəlif yeyinti məhsulları istehsal etmək üçün istifadə edilir. 4 yarımqrupa bölünür: - təbii şirələr. Müəyyən bir xammal növündən alınaraq üzərinə digər meyvələrin şirələri, şəkər və konservantlar əlavə edilmir; - kupaj edilmiş şirələr. Əsas şirənin üzərinə əlavə edilmiş digər növ meyvə şirəsinin (35%-ə qədər) qarışığından ibarətdir; - şəkər və ya şərbət qatılmış şirələr. Bəzi meyvə və giləmeyvələrin təbii şirələrinin turşuluğunu azaltmaq üçün onlara şəkər qatışdırılır; - saturasiya edilmiş və ya karbon qazı ilə doydurulmuş şirələr. Karbon qazı şirənin dadını xeyli yaxşılaşdırır, ona təravətləndirici xassə verir.
Turşudulmuş və duza qoyulmuş meyvə və tərəvəzlərdə konservləşdirici maddə mikroorqanizmlərin və süd turşusu bakteriyalarının təsiri ilə duzluqda əmələ gələn süd turşusudur. Şirədə süd turşusu 0,7-0,8% toplandıqda çürüdücü mikroorqanizmlərin fəaliyyəti dayanır və məhsul uzun müddət keyfiyyətli qalır. Turşudulmuş tərəvəzdə süd turşusu bakteriyalarının inkişafını sürətləndirmək üçün 2-3% miqdarında xörək duzundan istifadə edilir. Turşudulma zamanı meyvə-tərəvəzin tərkibindəki şəkərin və azotlu maddələrin miqdarı azalır
Qurutmaq üçün kartof, yerkökü, çuğundur, ağ köklər (kərəviz, cəfəri, cırhavuc), ağbaş kələm, soğan, sarımsaq, göyərti tərəvəzləri (şüyüd, nanə, reyhan) və s. istifadə olunur. Bostan tərəvəzlərindən isə ən çox yemiş qurudulur. Qurudulmuş kartof məhsullarına kartof lopaları, kartof yarması, qızardılmış xırçıldayan kartof (çipsı), kartof krekeri və kartof qurusu aiddir.


  1. Yüklə 196,75 Kb.

    Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin