Emal müəssisələrin tikintisinə qoyulan sanitar-gigiyenik tələblər



Yüklə 196,75 Kb.
səhifə24/82
tarix11.06.2023
ölçüsü196,75 Kb.
#128410
1   ...   20   21   22   23   24   25   26   27   ...   82
Baytarlıq sanitariyası CAVAB

Manqan (Mn) hüceyrədaxili orqanellalar olan mitoxondrilər uçun çox vacib mikroelementdir. Mn bədən hüceyrələrinin energetik stansiyasıdır. Bu element sink və mislə birlikdə antioksidant funksiyasını yerinə yetirir. Mərkəzi sinir sisteminin funksiyalarına, immunitetə müsbət təsir göstərir, orqanizmi infeksiyalardan qoruyur. Onun defisiti olduqda iştaha pozulur, enerji azalır. Uşaqlar inkişafdan qeri qalaraq yaşa uyğun olmurlar.
Kalium (K) çatışmazlığı asteniyaya, psixi və fiziki inkişafın ləngiməsinə, əzələ zəifliyi, spazm və qıcolmalara gətirib çıxarır, halsızlığa, tez yorulmalara səbəb olur. Dəri quru, tüklər zəif, tutqun görünür, dölsüzlük, hamiləliyin pozulması, uşaqlıq boynunun eroziyası, ürək ritminin pozulması, güclü ürəkdöyünmələri, mədə-bağırsaq pozulmaları, immunitet çatışmazlığı, hipertoniya kimi xəstəliklərlə müşaiyət olunur.
Maqnezium (Mg). Əgər insan özünü ruhən yüngülləşdirə bilmirsə, həmişə stresdə qalırsa, onda Mg catışmazlığının yüksək riski olur. Bu cür hal adətən mənsəbpərəst, rəhbər vəzifəli şəxslərdə daha çox rast gəlir. Top menecerlərin 90 %-ində Mg çatışmazlığı olur. Bu, ürək-damar sistemi üçün təhlükəlidir. Belə halda ürəyin işemik xəstəliyinin, aterosklerozun, depressiyanın inkişaf riski artır.
Maqnezium və kaliumun effektivliyi qarşılıqlı əlaqədardır və onları həmişə birgə yoxlamaq məsləhət görülür.
Sink(Zn) uşaqlar və qocalar üçün “vitamindir. ”Tez-tez xəstələnən uşaqlar fenomeni”ində ildə 4-6 dəfə xəstələnən uşaqlar nəzərdə tutulur. Çox gümanki, belə uşaqlarda Zn çatışmazlığı olur. Bu böyüklərə də aiddir. Ümumilikdə Zn 200-ə qədər orqanizm üçün lazım olan fermentləri aktivləşdirir. Zn normal immunitet üçün mühüm mikroelementdir. Onun defisiti bir çox xəstəliklərin inkişafı üçün lazımi şərait yaradır. Zn testesteronun sintezi və spermatozoidlərin aktivliyi üçün də vacib elementdir.Yaşlı insanlarda Zn çatışmazlığı ölümə işarədir. 65 yaşdan yuxarı insanların Zn qəbul etməklə ömürlərinin uzanması xüsusilə qeyd edilir.
Mis (Cu) Uşaq danışmır, valideynlər narahat olurlar. Yada salırlar ki, Eynşteyn də 5 yaşında danışıb. Gözləmək lazım deyil, bu, mis çatışmazlığından ola bilər. O mielinin sintezi üçün lazımdır, ondan sinir liflərinin qişaları əmələ gəlir. Cu çatışmazlığından ümumiyyətlə uşaq danışmaya bilər. Qızlarda menstruasiya başlamır və ya tsikl çox uzun olursa bu mis çatışmazlığı ilə əlaqədar ola bilir. Daha sonra bu element beyində və sinirlərdə oyanmanın ötürülməsi üçün çox vacibdir, birləşdirici toxumanın strukturunda,anemiyaların inkişafında rol oynayır.




  1. Yüklə 196,75 Kb.

    Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin