təhlükəli, əsəb gərginliyi,
yerinə yetirilmə vəziyyəti, intensivliyi, monotonluğu,
əməliyyatlarının müxtəlifliyi və s. -ə görə də müəyyən qruplara bölmək olar.
Əlverişsiz istehsalat mühiti şəraitindəki müntəzəm
işlər işçi üçün zərərli
sayılır.
Məsələn, güclü küləkdə, aşağı və yüksək temperaturda, havanın çox
nəmliliyində,
qazla və tozla çirklənmədə, radioaktiv şüalanma yüksək və daha
yüksək tezlikli enerji şəraitində və s. görülən işlər. Elektromaqnit maqnit dalğaları
çox olan sahədə yaşayan, fəaliyyət göstərən işçilərdə onkoloji xəstəliklər çox olur.
Əmək prosesi fəaliyyətində orqanizm üçün qanuna uyğun fizoloji proses
kimi yorulma halları baş verir. P.P.Pavlovun fıkrincə demək olar ki, əsas yorulma
mərkəzi əsəb sisteminin həddən artıq gərgin işlənməsindən asılıdır.
İstehsalat proseslərində əməyin təhlükəsizliyi
tələblərinə əməl edilməməsi
ilə əlaqədar olaraq insanda gözlənilmədən iş qabiliyyətini itirmə halları yaranır
(sümük qırılması, müxtəlif dərəcədə bədən xəsarəti, elektrik cərəyanından zərər
çəkmə və s.). Orqanizmin belə zərər çəkməsi istehsalat zərər çəkmələri adlanır.
(istehsalat travması).
Zərərli istehsalat şəraitinin təsiri altında insanın sağlamlığı tədricən zəifləyir
(eşitmə və görmənin azalması, titrəyiş və
səs-küylə yaranan xəstəliklər, əsəbi
işlərin yaratdığı xəstəliklər və s). Bunun nəticəsində insanda hissə-hissə, yaxud tam
iş qabiliyyətinin itirilməsi halları yaranır. Orqanizmin belə zərərçəkmələri peşə
xəstəlikləri adlanır.
Müasir elmdə zərərli və təhlükəli istehsalat
amilləri yüksək səviyyədə
hərtərəili öyrənilir, istehsalata tətbiq edilən texnikada isə sağlam və təhlükəsiz
əmək şəraitini təmin etmək üçün müvafiq mühafizə vasitələri nəzərdə tutulur.
Dostları ilə paylaş: