Pəhriz yeməkləri - müalicə xörəklərinə ehtiyacı olanlara xidmət üzrə ixtisaslaşır və əhaliyə pəhriz yemək normaları təklif edir.
Yeməkxanalarda yeməklərin əsas növünə əlavə olaraq, məhsulların bufetlər vasitəsilə buraxılışı təşkil edilə bilər.
Bufetlər - özlərində hazırlanmış və ya digər ictimai iaşə obyektlərindən alınmış məhdud çeşiddə soyuq qəlyanaltılar, qənnadı məmulatları, buterbrodlar, içkilər satışı ilə məşğul olan obyektlər.
Kulinariya mağazası (şöbəsi) - müstəqil təsərrüfat obyekti olub, kulinariya yarımfabrikatları (ət, balıq, tərəvəz, un), həmçinin ev şəraitində istehlak üçün hazır kulinariya, un və qənnadı məmulatları satışını yerinə yetirir. Məhsullar alıcılara satıcılar vasitəsilə buraxılır. Həmin məhsullar ya obyektin özündə hazırlanır, yaxud digər ictimai iaşə obyektlərindən alınır.
Kulinariya dükanları həm ictimai iaşə obyektlərinin (restoranların, yeməkxanaların və s.), həm də supermarket və ərzaq dükanlarının tərkibində açıla bilər.
Təbiətdə suyun əhəmiyyəti
Susuz həyat yoxdur. Canlı orqanizmlər 10—20% su itirdikdə məhv olur. Normal həyat fəaliyyəti üçün insana sutkada 2 l-ə qədər su lazımdır. Su minlərlə bitki və heyvan üçün yaşayış mühitidir. Atmosferdə oksigenin sabit saxlanması da yaşıl bitkilərin sudan istifadə edərək fotosintez reaksiyası əsasında oksigen ayrılması ilə əlaqədardır.
Yer səthinin təxminən 70%-nin su ilə örtülməsinə baxmayaraq, ildən-ilə su çatışmazlığı problemi artmaqdadır. Çünki insanlar və bütün сanlılar yalnız şirin sudan istifadə edə bilir. Təbii suların çox hissəsi (~98%) isə şordur. Onlar istifadə üçün yararlı olmayan dəniz və okean sularıdır. Böyük miqdarda şirin su ehtiyatı Arktika və Antarktida buzlaqlarında və əksər insanların istifadə edə bilmədiyi Baykal gölündə və başqa göllərdə toplanmışdır.
Kənd təsərrüfatında, şəhərlərdə, məişət və sənayedə suya tələbat getdimə artır. Buna görə də şirin suya ehtiyaс hər il daha çox hiss olunmaqdadır. Hazırda dünya əhalisinin 1/3 hissəsinin içməli suya ehtiyarn vardır.
Dostları ilə paylaş: |