müddətləri nəzərdə tutulmuşdur. Əmək qanunvericiliyinə uyğun odənişsiz
məzuniyyətlərin müddəti işçinin əmək fəaliyyətinin xüsusiyyətinə və məqsədə görə
7 təqvim günündən 1 təqvim ayınadək müddətdə verilə bilər.
Əmək məzuniyyətinin verilmə qaydası. Əmək məcəlləsinin 131-ci maddəsinə
uyğun olaraq aşağıdakı kimidir. İşçinin 1-ci iş ili üçün əmək məzuniyyəti hüququ
əmək müqaviləsinin bağlandığı andan etibarən 6 ay işləyəndən sonra əmələ gəlir.
İşçiyə 6 ay işlədikdən sonra 1-ci iş ili bitənədək əmək məzuniyyəti ərizəsi əsasında
işə götürənlə razılaşdırıldığı vaxtda verilə bilər. İşçiyə işin ikinci və sonrakı illəri
üçün əmək məzuniyyəti işə götürənlə qarşılıqlı razılıqla müəyyən edilən vaxtda
verilə bilər.
Əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan işin birinci ili üçün
əmək məzuniyyətindən aşağıdakı işçilərin istifadə etmək hüququ vardır.
a) qadınların hamiləliyə və doğuşa görə sosial məzuniyyətindən bilavasitə
əvvəl, yaxud sonra;
b) 18 yaşına çatmamış işçilərin
c) müddətli hərbi xidmətdən buraxıldıqdan üç ay keçənədək işə götürülən
işçilərin;
d) əsas iş yerində məzuniyyətə çıxan əvəzçilik üzrə işləyənlərin;
e) hərbi qulluqçu arvadının (ərinin);
f) təhsil müəssisələrində oxuyan şəxslərin;
g) əlillərin;
Əmək məzuniyyətlərinin verilməsində növbəlik. Əmək məcəlləsinin 133-cü
maddəsinə uyğun müəyyən edilir. Burada istehsalın və işin normal gedişini
tənzimləmək, məzuniyyətlərin uçotunun düzgün aparılmasını təmin etmək
məqsədilə hər il yanvarın sonunadək əmək məzuniyyətlərinin verilməsi üçün
növbətçilik cədvəlləri tərtib edilə bilər. Əmək məzuniyyətlərinin verilmə növbəsi
həmkarlar ittifaqı təşkilatının, o olmadıqda isə işçinin rəyi öyrənilməklə işə
götürən tərəfindən təsdiq edilir.
Aşağıdakı işçilərə əmək məzuniyyəti arzusu ilə onlar üçün əlverişli olan
vaxtda verilə bilər.
a) yaşı 18-dən aşağı olan işçilər;
b) işləməklə yanaşı təhsil alan şəxslər;
c) 14 yaşınadək iki və daha çox uşağı və ya 16 yaşınadək əlil uşağı olan
qadınlara;
d) əlillərə;
e) hərbi qulluqçunun arvadına (ərinə) və s.
Dostları ilə paylaş: