Emal müəssisələrin tikintisinə qoyulan sanitar-gigiyenik tələblər



Yüklə 196,75 Kb.
səhifə22/82
tarix11.06.2023
ölçüsü196,75 Kb.
#128410
1   ...   18   19   20   21   22   23   24   25   ...   82
Baytarlıq sanitariyası CAVAB

Viruslu B hepatiti.
Hepatitin bu kifayət qədər ağır və geniş yayılmış formasını zərdab hepatiti də adlandırırlar.Bu ad onunla əlaqədardır ki, B hepatiti virusu ilə yoluxma qan vasitəsilə, həm də olduqca az dozada baş verə bilər.Hepatit B virusu cinsi yolla, narkomanlarda qeyri-steril şprislərlə inyeksiya zamanı, anadan dölə yoluxdurula bilər.B hepatiti qaraciyərin zədələnməsi ilə xarakterizə olunur və müxtəlif variantlarda keçir:
Viruslu C hepatiti.
C hepatiti viruslu hepatitlərin ən ağır formasıdır.Onu posttransfuzion hepatit də adlandırırlar. Bu onu göstərir ki, xəstələr ən çox qanköçürmədən sonra xəstələnirdilər. Bu isə onunla əlaqədardır ki, donor qanını C hepatitinə görə testləşdirilməsi bir neçə il əvvəl mümkün olmuşdur.Yoluxma daha çox narkimanlarda şpris vasitəsilə baş verir.
Yoluxma anından klinik təzahürlərin meydana çıxmasına qədər 2 həftədən 26 həftəyə qədər vaxt keçir.Bu o hallarda olur ki, virusgəzdirənliyə diaqoz qoyulmur, virus bir çox illər ərzində orqanizmdə qalır və insan yoluxma üçün mənbə olur.Bu zaman virus qaraciyər hüceyrələrinə birbaş təsir göstərə və müəyyən vaxt ərzində qaraciyərin şişinə gətirib çıxara bilər.



  1. Texnoloji planların hazırlanması və bu işdə tibbi müəssisələrin rolu

.1. Tibb müəssisələri şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin planlaşdırılması və tikintisinə dair tələblərə, eləcə də gigiyenik tələblərə və sanitariya-mühafizə zolaqlarının gözlənilməsi şərti ilə ictimai, sənaye, kommunal, təsərrüfat və digər obyektlərdən qanunvericiliklə müəyyən edilmiş məsafələrə riayət edilməklə, yaşayış məntəqələri, yaşıllıq və şəhərətrafı zonalarda, dəmir yolu, hava limanı, sürətli avtomobil yolları və digər səs-küy mənbələrindən kənarda yerləşdirilir.
Tibb müəssisələrinin ərazisində səs-küy, vibrasiya, elektromaqnit şüalanması və digər zərərli fiziki amillərin səviyyəsi yol verilən hədlərdən artıq olmamalıdır.
2.2. Tibb müəssisələrinin tikintisi üçün nəzərdə tutulan torpaq sahələri quru və təmiz olmalı, atmosfer havasını çirkləndirən mənbələrdən uzaqda yerləşməlidir. Müəssisələrin çirklənmiş ərazilərdə yerləşdirilməsinə yol verilmir. Torpaqda və atmosfer havasında toksiki və zərərli maddələrin səviyyəsi, eləcə də radioloji fon gigiyenik normalardan yüksək olmamalıdır.
2.3. Şəhər (kənd) təyinatlı magistral mühəndis kommunikasiya xətləri (su təchizatı, kanalizasiya, qaz, istilik təchizatı, yüksək gərginlikli elektrik xətləri və s.) tibb müəssisələrinin ərazisindən keçməməlidir.
Tibb müəssisələrinin ərazisində digər təyinatlı, funksional cəhətdən əlaqəsi olmayan bina və tikililərin yerləşdirilməsinə yol verilmir.
2.4. Tibb müəssisələri yerləşən binaların və otaqların memarlıq-planlaşdırma və konstruktiv həlli sanitariya-gigiyenik və əksepidemik rejimin, əhaliyə tibbi yardımın göstərilməsi və tibbi heyət üçün əlverişli iş şəraitinin yaradılmasını təmin etməlidir.
2.5. Tibb müəssisələrinin yerləşdiyi binaların fasadları ərazinin memarlıq görünüşünə xələl gətirməmək şərti ilə layihələndirilməlidir.
2.6. Yaşayış və ictimai binalarda, eləcə də həmin binalara bitişik tikililərdə ambulator-poliklinik tibb müəssisələrinin (kabinetlərin), o cümlədən: müalicə-sağlamlıq, reabilitasiya və bərpa müəssisələrinin, həmin mərkəzlərin nəzdində gündüz stasionarlarının yerləşdirilməsinə icazə verilir.
2.7. Yaşayış və ictimai binaların zirzəmiləri və yarımzirzəmilərində tibb müəssisələrinin yerləşdirilməsi qaydaları bu mərtəbələrə dair qüvvədə olan tikinti norma və qaydalarının tələblərinə uyğun həyata keçirilir.
2.8. Yaşayış və ictimai binalarda yerləşdirilən tibb müəssisələri binanın əsas hissəsindən əsaslı divarlarla ayrılmalı, müstəqil ventilyasiya, kanalizasiya sistemləri və xəstələr üçün ayrıca girişlə təchiz edilməlidir.
2.9. Tibb müəssisələrinin ərazisi abadlaşdırılmalı, yaşıllaşdırılmalı, hasarlanmalı və işıqlandırılmalıdır.
Tibb müəssisələrinin girişində təcili tibbi yardım şöbələrinə nəqliyyat vasitələrinin, arabaların, xərəklərin rahat girişi üçün pandus sistemi nəzərdə tutulmalıdır.
2.10. Meyitlərin çıxarılması zonası olan patoloji anatomiya korpusu palatalı korpuslardan maksimum təcrid edilməli, müalicə və doğum otaqlarının, eləcə də tibb müəssisəsinin yaxınlığında yerləşən yaşayış və ictimai binaların pəncərələrindən görünməməlidir. Patoloji anatomiya korpusundan palatalı korpuslara və qida blokuna qədər məsafə 30 m-dən az olmamalıdır.
2.11. Yoluxucu xəstəxana və ya yoluxucu xəstəliklər korpusunun ərazisində, xəstələr üçün digər sahələrdən yaşıllıq zolağı ilə təcrid edilmiş, ayrı girişi (həmçinin nəqliyyat üçün) və nəqliyyat vasitələrinin dezinfeksiyası üçün qapalı meydançası olan zonanın ayrılması nəzərdə tutulur.
2.12. Tibb müəssisələrinin qırmızı xətti ilə binalar arasında, eləcə də müəssisənin korpusları arasındakı məsafələr qüvvədə olan tikinti norma və qaydalara əsasən qəbul edilməlidir.
2.13. Tibb müəssisələrinin ərazilərindən və korpuslarında tullantıların yığılması, saxlanması və kənarlaşdırılması sistemi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2007-ci il tarixli 213 nömrəli Qərarı ilə təsdiq edilmiş «Tibbi tullantıların idarə olunmasına dair tələblər»ə uyğun olaraq həyata keçirilir.
2.14. Tibb müəssisələri yerləşən binalarda liftlərin sayı 2-dən az olmayaraq nəzərdə tutulmalıdır. Xərəklə adamların daşınması üçün liftlərdən birinin (sərnişin və ya yük) kabinasının dərinliyi 2,10 m-dən az olmamalıdır.
2.15. Tibb müəssisələrində lift şaxtaları və maşın şöbələri palata və müalicə-diaqnostik kabinetlərdən ən azı 6,0 m məsafədə yerləşdirilməlidir. Respublika və ya ərazi gigiyena və epidemiologiya mərkəzləri ilə razılaşdırıldıqdan və səs-küy əleyhinə profilaktik tədbirlər nəzərdə tutulduqda bu məsafə azaldıla bilər.
2.16. Tibb müəssisələrinin korpuslarında liftlər xəstəxanadaxili əksepidemik rejimin qorunması məqsədilə 2 dən az olmamaq şərtilə nəzərdə tutulmalıdır.
2.17. Tibb müəssisələrinin daxili quruluşunun və otaqlarının planlaşdırılması zamanı əksepidemik rejimin qorunması məqsədilə texnoloji axınların («təmiz» və «çirkli» axın) kəsişməsi istisna edilməlidir.
2.18. Əsas və köməkçi otaqların tərkibi və sahəsi qüvvədə olan normativ sənədlərin tələblərinə və layihə tapşırığına uyğun müəyyən olunmalıdır.




  1. Yüklə 196,75 Kb.

    Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin